Ukrayna sərhədçiləri ölkəyə giriş etmək istəyən dörd nəfər Azərbaycan vətəndaşını saxlayıb.
Gundemxeber.Az xəbər verir ki, hadisə Xarkovda “Qoptovka” sərhəd-keçid məntəqəsində olub.
Sərhədçilər məntəqəni piyada keçməyə çalışan azərbaycanlıların sənədləri düz olsa da, onların üzərlərində yetəri qədər pul olmadığı üçün ölkəyə buraxmamaq qərarına gəliblər.
Sayt iddia edir ki, həmyerlilərimizin Ukraynada yaşayan dostu hadisə yerinə gələrək, onların ölkəyə buraxılması qarşılığında sərhədçilərə 50 ABŞ dolları miqdarında rüşvət təklif edib.
Pulu götürməyən hüquq-mühafizə orqanları onların hamısını polisə təhvil verib.//oxu.az
Sorğu
Yeni dizaynımız necədir?