GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » "Bibisi də 3 uşağı atıb, qaçmışdı" - qohumunun arvadını qaçıran şəxsi öldürən dəstənin cinayəti ilə bağlı yeni təfərrüatlar - ÖZƏL

"Bibisi də 3 uşağı atıb, qaçmışdı" - qohumunun arvadını qaçıran şəxsi öldürən dəstənin cinayəti ilə bağlı yeni təfərrüatlar - ÖZƏL

Tarix: 29-10-2019, 15:59 Bölmə :Cəmiyyət Baxış: 396
"Bibisi də 3 uşağı atıb, qaçmışdı" - qohumunun arvadını qaçıran şəxsi öldürən dəstənin cinayəti ilə bağlı yeni təfərrüatlar - ÖZƏL


Qubada qohumunun arvadını qaçıran şəxsi döyərək öldürməkdə təqsirləndirilən şəxslər növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiti xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham ediləm Şahmar Əsədov, Sadıq Dadaşov, Pərviz Əsədov, Mətləb Muradov, Zabit Yolçiyev və Nazim Mikayılovun cinayət işi üzrə məhkəmə iclası baş tutub. Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

İttiham da yazılır ki, təqsirləndirilən şəxslər Aynur Əsədova və Elşad Əsədovun birlikdə qoşularaq Bakıya qaçdıqlarını öyrəniblər. Onlar bunu namuslarına toxunmaq kimi qiymətləndiriblər. Buna görə də Aynur və Elşadı axtarmaq üçün Bakıya gəliblər. Hər ikisini taparaq Qubaya aparıblar.

Qubada olarkən əvvəlcə Sadıq Dadaşov maşında oturan Elşad Əsədova bıçaqla zərbə endirib. Daha sonra digər təqsirləndirilən şəxslər Elşadı maşından düşürərək çoxsaylı bədən xəsarətləri yetiriblər. Elşad aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Elan olunmuş ittihamla Sadıq Dadaşov və Şahmar Əsədov özlərini qismən təqsirli biliblər. Pərviz Əsədov, Mətləb Muradov, Zabit Yolçuyev və Nazim Mikayılov isə özlərini təqsirli bilməyiblər.

Məhkəmədə ilk olaraq Sadıq Dadaşov ifadə verib. O, Aynur Əsədovanın atasıdır. Sadıq Dadaşov bildirib ki, ittihamla razı deyil. O, Elşadı öldürmədiyi halda işi boynuna götürdüyünü deyib: "Mən onların qaçdığını biləndə polisə məlumat verdim. Kimlərinsə Bakıya onları gətirməyə getməsindən xəbərim yoxdur. Mən heç kimə deməmişəm ki, Bakıya getsin. Onlar Bakıdan qayıdanda mən də ora getdim. Bundan qabaq da polisə məlumat verdim. Ora çatanda maşının qapısını açdım. Aynuru götürmək istəyirdim. Amma orada yox idi. Elşada dedim ki, bu, nə alçaqlıqdır elədin? Mənə dedi ki, lazım olanı Şahmara demişəm. Dedim ki, düş aşağı, hamının içində de. Elşad "maşından düşsəm, hamını "yortacam" deyəndə mən əsəbləşdim. Mənim cibimdə bıçaq da, silah da var idi. Bıçağı çıxarıb dedim ki, kimi "yortacaqsan?" O, mənə əl atanda bıçaq üzünə dəydi. Səhv eləmirəmsə, qulağına dəydi. Mən onu vurmamışam. Onu vuran Şahmar olub. Mən yalan danışa bilmərəm. Şahmarla Elşad arasında əvvəldən nəsə söz-söhbət olub. Hadisə yerində 200-də çox adam var idi. Sonra polislər gəldi. Hamı deyirdi, boynuna götürürdü ki, hadisəni törədib. Amma mən buna imkan vermədim. Dedim ki, mən eləmişəm, məni tutsunlar".

Sadıq Dadaşov deyib ki, Elşad onun qızı Aynuru qisas məqsədilə qaçırıb. Belə ki, onun dediyinə görə, Elşadla Aynurun əri Şahmar arasında ədavət olub. Elşad da qisas almaq üçün Şahmarın arvadını qaçırıb. Sadıq Dadaşov bildirib ki, Elşadla Aynur arasında sevgi söhbəti olmasını sonradan bilib. Sadıq Dadaşova sual verilib ki, hadisə vaxtı qızının qaçdığını eşidib, yoxsa qaçırıldığını? Suala cavabında Sadıq Dadaşov deyib ki, ilk olaraq qızının qaçdığını eşidib.

Hakim Sadıq Dadaşovun ifadəsinin bəzi məqamları ilə razılaşmayıb. Sual verib ki, hadisə yerinə, rayon mərkəzinə gələndə qızını orada tapmadığı halda niyə hadisə yerindən uzaqlaşmayıb? Sadıq Dadaşov bu suala cavab verə bilməyib.

Məhkəmədə Şahmar Əsədov da ifadə verib. O, Aynur Əsədovanın həyat yoldaşıdır. Həbs edilənlərdən Pərviz isə onun qardaşıdır. Şahmar Əsədov evə gəldiyi gün Aynurun olmadığını öyrənib. O, ailə münasibətlərinin yaxşı olmadığını təsdiqləyib. Bildirib ki, ilk ağla gələn ehtimal Aynurun intihar etməsi olub. Amma sonra evdəki qızılları olmadığını görəndə Aynurun qaçdığını düşünüblər. İfadəsinin davamında Şahmar Əsədov bildirib ki, bir neçə gün Aynuru axtarıblar. Sonra qohumları Aynuru və Elşadı taparaq rayona gətiriblər.

Şahmar Əsədov Elşadı bıçaqlamadığını deyib. Əlavə edib ki, qayınatası Sadıq Dadaşovun Elşadı bıçaqladığını görüb: "Biz mərkəzə çatanda orada 100-dən çox adam var idi. Hadisə yerinə yaxınlaşa bilmirdik. Sadıq Elşadı vuranda mən gördüm. Sonra onu maşından yerə düşürdülər. Ordakılardan bəziləri dedi ki, çəkilin Şahmar da vurub qisasını alsın. Ondan sonra mən Elşada 5-6 təpik vurdum".

Şahmar Əsədov qeyd edib ki, arvadı Aynurun yoldan çıxarılmasında onun bibisini günahkar görür: "Aynurun bibisi də üç uşağını qoyub qaçmışdı. Mən ona görə ondan şübhələnirdim".

Məhkəmə araşdırması davam etdirilir.

Qeyd edə ki, hadisə Quba raynunda baş verib. 25 yaşlı Aynur Əsədova həyat yoldaşının əmisi oğlu, 26 yaşlı Elşad Əsədov tərəfindən qaçırılıb. Məlumata görə, qadın öz razılığı ilə E.Əsədovla birgə gedib. Hadisədən sonra qızın atası Sadıq Dadaşov, qohumları Elman Muradov və Mətləb Muradov E.Əsədovu döyərək ona ağır bədən xəsarəti yetiriblər. E.Əsədov aldığı xəsarətlərdən dünyasını dəyişib. Onlara qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qohumunun arvadını qaçıran şəxsi öldürməkdə ittiham edilənlərin məhkəməsi - onların vəsatətləri təmin edilmədi

    Qohumunun arvadını qaçıran şəxsi öldürməkdə ...

    21-10-2019, 13:44

  • 
  • Qubada əmisi oğlunun arvadını qaçıran kişi döyülərək öldürülüb

    Qubada əmisi oğlunun arvadını qaçıran kişi ...

    22-10-2018, 10:51

  • 
  • Prokuror qızının gözü önündə arvadını öldürən 62 yaşlı kişiyə cəza istəyib

    Prokuror qızının gözü önündə arvadını öldürən 62 ...

    12-10-2018, 12:59

  • 
  • Bakıda qardaşı arvadını qısqanclıq zəminində öldürən şəxsə hökm oxunub

    Bakıda qardaşı arvadını qısqanclıq zəminində ...

    7-03-2019, 13:31

  • 
  • Leyla Şıxliniskayanın işçiləri özünü günahsız hesab edir- mənimsəmə işi

    Leyla Şıxliniskayanın işçiləri özünü günahsız ...

    24-11-2017, 11:21


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu