GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Ermənilər Bakı və Moskva arasında “qaratikan” rolunda

Ermənilər Bakı və Moskva arasında “qaratikan” rolunda

Tarix: 18-10-2019, 10:25 Bölmə :Cəmiyyət Baxış: 318
Ermənilər Bakı və Moskva arasında “qaratikan” rolunda


Rusiya Azərbaycanın notasına cavab verdi, amma necə...; Məmmədyarov "İzvestiya" vasitəsilə Rusiya ermənilərinə səsləndi...

Rusiyadakı erməni çevrələrinə bağlı rus deputat, Dövlət Duması komitəsinin sədr müavini Konstantin Zatilinin Qarabağa qanunsuz səfəri, orada ölkəmiz əleyhinə verdiyi bəyanatlar ətrafında gərginlik sovuşmayıb. Hələ ki rəsmi Bakının olayla bağlı Rusiyaya ünvanladığı etiraz notası cavabsız qalır. Halbuki Zatulin sıradan biri yox, hətta adi deputat da yox, Rusiya qanunverici orqanının aşağı palatasının komitə sədrinin 1-ci müavinidir.

Bu mənada Azərbaycanın etirazı tam əsaslı, qanuni və yerində idi. Azərbaycan XİN haqlı olaraq, sənəddə bunu da vurğulayıb ki, Zatulinin qanunsuz səfəri ilk növbədə Azərbaycanla Rusiya arasında əlaqələrə zərbə vurmaq, kölgə salmaq niyyəti güdür. Doğrudan da, iki dövlət arasında, məxsusən onların liderləri arasında son illər dinamik yüksəlişdə olan münasibətlər kimlərinsə, hansısa dairələrin xoşuna gəlmir. Həmin dairələrin ünvanı əslində qeyri-müəyyən də deyil.

Demək, ən azı buna görə Rusiya XİN notaya cavabı gecikdirməməli, K.Zatulinin özbaşınalığını qınamalı, onun söylədiklərinin Rusiyanın rəsmi mövqeyi olmadığını bəyan eləməli, Dağlıq Qarabağ məsələsində mövqeyini bir daha ortaya qoymalıdır. Necə ki, ötən il erməni mənşəli Rusiya vətəndaşlarının Bakı hava limanından Azərbaycana buraxılmaması, ölkəmiz ərazisində guya diskriminasiyaya məruz qalması barədə Rusiya tərəfinin iddiaları ilə bağlı notasına Azərbaycan XİN vaxtında aydın, hüquqi çərçivədə və arqumentli şəkildə cavab vermişdi.

*****

Söz düşmüşkən, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov dünən bir daha bu mövzuya toxunub. Nazir"İzvestiya" qəzetinə açıqlamasında bildirib ki, erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycana səfər etməsində hər hansı əngəl yoxdur (APA). Ancaq onun sözlərinə görə, onlar səfər etmədən əvvəl Azərbaycanın Rusiyadakı səfirliyini bu haqda məlumatlandırmalıdırlar. Çünki Azərbaycanın baş diplomatı haqlı olaraq hesab edir ki, bu məsələdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı emosionallıq (oxu: Ermənistanla müharibə vəziyyəti - “YM”) nəzərə alınmalıdır."Biz həmişə Rusiya tərəfi ilə bu məsələ barədə kifayət qədər açıq danışırıq", - deyə nazir vurğulayıb.

Yada salaq ki, keçın il Rusiya vətəndaşı Kristina Qevorkyan facebookda yeni il bayramını keçirmək üçün Bakıya gəldiyini, hava limanında bir neçə saat gözlədildiyini və daha sonra Azərbaycana buraxılmadığını bildirmişdi...

Problem də ondadır ki, ermənilər zaman-zaman təkcə Azərbaycana, Türkiyəyə qarşı əsassız torpaq iddiaları ilə yaşamayıblar, həm də daim Azərbaycanla Rusiyanın, Türkiyə ilə Rusiyanın arasını vurmağa, təfriqə yaratmağa çalışıblar. Bir növ arada “qaratikan” rolu oynayıblar. Bu “missiya” indi də davam edir. Hərçənd rusların özlərinin də onlardan maşa qismində istifadə eləmək yanğısı unudulmamalıdır.

İndi də Suriyadakı ermənilərin Türkiyəyə qarşı təxribatçı əməllərinin şahidiyik. Artıq xəbər verildiyi kimi, Nubar Ozanyan adına Suriya erməni könüllülərindən (oxu: terrorçulardan - “YM”) ibarət batalyon Türkiyə silahlı qüvvələri ilə döyüşə yollanıb. Bununla bağlı batalyonun yaydığı bəyanatda deyilir ki, guya Türkiyə Suriyadakı torpaqları ələ keçirmək istəyir və bu səbəbə ərəblər, kürdlər və ermənilər Türkiyə ordusuna qarşı çıxmaq üçün birləşməyə çağırılır.

