Sabiq daxili işlər naziri, Azərbaycan Xalq Hərəkatının təsisçisi İsgəndər Həmidov sentyabrın 6-da Türkiyənin “Gülhanə” hərbi Tibb Akademiyasında açıq ürək əməliyyatı keçirib.
Gundemxeber.Az-ın Modern.az-a istinadən məlumatına görə, bu barədə İ.Həmidovun hərəkat yoldaşları sosial şəbəkədə xəbər veriblər. Məlumata görə, İsgəndər Həmidovun əməliyyatı uğurla başa çatıb və hal-hazırda özünü yaxşı hiss edir.
Xatırladaq ki, İ.Həmidov bir müddət öncə vəziyyəti pisləşdiyindən əvvəlcə Bakıdakı xəstəxanalardan birində müalicə almış, sonra Türkiyəyə aparılmışdı.
O zaman türk həkimlər böyrəklərində və onurğasında yaranmış problem üzündən sabiq nazirin ürəyində əməliyyat aparmağa icazə verməmişdilər.
İ.Həmidovun bu ayın təxminən 10-15-i arası Azərbaycana qayıdacağı gözlənilir. Sentyabrın sonunda Azərbaycan Xalq Hərəkatının ilk qurultayının keçirilməsi planlaşdırılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?