Belə bir məsələni ictimailəşdirməyimə əsas səbəb, bu problemin mahiyyətindən xəbərsiz olan Tovuz rayonu, Qovlar şəhər sakinlərinin, yaxınlarımın, qohumlarımın, bir sözlə məni tanıyan hər kəsi, yaşanan problemin mahiyyətini yanlış anlamaları, yeri gəldikdə məni ittiham etmələri ilə bağlıdır.
Bildirim ki, Quluyeva Tamam Ədil qızının davamçısı bu gün belə şaiyə yayır ki, guya mən Abbasov Elfaq Bayram oğluna məxsus torpaq sahəsini zorla onun əlindən almışam. Həqiqət isə, aşağıda qeyd etdiyim kimidir. Belə ki, vaxtilə Quluyeva Tamam Ədil qızı prokurluqda etiraf etmişdir ki, “Mən dəfələrlə qeyd olunan torpaq sahəsinə görə Əhmədov Vaqif Qasım oğlunu şərləmişəm, ona böhtan atmışam və əsas məqsədim, müxtəlif yollarla həmin torpaq sahəsini onun əlindən alıb Abbasov Elfaq Bayram oğluna vermək olub. Eyni zamanda qeyd olunan torpaq sahəsinə aid saxta sənədləri, 300 manat pul və 60 ədəd toyuq verməklə əldə etmişəm”.
Ali Məhkəmənin sonuncu qərarından, tərtib olunmuş aktlardan, verilmiş rəylərdən heç bir nəticə çıxartmayan Quluyeva Tamam Ədil qızının davamçısı, bu şəxsdə olan şər-böhtan atmaq, iftira demək və digər “BƏZİ ÖZƏLLİKLƏR” və s, deyəsən Elfaq Abbasova irsi keçmişdir. O, hələ də həmin torpaq sahəsinin ona aid olduğunu iddia edir. Amma, bu şəxsin əlində heç bir sənəd-sübutu yoxdur. Onda olan sənədlər 60 toyuq və 300 manat pul verməklə, əldə olunan saxta sənədlərdir. Qeyd edim ki, 2011-ci ildə mən həmin torpaq sahəsinin boşaldılması tələbi ilə Tovuz Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdim. Ərizə verdiyim vaxtlarda mənə məxsus torpaq sahəsinə bir maşın çaydaşı tökülmüşdü. Ərizəmdə də qeyd etmişdim ki, torpaq sahəmə Quluyeva Tamam Ədil qızı bir maşın daş tökdürüb.
2011-ci və 2012-ci illərdə keçirilən məhkəmə proseslərində Tamam Quluyeva iddia edirdi ki, həmin torpaq sahəsi onun adına olmuşdu. Məhkəmə araşdırmaları və verilmiş sorğular nəticəsində məlum oldu ki, həqiqətən də onun adına 0.8 ha həyətyanı torpaq sahəsi mövcud olmuşdur. Həmin torpaq sahəsini o, illər öncə qanunvericiliyin tələblərinə uyğun şəkildə, yəni alqı-satqı müqviləsi bağlamaq şərtilə başqa bir şəxsə satmışdır. Ümidi hər yerdən üzülən Tamam Quluyeva 2012-ci ilin sonlarında Elfaq Abbasovun adına saxta sənəd düzəldib iddia etdi ki, həmin torpaq sahəsi bacısı oğluna (nəvəsi) məxsus olub.
Bir məsələni də qeyd edim ki, mən hədsiz dərəcədə şərə, böhtana, iftiraya dözərək haqqımı tələb etmişəm, amma heç də kənara çəkilməmişdim. Əgər mənim əvəzimə başqa bir sakin olardısa, yəqin ki, o halda o, bu qədər şərə, böhtana, iftiraya dözməyib qeyd olunan torpaq sahəsini ona verərdi.
1. Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 mart 2017-ci il tarixli 2(102)-124/17 saylı QƏRAR-ında “QƏRARA ALIR” hissəsində “CAVABDEHLƏR ABBASOV ELFAQ BAYRAM OĞLU VƏ HÜQUQİ VARİSİ QULUYEV VİDADI MAYIL OĞLUNUN BİRGƏ VERDİKLƏRİ KASSASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDƏN, GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİNİN MÜLKİ KOLLEQİYASININ 2(104)-27/2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.(sürəti əlavə edilir)Gəncə Apellyasiya Məhkəməsi həmin torpaq sahəsinin Əhmədov Oruc Qasım oğluna məxsus olması haqqında qətnamə qəbul etmişdir.
2. Həmin torpaq sahəsi 1996-cı ildə M.B.Qasımov adına üzümçülük sovxozunda “YERQURULUŞU MÜHƏNDİSİ”işləyən Şərifov Fərmayıl İbrahim oğlu tərəfindən “QONŞULUQ AKTI” tərtib edilərək ölçülmüş və Əhmədov Oruc Qasım oğluna təhvil verilmişdir. Buna kimin şübhəsi varsa, o halda bunu Qovlar şəhər sakini Regional Torpaq Kadastrı İdarəsinin rəisi olmuş Şərifov Fərmayıl İbrahim oğlundan da soruşub dəqiqləşdirə bilərlər. (akt əlavə edilir)
3. Bundan başqa, Quluyeva Tamam Ədil qızının şikayəti əsasında Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov, şikayətin araşdırılması üçün komisiya yaratdı. Komisiyanın 16.07.2012-ci ildə tərtib etdiyi RƏY-də qeyd olunur ki, “QULUYEVA TAMAM ƏDİL QIZI HƏMİN TORPAQ SAHƏSİNİN NƏVƏSİ ABBASOV ELFAQ BAYRAM OĞLUNA MƏXSUS OLDUĞUNU İDDİA ETMƏKLƏ SƏNƏDLƏŞDİRİLMƏSİNİ TƏLƏB EDİR. LAKİN SƏNƏDLƏR ÜZRƏ HƏMİN TORPAQ SAHƏSİ QOVLAR ŞƏHƏR SAKİNİ ƏHMƏDOV ORUC QASIM OĞLUNA MƏXSUS OLMASI MÜƏYYƏN EDİLDİ. ODUR Kİ, HƏMİN ƏRAZİDƏ QULUYEVA TAMAM ƏDİL QIZININ NƏVƏSİ ABBASOV ELFAQ BAYRAM OĞLUNUN HƏYƏTYANI TORPAQ SAHƏSİ OLMASI TƏLƏBİ TAMAMİLƏ ƏSASSIZDIR.” (rəy əlavə edilir)
4. 20 sentyabr 2011-ci il və 18.01.2013-cü il tarixlərdə tərtib olunmuş AKT-da qeyd olunub:
1. Tovuz RİH-nin Qovlar şəhər üzrə nümayəndəsi Binnətov Oruc Binnət oğlu,
2. Qovlar bələdiyyəsinin sədri Hüseynov Binnət Məmməd oğlu,
3. Regional Torpaq Kadastrı İdarəsinin rəisi Şərifov Fərmayıl İbrahim oğlu
akt tərtib edərək, HƏMİN TORPAQ SAHƏSİNİ ƏHMƏDOV ORUC QASIM OĞLUNA, məhz ŞƏRİFOV FƏRMAYIL İBRAHİM OĞLUNUN VERDİYİNİ təsdiq edib imza atırlar.(aktəlavə edilir)
2011-ci ildən bugünə kimi məhkəmə prosesinin yekunlaşmaması, dəfələrlə Qovlar şəhər sakini 80 yaşlı Quluyeva Tamam Ədil qızı (dünyasını dəyişib) tərəfindən şərlənməyim, böhtanla üz-üzə qalmağım və s. kimi xoşagəlməz olaylar baş vermişdi. Mən 2012-cı ildə adı çəkilən xanım tərəfindən zəbt olunmuş həyətyanı torpaq sahəsinin boşaldılması tələbi ilə, Tovuz Rayon Məhkəməsinə müraciət etmişdim. Bu müraciətdən bir müddət sonra o, öz üz-gözünü, paltarlarını cırdı. Guya ki, gecə saat 23 radələrində mən onu qaranlıq bir yerdə döymüşəm, ona əxlaqsızlıq əməlləri təklif etmişəm deyə, belə bir iddia irəli sürərək mənimlə bağlı polisə şikayət etmişdi. Araşdırma zamanı o da məlum oldu ki, (həmin vaxtlarda mən Bakı şəhərində olmuşam) mən Bakı şəhərində işdə olduğumdan, belə bir iddia tələbi şər və böhtandan başqa bir şey deyil.
O, ikinci dəfə də oxşar addımını atdı və guya ki, saat 21:00 radələrində Qovlar Dəmir Yolu Stansiyasında mən onun saçından tutub yerlə sürümüşəm, onu döymüşəm. Tamam Quliyeva bu haqqda Tovuz RPŞ-nə ərizə ilə müraciət etsə də, onun təqdim etdiyi ərizəni icraata götürmürlər. Səbəb də, Qovlar Dəmir Yolu Stansiyası ərazisinin onlara aid olmaması olur. Belə olan halda o, barəmdə Ağstafa Dəmir Yolu Polisinə şikayət ərizəsi ilə müraciət etsə də, araşdırma zamanı o da bəlli olur ki, həmin vaxt sərnişin qatarının gəlib-getmə vaxtı olur. Yəni, stansiyada çoxlu sayda sərnişin, növbətçi polis əməkdaşları, stansiya növbətçisi, kassirlər olur. Belə bir hadisədən heç kimin xəbəri olmayır. Növbəti dəfə də onun yazdıqlarının hər birinin şər-böhtan olduğu məlum olur.
O, eyni iddialarla Gəncə Dəmir Yolu Polis idarəsinə də şikayət etmişdi. Yenə də məlum oldu ki, haqqımda yazılanlar şər və böhtandan başqa bir şey deyil.
Sonuncu dəfə o, eyni iddialarla Tovuz Rayon Prokurorluğuna da şikayət etmişdi. Araşdırma və üzləşmə zamanı mərhumə Quluyeva Tamam Ədil qızına bildirildi ki, Əhmədov Vaqif Qasım oğluna dəfələrlə şər və böhtan atdığın üçün, barəndə cinayət işi açılacaq. Edilmiş xəbərdarlıqdan qorxuya düşən Tamam Quliyeva hər şeyi etiraf edib boynuna aldı ki, “Mən Vaqif Əhmədova şər atırdım ki, o, mübahisə predmeti olan həyətyanı torpaq sahəsindən əl çəksin, həmin torpaq sahəsi də Elfaqın olsun”. Sorğu əsasında o da məlum oldu ki, Tamam Quliyeva sahiblənmək istədiyi torpaq sahəsinə aid saxta arayışı 300 manat pula və 60 ədəd toyuq verməklə əldə edib.
Tamam Quluyevanı bütün sakinlər çox yaxşı tanıyırdılar. Onun kim və nəçi olduğunu, nə kimi işlərlə məşğul olduğunu hər kəs bilirdi. Hətta, adı çəkilən xanımın “BƏZİ ÖZƏLLİKLƏRİ” də var idi, hansı ki, onun hansı yolun yolçusu olduğu hamıya bəlli idi. O, onlarla insanları müxtəlif yollarla şərləmiş, onlara böhtanlar atmışdı. Hətta, adı çəkilən qadının vasitəsi ilə neçə-neçə insanlar haqsız yerə cəzalandırılıblar. Adicə bir misal çəkim ki, onun nəvəsi başqa bir şəxsə məxsus avtomobilin təkərlərini sökərək oğurluq edirmiş. Quluyeva Tamam oğurluq hadisəsini ört-basdır etmək üçün həmin şəxsin həyətinə girir, səs-küy salır və həyətdə olan odun parçası ilə öz başına vurub özünə bədən xəsarətləri yetirir. Hətta, o, üst-başını cırır və ev yiyəsinin onu döydüyünü iddia edərək, ondan polisə şikayət də edir. Həmin şəxs də məcburiyyət qarşısında qalıb, oğurluq hadisəsi ilə bağlı şikayət etmək fikirindən daşınır. Hazırda Tamam Quluyevanın yaxın qohumu, davamçısı Elfaq Abbasov, onun əməllərini davam etdirməkdədir. O da iddia edir ki, 1996-cı ildə həmin torpaq sahəsini ona veriblər. Hansı ki, 13 mart 1982-ci ildə anadan olmuş bu şəxsin 1996-cı ildə 13 yaşı olur. Azərbaycan Respublikası Mülki Məcəllənin 28-ci maddəsinə görə, yetginlik yaşına çatmamış şəxsə ayrıca torpaq sahəsi verilə bilməz. Yəni, bu maddəyə görə 1996-cı ildə heç bir dövlət məmuru 13 yaşlı bir uşağa torpaq sahəsi ayıra bilməzdi.
Onu da bildirim ki, Abbasov Elfaq və onun qardaşı normal ailə tərbiyəsi almadıqları üçün, onlar da Tamam Quliyeva kimi hər şeyi zorla, şərlə, böhtanla əldə etməyin yolunu tutublar. Bu da heç vaxt mümkün olmayacaq.
XÜSUSİ QEYD: Kim istəsə bütün hüquqi sənədlərlə tanış ola bilər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?