Qubada əmisi arvadını qaçıran şəxsi döyərək, öldürməkdə təqsirləndirilən şəxslər növbəti dəfə hakim qarşısına çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham ediləm Şahmar Əsədov, Sadiq Dadaşov, Pərviz Əsədov, Mətləb Muradov, Zabit Yolçiyev və Nazim Mikayılovun cinayət işi üzrə məhkəmə iclası baş tutub.
Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən məhkəmə iclasında nəhayət ki, işin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib. Amma məhkəmənin hazırlıq iclası bir neçə dəfə vəkillər gəlmədiyi üçün təxirə düşüb.
Məhkəmənin hazırlıq iclasında Zabit Yolçuyevin vəkili vəsatət verərək müdafiə etdiyi şəxsin ev dustaqlığında buraxılmasını istəyib. Vəkil bildirib ki, Yolçuyev hadisədən əvvəl qəzaya düşüb və bədənin müxtəlif hissələrindən ağır xəsarət alıb. Müdafiəçi Yolçuyevin bədənində millər olduğunu, hazırda müalicəsini davam etdirə bilmədiyi üçün ağrılar çəkdiyini deyib.
Şahmar Əsədov və Pərviz Əsədovun vəkili də vəsatət verərək müdafiə etdiyi şəxslərin ev dustaqlığına buraxılmalarını istəyib. Vəkillər məhkəmə prosesinin videolentə alınmasını istəyib. Prokuror vəsatətlərin təmin edilməsi üçün heç bir əsas olmadığını bildirib.
Məhkəmə müşavirədən sonra qərarı elan edib. Qərara əsasən vəsatətlər təmin edilməyib və məhkəmənin baxış iclası oktyabrın 29-na təyin edilib.
Qeyd edək ki, hadisə Quba rayonunda baş verib. 25 yaşlı Aynur Əsədova həyat yoldaşının əmisi oğlu, 26 yaşlı Elşad Əsədov tərəfindən qaçırılıb. Məlumata görə, qadın öz razılığı ilə E.Əsədovla birgə gedib.
Hadisədən sonra qızın atası Sadıq Dadaşov, qohumları Elman Muradov və Mətləb Muradov E.Əsədovu döyərək ona ağır bədən xəsarəti yetiriblər. E.Əsədov aldığı xəsarətlərdən dünyasını dəyişib. Onlara qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb./musavat
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?