*****

Bu arada Suriyanın şimalında - Türkiyə Ordusunun əməliyyat apardığı zonada yaşayan dinc erməni sakinlərin Ermənistana gəlmək istəmədiyi məlum olub. “Yeni Müsavat”ın məlumatına görə, bu haqda “Jamanak” qəzeti yazıb. Qəzetin bildirdiyinə görə, kürdlərin nəzarətində olan Qamışlıda 4 minə yaxın erməni yaşayır.

“Bizim mənbəmizin məlumatına əsasən, onlara ya Hələbə, ya da Ermənistana köçmək təklif olunub. Lakin onlar hər iki təklifdən imtina ediblər və onu da deyiblər ki, Ermənistandakı həyat şəraitinin heç də yaxşı olmadığından xəbərləri var. Ermənilərin yaşadıqları kvartallar hələ ki atəşə məruz qalmır, hərgah bombardmanların səsi burada yaxşı eşidilir”, - deyə nəşr sonda qeyd edib.

İşğalçı Ermənistanda dolanışıq, güzəran isə həqiqətən ağırdır. Ağlı başında olan erməni ora getməz, əksinə, oranı tərk edər. Necə ki, “məxməri inqilab”ın ardınca boşboğaz baş nazir NikolPaşinyanın verdiyi şirin vədlərdən sonra da Ermənistandan kütləvi köç dayanmayıb. Qarabağ, işğal problemləri aradan qalxmayınca dayanmayacaq da.

Odur ki, Qamışlı erməniləri elə öz yerlərində qalsalar, ən əvvəl özləri üçün yaxşı olar. Çünki Türkiyə əsgəri dinc əhali ilə vuruşmur və azad etdiyi yerə yalnız sabitlik, təhlükəsizlik və inkişaf gətirir. Türkiyədə on minlərlə Ermənistan ermənisinin əmək miqrantı kimi öz ailələrinə çörək pulu qazanması da Türkiyənin nə dərəcədə humanist dövlət olduğuna şübhə yeri saxlamır...

*****

Bu xüsusda bir daha mənfur qonşulara xatırlatmaq zərurəti var: erməni xalqının xoşbəxtliyi Türkiyə və Azərbaycanla, bütövlükdə Türk toplu ilə düşmənçilikdə yox, dostluq və müttəfiqlikdədir. Bu gerçəyi ermənilər nə qədər tez anlasalar, ən çox özləri uduşda olarlar - Suriyadan, Yaxın Şərqdən tutmuş, Qafqaza, Qarabağa qədər...

P.S. Yazı hazırlanarkən məlum oldu ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova dünən keçirdiyi brifinqdə Azərbaycan tərəfindən diplomatik kanallarla notanın daxil olduğunu təsdiqləyib."Rusiya XİN-in saytında çoxdandır ki, Azərbaycan hökumətinin xüsusi razılığı olmadan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və ona bitişik yeddi rayona səyahət edən vətəndaşların Azərbaycan tərəfi ölkəyə girişinə qadağa qoyur. Bu xəbərdarlıq saytda yerləşdirilib. Bu aktual xəbərdarlıqdır və hamıya aiddir", - deyə Zaxarova qeyd edib.

Göründüyü kimi, rəsmi şəxs kimi Zatulinin Qarabağa qanunsuz səfəri, iki ölkə əlaqələrinə zərbə vuran hərəkətləri pislənilmir, ona qarşı hər hansı qınaq bildirilmir. Yəni başdansovdu bir cavab. Əgər ona cavab demək mümkünsə... /musavat
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Zatulin Ermənistana gəldi

    Zatulin Ermənistana gəldi ...

    9-10-2018, 16:28

  • 
  • Bakının “Ağ evi”ndən Moskvaya “Ağ Ev” ismarışı

    Bakının “Ağ evi”ndən Moskvaya “Ağ Ev” ismarışı ...

    14-07-2017, 11:45

  • 
  • Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu rusiyalı deputatın Qarabağa səfəri ilə bağlı Dumaya müraciət edəcək

    Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə ...

    12-10-2018, 12:58

  • 
  • XİN: "Türkiyə və Rusiya arasında qarşıdurma Azərbaycanı narahat edir"

    XİN: "Türkiyə və Rusiya arasında qarşıdurma ...

    2-02-2016, 22:23

  • 
  • "Qarabağa bir şey olsa, Moskva yalnız...." - Rus politoloq

    "Qarabağa bir şey olsa, Moskva ...

    23-11-2014, 23:27


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (506)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu