Bakunews.az saytının rəhbəri Mirkənan Seyidovun həbsinin arxasında kimlərin dayandığı haqda təxmini, bilgilər var. Bu barədə Mirkanan Seyidovun yaxınları məlumat verib.
Bildirilib ki, Mirkənanın 4 övladı var. Ən böyüyünün 9 yaşı. Özü 2-ci qrup əlildir. Mirkənan nə qədər ağır cəza törədsə belə, yüngülləşdirici halların heç biri nəzərə alınmayıb. Çünki, Cinayət Prosessual Məcəllənin yüngülləşdirici hallarla bağlı konkret maddələri var. Hakim ittiham üzrə mümkün olan ən ağır cəzanı təyin edib. Hakim qərəzli deyilsə, niyə onun əlil olmasını, 4 övladının himayəsində olduğunu nəzərə almayıb.
Azərbaycanda hər kəs masajxanaların əslində hansı fəaliyyətlə məşğul olmasını bilir. Elə hquq mühafizə orqanları və məhkəmələrdə. Görünən o ki, Mirkənan Seyidov da digər həbsə göndərilən sayt rəhbərləri kimi qurbana çevrilib.
Gundemxeber.az bildirir ki,n dəfələrlə masajxanalarda olan durumla bağlı ölkə mediası videolar yayılıb, yazılar tirajlayıblar və bunu bilməyən yoxdur. İndi jurnalisti tutublar ki, niyə bu haqda yazı dərc edib. Vallah çox gülünc durumdu. Çünki K. Seyidovun dərc etdiyi material da onun özünün olmayıb, başqa bir saytdan götürüb yayımlayıb. Həmin material üzrə araşdırma aparıb cinayət işi başlamaq, günahkarları cəzalandırmaq əvəzinə, hadisə haqda məlumat verən şəxsi həbs edirlər.
Onuda qeyd edək ki, Mirkanan Seyidovun işi üzrə proses 1 ildən artıq idi ki, davam edirdi. Həmin müddətdə Seyidov dəfələrlə ailə üzvlərinə, anasına məlumat verib ki, məhkəməni əsassız yerə uzadırlar ki, məni həbs edələr. Bildirək ki, məhkəmənin hökmü ilə M.Seyidova 4 il 11 ay 28 iş verilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə mühakimə olunaraq, həbs edilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?