Oktyabrın 30-da saxlanılaraq 30 sutka müddətinə inzibati qaydada həbs edilmiş Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü, jurnalist Şəmistan Həziyevin Bakı Apellyasiya Məhləməsində həbsdən verilmiş şikayəti baxılıb və birinci instansiya məhkəməsinin qərarı güvvədə qalıb.
Gundemxeber.Az turan.az-a istinadla xəbər verir ki, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə Həziyev bildirib ki, saxlandığı yerdə ona qarşı fiziki güc tədbiq edilib.
Həziyevin sözlərinə görə, onu dünən saxlandığı İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində zorla narkomanlar və Hepatit və QİCS xəstəliklərin daşıyıcıları olan şəxslərlə eyni otağa saldılar və o, hələ də orada saxlanılır. "Bu gün vəkilim Şəhla Hümbətovaya bu barədə xəbər vermək üçün zəng vurdum. Lakin söhbətim yarımçıq qalıb, telefon danışığımızı kəsdilər və hədələdilər ki, bundan sonra mənə telefonla danışmaqa imkan verməyəcəklər və "günüm qara olacaq". Etirazlarım qəbul edilmir".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?