Gundemxeber.az "oxu.az”a istinadən xəbər verir ki, iki gün öncə ad günündə olan şəxslər zəhərlənmə diaqnozu ilə Şabran rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.
Xəstəxananın Reanimasiya şöbəsinin müdiri, həkim İmamqulu İbrahimov saytımıza açıqlamasında bildirib ki, zəhərlənmə tortdan baş verib.
Ad günü mərasimində olan şəxslər müxtəlif vaxtlarda halsızlıq şikayəti ilə xəstəxanaya müraciət ediblər.
"Bu gün səhər də bir müraciətimiz oldu. Təxminən 30-a yaxın adam xəstəxanaya gəlib. Amma həyati təhlükə yoxdur”, - deyə həkim bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?