GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Badamdarda Fərhad Nağıyev kabusu - çox sayda məhkəmə iddiaları, ləğv olunan çıxarışlar...

Badamdarda Fərhad Nağıyev kabusu - çox sayda məhkəmə iddiaları, ləğv olunan çıxarışlar...

Tarix: 20-09-2019, 11:00 Bölmə :Cəmiyyət Baxış: 641
Badamdarda Fərhad Nağıyev kabusu - çox sayda məhkəmə iddiaları, ləğv olunan çıxarışlar...


Əvvəllər hərbi prokurorluq orqanlarında çalışmış və işdə yol verdiyi nöqsanlara görə, oradan uzaqlaşdırılmış Nağıyev Fərhad Məzahim oğlu barədə redaksiyamıza sensasiya doğuracaq məlumatlar daxil olub. Hazırda rəsmən biznes fəaliyyəti ilə məşğul olan, paytaxt Bakının ən bahalı ərazilərindən sayılan Badamdar qəsəbəsində çoxmərtəbəli bir neçə mülkə sahib olan Fərhad Nağıyev rəsmi sənədləri saxtalaşdıraraq vətəndaşların torpaq və tikililərini ələ keçirməkdə ittiham olunur. Bu barədə dəfələlərlə kütləvi informasiya vasitələrində yazılar dərc olunub, həmçinin vətəndaşların şikayəti əsasında polis orqanları tərəfindən araşdırmalar aparılıb və çoxsayda məhkəmə prosesi keçirilib. Lakin son nəticədə Fərhad Nağıyev sudan quru çıxmağı bacarıb. Bəs, buna necə nail olub?

Kütləvi informasiya vasitələrində yayılan məqalələrdə deyilənə görə, Səbail Rayon İcra Hakimiyyətinin əsasən 1998-1999-cu illərdə verdiyi sərəncamların hamısı saxtalaşdırılaraq, bu gün Badamdar qəsəbəsində torpaqların zəbt olunmasına yönəlir: “Bunun üçün Fərhad Nağıyevin möhürü və ştampı var. Məhz o, bu möhür və ştamplarla Səbail RİH-in adından saxta sərəncamlar verir və istənilən adamın torpağını bu yolla əlindən alaraq külli miqdarda pula satır. Bu qanunsuz torpaqlara hələ Daşınmaz Əmlakın Dövlət Reyest Xidmətindən çıxarış da alır. Bəs bu çıxarış neçə alınır? Deməli, F.Nağıyev tanışı vasitəsilə bu saxta sərəncamları köhnə tarixlə mərkəzi arxivin Bakı filialına yerləşdirir. Sonradan hər hansı bir dövlət qurumunun sorğusu əsasında arxivdən arayış verilir ki, bəs, dünən Badamdarda peyda olan hər hansı bir insana 1998-ci ildən guya sərəncamla torpaq verilibmiş. Beləliklə də həmin arayışla Fərhad Nağıyev vətəndaşların illərlə içərisində yaşadığı evə və torpağa çıxarış alır, sonra da həmin insanları məhkəmə yolu ilə ərazidən qovur”.

Bu barədə Fərhad Nağıyevin əməllərindən zərər çəkmiş Şəmiyev Mehman Rəhman oğlu belə deyir:

“Fərhad Nağıyevin əməllərindən zərər çəkmiş təkcə mən deyiləm. Badamdarda yaşayan çox sayda adam onun qanunsuz fəaliyyətinin ya qurbanıdır, ya da qurbanı olmaq ərəfsindədir. Bir müddət əvvəl onun qanunazidd fəaliyyətindən İmanov Ramiz Əyyub oğlu adlı bir vətəndaş da zərər gördü. Bir çox şikayət ərizələri kimi, onun da şikayətinə Səbail Polis İdarəsində Orxan Əkbərov tərəfindən baxıldı. Lakin heç bir cinayət işi açılmadı, məsələ ört-basdır edildi”.

Mehman Şəmiyev bildirir ki, onun və saxta sənədlər əsasında torpağı, obyekti ələ keçirilmiş şəxslərin əsas tələbi budur ki, Fərhad Nağıyevin Bakı Arxiv Filialına qanunsuz yollarla yerləşdirdiyi Bakı Şəhər İcra hakimiyyəti tərəfindən verilmiş sərəncamların (1971, 1125, 2066, 1042, 1548, 1549, 755, 758, 885,439) və onlara sonradan hazırlatdığı saxta cizgilərin ekspertizası aparılsın:

“1998-ci ildə 1971 nömrəli sərəncamla F. Nağıyevin dayısı oğlunun, dayısı qızının, dayısı gəlinin adına Badamdarda torpaq sahəsi “ayrılıb”. Bu sənədin də həqiqiliyi, qanuniliyi araşdırılmalıdır. Bu barədə həmin vaxt Səbail rayonunda icra başçısı işləmiş Rüstəm Məmmədovun da izahatının alınmasına ehtiyac var. Axı Cəlilabad rayonunda yaşayan insanlara Badamdarda bu qədər torpaq sahəsi ayrıla bilməzdi. Elə bu fakt yetərlidir başa düşməyə ki, “sərəncam” sonradan hazırlanıb və hansısa yollarla arxivə salınıb”.

Şikayətçi bildirir ki, onun mülkiyyətində olan torpaq sahəsi Fərhad Nağıyev tərəfindən məhz həmin “sərəncəm”a əsasən əlindən alınıb: “Mənim əlimdə Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş rəsmi çıxarış var. Lakin həmin 1971 saylı “sərəncam” əsasında Fərhad Nağıyev mənə qarşı iddia qaldırdı, həmin çıxarışın ləğv olunması üçün Bakı İqtisad Məhkəməsinə müraciət edildi. Məhkəmə arxivi araşdırmadan, cizgini ekspertizaya göndərmədən onun iddiasını təmin etdi. Heç ona da baxan olmadı ki, elə o saxta sərəncamda da deyilir ki, əgər vətəndaş (F.Nağıyevin 1998-ci ildə 17 yaşı olan dayısı qızı) əgər iki il ərzində ərazidə tikinti aparılmazsa, sənəd qüvvədən düşmüş sayılır. Təsəvvür edin, bu adam 19 ildən sonra iddia qaldırır ki, bəs mənim əlimdə köhnədən sənəd var, sənin əlindəki DƏK tərəfindən verilmiş çıxarış qanunsuzdur”.

Yenidən kütləvi informasiya vasitələrində bu barədə yazılanlara qayıdaq:

“Məlumat üçün qeyd edək ki, 1991-ci ildən 2000-ci ilə qədər qüvvədə olmuş Bakı Şəhər İcraiyyə Komitəsinin 3/149 saylı 27 mart 1991-ci il qərarında açıq-aydın görünür ki, Bakı şəhərinin inzibati rayonlarının ərazisində yerləşən müəssisə, və təşkilatlarda mənzil növbəsində olan şəxslərə torpaq sahəsi ayrıla bilərdi. Torpaq sahəsi ayrılmış vətəndaşlar mənzil növbəsindən çıxarılır. Bizim təqdim etdiyimiz cədvəldə göstərilən şəxslərin əksəriyyəti bu günə kimi də Cəlilabad rayonunda hektarlarla pay torpaq sahəsi var. Eyni zamanda digərlərinin də adına Bakı rayonlarında daimi qeydiyyatda olduğu mənzillər və torpaq sahəsi mövcuddur. Hətta bir nəfər iki ünvanda, Bakı şəhəri 7 mkr. Ev 5 a mənzil 58-də və Binəqədi rayonu Xocahəsən qəsəbəsi, Sulutəpə Y.S. R. Haqverdiyev dön.11 ev 21-də qeydiyyatda olan Əlimardanova Nazilə və Zazilə Fərhad qızıına Səbail RİH-n 2292 sərəncamı ilə dörd yerdə 3152 və1875 nömrəli eyni arxiv arayışı ilə 2013-2018-ci illər arası torpaq səhələri alıb. Diqqət çəkən məqam odur ki, Zazilə adında ümumiyyətlə insan yoxdur. Sadəcə F.Nağıyev Nazilənin adındakı bir hərfi dəyışməklə yeni bir insan yaradaraq torpaq sahəsi alıb, satır”.

“Yeri gələndə F.Nağıyev dövlət qurumlarını məhkəməyə də verir ki, qanunsuzluğunu hüquqi yolla əsaslandırsın. Baxmayaraq ki, Fərhad Nağıyevin özünün barəsində də belə əməllərinə görə məhkəmə hökmü var. 11 yanvar 2010-cu ildə keçirilən Səbail rayon məhkəməsinin qərarı ilə Nağıyev Fərhad Məzahim oğlu Azərbaycan Respublikası CM-nin 132-ci maddəsilə təqsirli bilinərək hər ay qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 4 ay müddətinə islah işləri cəzasına məhkum edilib. Əlbəttə, bu cəza olduqca gülünc doğurur və 4 ay müddətinə islah işlərinə cəlb olunmaq Fərhad Nağıyev üçün heç bir əhəmiyyət kəsb eləmir. Ona görə də, sadə insanların halal torpaqlarını qanunsuz sərəncamlar və məhkəmə qərarları ilə əllərindən almaqda bu gün də davam edir.

Məsələn, cədvəldə adı göstərilən Əmrahov Şamil Əlipaşa oğlu Fərhad Nağıyevin, qeyd etdiyimiz kimi dayısıdır. Dayısı Ş.Əmrahov üçün qanunsuz yolla sənədləşdirmək istədiyi torpaqda problem yarandığı üçün F.Nağıyev onun rəsmi nümayəndəsi kimi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsini məhkəməyə verib. Bu idarədə F.Nağıyevin istəyinin əksinə olaraq, həmin torpağa çıxarış (kupça) ala bilməyib. Bu səbəbdən də məsələni əvvəlki torpaq məsələlərində olduğu kimi məhkəmə yolu ilə həll etmək istəyir. Amma bu dəfə nədənsə məsələ daşa dirənib. Doğrudan da F.Nağıyev dayısına alıb-satmaq istədiyi torpaq sahəsi Badamdardakı Daş Karxanasının ərazisidir. Ona görə də adı çəkilən dövlət qurumundan F. Nağıyevə göndərilmiş 11.09.2018-ci il tarixdə 183020547123 saylı bildirişdə yazılıb:

“Bununla əlaqədar bildiririk ki, təqdim edilmiş Səbail rayon İcra Hakimiyyətinin başçısının 1971 saylı 30.12.1998-ci il tarixli torpaq sahəsinin ayrılması barədə sərəncam əsasında Əmrahov Şamil Əlipaşa oğlunun adına verilmiş Səbail rayonu Badamdar qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi Daş Karxanasının ərazisində yerləşdiyindən bu torpaq sahəsinin dövlət torpağı olması barədə Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhəri Ərazi Şöbəsinə sorğu göndərilmişdir.

Sorğuya cavab verilənə qədər ərizənin icrası müvəqqəti olaraq dayandırılmışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri” haqqında Azərbaycan Respublikası qanununun 14.1-ci maddəsinə əsasən qeydiyyat orqanı sənədlərinin həqiqiliyinə ciddi şübhə varsa, qeydiyyat bir ay müddətinə dayandırıla bilər”.//AzNews.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Baş Prokurorluq bir neçə sayt rəhbərinə xəbərdarlıq etdi

    Baş Prokurorluq bir neçə sayt rəhbərinə ...

    19-08-2017, 15:15

  • 
  • Fərhad və Rafiq Əliyevlər Milli Orduya yardım etdi

    Fərhad və Rafiq Əliyevlər Milli Orduya yardım etdi ...

    8-08-2014, 03:26

  • 
  • Ramin Nağıyev Xədicə İsmayılovaya MTN-in məxfi sənədini ötürə bilərdimi?

    Ramin Nağıyev Xədicə İsmayılovaya MTN-in məxfi ...

    22-02-2014, 14:43

  • 
  • Əli Nağıyev: “Mənim bir namizədim var”

    Əli Nağıyev: “Mənim bir namizədim var” ...

    19-07-2013, 13:51

  • 
  • Ədliyyə Nazirliyindən Fərhad Əliyev açıqlaması

    Ədliyyə Nazirliyindən Fərhad Əliyev açıqlaması ...

    28-09-2013, 13:45


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (32)
Avqust 2025 (569)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu