İndicə Oqtay Gülalıyevin müalicə aldığı Neyrocərrahlıq Xəstəxanasının reanimasiya şöbəsinin müdiri Arif Xasıyevlə əlaqə saxladım. Vəziyyəti stabil olaraq qalır, hemodinamik göstəriciləri stabildir.
Əməliyyata götürülən gündən indiyə kimi 2-ci dərəcəli koma vəziyyətindədir. Pisləşmə yoxdur. İntensiv müalicə tədbirləri davam etdirilir. Allah şəfa versin!
P.S.: Məlumat üçün bildirirəm ki, komanın 4 dərəcəsi mövcuddur, ən ağır dərəcə 4-cü dərəcə (tam arefleksiya vəziyyəti) sayılır. Mətbuatda gedən bəzi məlumatlara aydınlıq gətirmək məqsədilə sabah Oktay bəyin ilk daxil olduğu 1 saylı klinik mərkəzdəki tomoqrafiyasının şəklini əldə etməyi və travmanın bütün dinamikasını detallarla izah etməyi planlaşdırıram.
Sorğu
Yeni dizaynımız necədir?