Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvət verməkdə təqsirləndirilən - Vəkillər Kollegiyasının keçmiş üzvü Vüqar Poladov və sabiq müstəntiq Misir Əhmədovun məhkəməsi keçirilib.
Hakim Samir Əliyevin icraatında olan prosesdə onlar özlərini təqsirli bilmədiklərini deyiblər.
Bundan öncə keçirilən məhkəmə iclası hakimlərdən birinin özünə etiraz etməsi səbəbilə təxirə salınmışdı. Hakim Cavid Hüseynov keçmiş müstəntiq Misir Əhmədovla tələb yoldaşı olduğunu, sonradan isə birgə işlədiyini bildirərək özünə etiraz edib. Onun etirazı qəbul edilib və işə başqa hakim təyin edilib.
Hazırlıq iclasında V.Poladov vəsatət verərək istintaqın düzgün aparılmadığı üçün cinayət işinin prokurorluğa qaytarılmasını və işi aparan müstəntiq Kazım Həmzətovun cəzalandırılmasını tələb edib.
V.Poladov bir neçə ay əvvəl Baş Prokurorluğa göndərdiyi məktubun rüşvət verilməsində iştirak etdiyini etiraf edib, bu haqda ətraflı məlumat verib. Məhkəmədə isə həmin məktubun sübutlar sıyahısından çıxarılmasını istəyib.
Bu ilin mayında məhkəmə qərarıyla axtarışa verilən V.Poladov məhkəmədə deyib ki, heç vaxt gizlənməyib: “Müstəntiq yerimi bilirdi. Bir neçə ay Gürcüstanda, sonra isə Norveçdə yaşayandan sonra Azərbaycana qayıtdım”.
Təqsirləndirilən V.Poladov və M.Əmirov həbs edilməyib.
Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin baş məsləhətçisi olmuş Vüqar Poladov İctimai Televiziyada yayımlanan “İcra məmuru” rubrikasının daimi ekspertlərindən olub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?