Müsavat Partiyasının Kurdəmir rayon təşkilatının sədri Baha Mikayilov Bakiya gələrkən saxlanılıb.
Bu barədə Müsavat Partiyasının mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, Mikayılov avtobusdan düşürülərək Kürədmir Rayon Polis Şöbəsinə aparılıb.
“Hesab edirik ki, Baha Mikayılovun Bakıya gəlməsinə maneçilik törədilməsi Milli Şuranın oktyabrın 19-na təyin etdiyi mitinqi ilə bağlıdır,” mətbuat xidməti bildirir.
Məsələ ilə bağlı Kürdəmir Rayon Polis Şöbəsindən məlumat almaq mümkün olmayıb .
Milli Şura oktyabrın 19-da mitinq kçeirməklə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. Bakı meriyası mıtinqin mərkəzədn 20 kilometr aralı Qaradağ rayonundakı Lokbatan qəsbəsində keçirməyə razılıq verib. Mitinq təşkilatçıları bununla razılşamayaraq mitinqi metronun “28 may” stansiyası yaxınlığındakı meydanda keçirməyə qərar verib.
Bakı Şəhər Baş Polis İdarəsi aksiyanın meriyanın icazə vermədiyi yerdə keçirilməsinin qarşısını alacağını bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?