GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Müstəntiq vəkili yaxasından tutub, divara çırpdı ki, imzalamalısan...”

“Müstəntiq vəkili yaxasından tutub, divara çırpdı ki, imzalamalısan...”

Tarix: 15-07-2019, 12:28 Bölmə :Cəmiyyət Baxış: 362
“Müstəntiq vəkili yaxasından tutub, divara çırpdı ki, imzalamalısan...”


“Dövlət hesabına vəkil təyin olunan Hidayət Məmmədov gələnə qədər məni o qədər döymüşdülər ki, dözmədim, ifadəni imzaladım. Vəkil gələndə məni o vəziyyətdə gördü, sənədləri imzalamaqdan imtina etdi. Müstəntiq yaxasından tutub divara çırpdı ki, imzalamalısan, ancaq yenə imzalamadı. Müstəntiq kiməsə zəng elədi, danışdı, sonra telefonu vəkilə verdi. Telefondakı kim idisə, vəkilə nəsə dedi, imzaladı...”, Gəncə hadisələrinə görə həbs olunanlardan 24 yaşlı Elmir Hüseynzadənin sözləridir.

Gəncə hadisələrinə görə həbs olunan 80-ə yaxın adamın işi bir neçə qrupa bölünüb və əksəriyyətinin işi məhkəməyə göndərilib. Bəzilərinə hökm oxunub, indi apellyasiya şikayətlərinə baxılır. Elmir Hüseynzadənin də daxil olduğu 8 nəfərlik qrupun mühakiməsi isə birinci instansiya məhkəməsində davam edir. Onların işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Bakıda – Sabunçu Rayon Məhkəməsinin inzibati binasında baxır.

İyulun 12-də məhkəmədə vəkillər Gəncədəki Nizami və Kəpəz rayon polis idarələrinə, Goranboy rayon Polis Şöbəsinə sorğular göndərib, ötən ilin iyulunda təqsirləndirilən şəxslər orada olduqları vaxt kameraların çəkdiyi videoların alınmasını istəyiblər. Məhkəmədən xahiş ediblər ki, ötən il iyulun 10-dan 12-nə qədər Nizami Rayon Polis İdarəsinə kimlərdən ötrü tibbi yardım çağrıldığı aydınlaşdırılsın deyə Gəncədəki Təcili Tibbi Yardım stansiyasına da sorğu göndərilsin.

Bundan başqa, polis idarələrindən qeydiyyat kitabçalarının alınması istənilib, məqsəd dövlət hesabına təyin olunan vəkillərin idarəyə nə vaxt gəlib müdafiə prosesinə qoşulduqlarını dəqiqləşdirməkdir.

Ancaq Dadaş İmanovun sədrlik etdiyi hakimlər kollegiyası bu vəsatətlərin heç birini təmin etməyib. Deyib ki, vəkillər özləri sorğuları verib, o sübutları toplamalıdılar. Vəkillər bir müddət əvvəl sorğu verdiklərini, amma cavab ala bilmədiklərini bildiriblər. Ona görə məhkəmənin də bu istiqamətdə araşdırma aparmasını istəyirlər. Bununla belə hakim Dadaş İmanov fikrini dəyişməyib.

Cinayət işinin materiallarına Gəncədəki 10 iyul aksiyasının videogörüntüləri də əlavə olunub. Vəkillər deyib ki, bu sübutun surəti müdafiə tərəfinə də verilməlidir. Amma hakimlər görüntülərin surətini verməkdən də imtina ediblər.

Təqsirləndirilən şəxslər isə həbs olunduqları ilk günlərdə onlara dövlət hesabına təyin edilən, dindirmə protokolları və başqa sənədlərə imza atan vəkillərin məhkəmədə dindirilməsini istəyiblər.

“Məni o qədər çırpdılar, dözə bilmədim, imzaladım. Sonra vəkil gəlib çıxdı. Ona deyirəm ki, bayaqdan harda qalmısız, burada məni öldürürdülər? Qayıdıb cavab verəsən ki, kişi deyilsən, dözəydin də...”, - təqsirləndirilən Mirzə Hüseynov belə deyib.

Həbs olunarkən 15 yaşı olan Emil Məmmədov bildirib ki, ona dövlət hesabına vəkil təyin olunan Xaqani Məmmədov necə döyüldüyünü görüb. Vəkildən xahiş edib ki, heç olmasa, harasa şikayət eləsin: “Dedi ki, eybi yox, bunları imzalayaq, sonra şikayət verərik. Mənə söz vermişdi ki, şikayət edəcək. Amma heç nə eləmədi...”

Təqsirləndirilən Şahin Verdiyevin də iddiasına görə, ona işgəncə verərək ifadələrə imza atdırıblar və bu zaman yanında vəkil olmayıb. Dövlət hesabına təyin edilən vəkillər Araz Yusifov, Qeyd Musayevin sonradan sənədlərə imza atdığını söyləyir.

Vəkillər adları sadalanan, dövlət hesabına təyin edilən vəkillərin hamısının məhkəməyə çağırılıb dindirilməsini istəyiblər. Ancaq bu vəsatət də təmin edilməyib.


Gəncə hadisələrinə görə tutulanların yaxınları aksiya keçirir, 22 aprel, 2019
"Övladının məhkəməsinə gəlməyə pulu yoxdur"

Emil Məmmədovun müdafiəçisi məhkəmənin hökmü bəlli olana qədər onun valident nəzarətinə verilməsi barədə vəsatət qaldırıb. Vəkil deyib ki, qanun azyaşlılara münasibətdə belə bir hüquq tanıyır. Müdafiəçinin vəsatətinə hakim Dadaş İmanov belə reaksiya verib:

- Onun valideyni tapıldı?

- Onun valideyni itməmişdi ki. Gəncə yaxınlığında kənddə yaşayır.

- Bəs niyə onun məhkəməsinə gəlmirlər? Mən heç görməmişəm.

- Çünki gəlməyə yolpuluları yoxdur, maddi durumları pisdir.

- Məhkəməyə gəlməyə pul lazımdır?

- Əlbəttə, pulsuz kim gətirəcək onları...

Bu zaman digər təqsirləndirilən şəxslərin məhkəmə zalında olan yaxınları bildiriblər ki, onlar əksər hallarda borc tapıb gəlirlər, hər dəfə Gəncədən gəlib-getməyə xeyli xərcləri çıxır...

“İşgəncə nəticəsində bədənimdəki yaralar iki aya sağaldı”

Təqsiqləndirilən Vüqar Yusifov məhkəməyə ərizə təqdim edib. Xahiş edib ki, hakimlər hökm çıxaranda istintaqdakı ifadəsini yox, bu ərizədə yazdıqlarını əsas götürsünlər, çünki hadisə ifadəsində yazdığı kimi yox, ərizədə göstərdiyi kimi olub.

Vüqar Yusifov ərizəsində yazıb ki, Gəncədə ötən il iyulun 10-da keçirilən aksiyadan Şəmkirdə işlədiyi çayxanada sosial şəbəkələrə baxanda xəbər tutub. Elə həmin gün Gəncəyə telefon almağa gedəndə avtobusda bir tanışını gördüyünü, Gəncədə univermağın yanında birlikdə düşdüklərini bildirib: “İcra hakimiyyətinin qarşısında 50-60 nəfər olardı. Bir qadın qışqırırdı, çevriləndə gördüm ki, bir nəfər əlində qılınc gedir, iki nəfər də yerdə uzanıb. Görüntülərdən də aydın olur ki, mən qaçmıram, yeriyirəm, yanımdakı oğlanı axtarıram. Əlimdə də telefondan başqa heç nə yoxdur. Nə daş, nə də başqa bir şey...”

Vüqar Yusifovun sözlərinə görə, onu hadisədən xeyli sonra – iyulun 23-də Şəmkirdə işlədiyi çayxanadan tutub aparıblar. Deyir ki, günahı olsaydı, 13 gün ərzində ölkədən qaçıb gedərdi, çıxışına da qadağa yox idi.

“Məni bir sutka döyəndən sonra müstəntiqin yanına gətirdilər. İşgəncə nəticəsində bədənimdə yaranan yaralar iki aya sağaldı. İstintaqdakı ifadədə yazılanların heç 20 faizi mənim fikirlərim deyil. Mən heç vaxt mitinqdə olmamışdım, birinci dəfə idi, o da belə oldu. Mənim vicdanım təmizdir, heç bir təqsirim yoxdur. Mitinqə kənardan baxmağın cinayət olduğunu bilsəydim, onu da eləməzdim...”, Vüqar Yusifov söyləyib.

Elmir Hüseynzadə, Emil Məmmədov, Bəkrəm Əliyev, Mirzə Hüseynov, Asəf Cavadov və digərlərindən ibarət 8 nəfərlik bu qrupun işi üzrə məhkəmə davam edir.

Xatırlatma

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları iddia edir ki, bu, terror əməlidir və Yunis Səfərovun əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub. Yunis Səfərov bu iddialarla bağlı münasibətini hələlik ictimaiyyətə açıqlamayıb. Onun məhkəməsi başlamayıb.

Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb. Rəsmi məlumata görə, həmin gün Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri – İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Baş Prokurorluğun bir müddət öncə bildirməsinə görə, Gəncə olayları ilə bağlı ümumilikdə altı qrupun (51 nəfər) işi məhkəməyə göndərilib. Onlardan yalnız, hələlik iki qrupun məhkəməsi başa çatıb. Onlar əsasən, zorakılıqların, talanların törədilməsi, odlu silahdan, partlayıcı maddələrdən istifadə, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət ilə müşayiət olunan kütləvi iğtişaşlarda ittiham ediliblər. Mühakimə edilənlərə 5 ildən 9 ilə qədər həbs cəzası verilib. Onların çoxu özlərini günahsız sayıb.

Daha bir neçə qrupun məhkəməsi də Bakıda davam edir.

Gəncə hadisələri ilə bağlı tutulanlardan bəzilərinin işi isə, hələlik, heç məhkəməyə göndərilməyib. Ümumilikdə bu olaylarla bağlı 70-dən çox şəxsin həbs edildiyi açıqlanmışdı.

Bu məsələlərlə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda o da vurğulanıb ki, keçirilən əməliyyatlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüblər. (Rəsmilər 5, hüquq müdafiəçiləri isə daha çox şəxsin öldürüldüyünü deyirlər). Hərçənd öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia ediblər.

Daxili İşlər Nazirliyi saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri də təkzib edib.//AzadlıqRadiosu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • GƏNCƏ İŞİ-Hakimdən vəkilə "Qaşınmayan yerdən qan çıxarma..." təpkisi Featured

    GƏNCƏ İŞİ-Hakimdən vəkilə "Qaşınmayan yerdən ...

    27-06-2019, 11:15

  • 
  • 'Gəncə məhbusları' evlərindən götürülən əşyaların qaytarılmasını tələb edir

    'Gəncə məhbusları' evlərindən götürülən əşyaların ...

    10-07-2019, 15:15

  • 
  • GƏNCƏ MƏHKƏMƏSİNİN QARŞISINDA QADIN ÖZÜNÜ YANDIRDI

    GƏNCƏ MƏHKƏMƏSİNİN QARŞISINDA QADIN ÖZÜNÜ YANDIRDI ...

    25-07-2013, 20:40

  • 
  • Jurnalist hakim qarşısına çıxarılıb: Gəncə hadisələrinə görə...

    Jurnalist hakim qarşısına çıxarılıb: Gəncə ...

    28-12-2018, 19:11

  • 
  • Hakim Məşədi Natiqin işinə baxmaqdan imtina etdi

    Hakim Məşədi Natiqin işinə baxmaqdan imtina etdi ...

    11-01-2017, 00:37


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (11)
Avqust 2025 (572)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu