İnstitut tələbəsi faciəvi şəkildə ölüb. Gundemxeber.az xəbər verir ki, dünən səhər saatlarında 17 yaşlı 1-ci kurs tələbəsi Solmaz, instituta getmək üçün piyada keçidindən yolu keçərkən maşın onu Muşfiqabad qəsəbəsində vurub.
Onu vuran şəxsin yol polisi olduğu bildirilir. İlkin ehtimala görə, Dövlət Yol Polis postuna tələsən DYP kapitanı öz şəxsi maşını ilə saatda 60 kilometr olan yolda 100-lə gedərək tələbəqızı vurub. Zərbənin təsirindən Solmazın 10 metr havada fırlanıb başı üstə düşüb və yerindəcə dünyasını dəyişib. Hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.
Sorğu
Yeni dizaynımız necədir?