“Oktay Gülalıyevin müalicə işinə heç bir aidiyyətim yoxdur”
Gundemxeber.az xəbər verir ki, bunu Tibb elmləri doktoru Adil Qeybulla özünün feysbuk səhifəsində yazdığı statusda bildrib: Dəyərli dostlar! Oktay Gülalıyevlə bağlı son olaylarda FB-da rastlaşdığım profanasiyadan o yana getməyən “rəylərin”, “məsləhət” və “tövsiyyələrin”, süni təəssübkeşliyin, 2014-cü ildə məlum səbəblərdən ayrıldığım, viran qoyulmuş siyasi təşkilatda marginallaşmış “əqidə etalonlarının”, intellekti “telegraph pole” səviyyəsində, mədəniyyəti düşük olan bəzilərinin hədyanları, pressinqi bu qənaəti hasil edir: Səviyyəsizlərə bəhanə və meydan verməyin! Onlar öz tərbiyələrini nümayiş etdirmək üçün mühit və bəhanə axtarırlar. Mən insanların haqqını dərk edən, tanıyan və hər kəsin şəxsiyyətinə və ləyaqətinə hörmət qoyan birisiyəm. Mənim üçün nazirlə süpürgəçinin fərqi yoxdur! Hər birinin öz şəxsiyyəti var. Əslində biz belə bir dövlət qurmaq üçün mücadilə aparırıq. Bu gün mentalitetimizdəki stereotiplərin xeylisi dağıdılmaqdadır, lakin bunun nəticələri bizi qane edirmi? Feminizm şüvənləri, təqlidlər millətin inkişafı sayıla bilməz! Əsil inkişaf millətin intellekt və mədəniyyətinin gəlişmələri sayılır… Sosial şəbəkələrin ədalət məhkəməsi yoxdur. Burdakı rəy və qiymətlər də obyektiv sayıla bilməz! P.S. Dəyərli dostumuz Oktay Gülalıyevin müalicə işinə heç bir aidiyyətim yoxdur, müalicə prosesində də heç bir məsuliyyətim yoxdur. Sadəcə, demokratik cameənin nümayəndəsi kimi, özümə mənəvi borc bilərək onun yanında olmağa çalışmışam. Ona uca Allahdan şəfa, ailəsinə səbr və dözüm diləyirəm. Bəzilərinin nəzərinə çatdırım ki, mənim əsas sənətim onkologiya və cərrahlıqdır. Moskvada Onkoloji Elmi mərkəzdə yetişmişəm. 29 yaşında elmlər doktoru olmuşam, 22 yaşımdam Tibb Universitetində dərs demişəm. Əməliyyatı aparan həkim də bizim tələbəmiz, yetişdirməmizdir. Türkiyəyə onu aparan reanimatoloqu da şəxsən tanıyıram, ondan da məlumat alıram. Razılaşarsınız ki, Oktay bəyin xəstəliyinə rəy vermək də mənim kompetemsiyamdadır. Onu da xatırladım ki, mənim siyasi mövqeyim həmişə mənim qarşımdakı əsas baryer olub. Siyasi mövqeyimə görə həbs yaşamışam, məhrumiyyət və təqiblərlə üzləşmişəm. Təltiflərə ehtiyac duymamışam, özümü xalqımın və millətimin alimi hesab edirəm. Ədalətli olaq!
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?