GundemXeber.Az bildirir ki, Taleh Hüseynov adlı şəxsin şikayəti əsasında Nəsimi rayonu Polis İdarəsinə dəvət olunan Ələsgərli izahatı alındıqdan sonra sərbəst buraxılıb.
Bu barədə Taleh Hüseynov "Baku.ws"yə açıqlamasında bildirib.
O qeyd edib ki, "Nüşabə Ələsgərli mənə dəfələrlə sərt təzyiqlər göstərirdi. Müəyyən insanların vasitəsilə mənim "başıma oyun açacağı" və ciddi problemlər yaradacağı ilə hədə-qorxu gəlirdi. Bu təzyiqlər mən polisə müraciət edənədək davam etdi. Məcbur qalıb hüquq-mühafizə orqanlarına müraciət etdim. Nüşabə Ələsgərli Nəsimi rayon Polis İdarəsinə çağırıldı. İzahatı alındıqdan sonra sərbəst buraxıldı.
Qadın konkret olaraq kimlərinsə tapşırığını yerinə yetirir. Yoxsa mənim onunla heç bir problemim olmayıb. İndi də məhkəmədə mənə qarşı şahidlik edir".
Xatırladaq ki, iş adamı olan Taleh Hüseynov canlı yayıma çıxaraq iddialı fikirlər səsləndirib. O, 2015-ci ildə ailə qurduğu xanımla evliliklərinin cəmi 2 il çəkdiyini, onun səhhətində problemlər üzündən övladları olmadığı üçün ayrılmaq qərarı verdiyini deyib.
Sorğu
Yeni dizaynımız necədir?