GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Baron”un 26 ildir rəhbərlik etdiyi qurum ləğv edilir

“Baron”un 26 ildir rəhbərlik etdiyi qurum ləğv edilir

Tarix: 18-11-2019, 20:38 Bölmə :Cəmiyyət Baxış: 452
“Baron”un 26 ildir rəhbərlik etdiyi qurum ləğv edilir


Ölkədə aparılan islahatlar çərçivəsində bir sıra gözləntilər və təkliflər hələ ki, reallaşmamış qalır. Mütəxəssislər bir sıra dövlət qurumlarının ləğvini, yaxud üst quruma birləşdirilməsini təklif edirlər. Onların fikrincə, bir sıra qurumların ləğv edilməsi həm idarəetmədə çoxşaxəliliyi aradan qaldıra, keyfiyyəti artıra, həm də dövlət xərclərinin azalmasına səbəb ola bilər.

Gundemxeber.Az teref.az-a istinadla xəbər verir ki, ləğvi tez-tez gündəmə gələn qurumlardan biri də Meliorasiya və Su Təsərrüfatı ASC-dir. Artıq neçə illərdir ki, bu qurumun ləğv evilməsi, səlahiyyətlərinin Kənd Təsərrüfatı Nazirliyinə verilməsi məsələsi təklif edilir.

Bu isə ilk dəfə iqtisadçı ekspert Rövşən Ağayev tərəfindən təklif edilib. Qaynarinfo-ya açıqlamasında R.Ağayev bildirdi ki, adıçəkilən qurumdan narazılığının konkret səbəbi var:

"Fəaliyyətləri şəffaf deyil. Baxmayaraq ki, dövlət qurumudur, ictimai informasiya sahibidir, amma xərclədikləri vəsaitlərlə bağlı hər hansı hesabat verməyi özlərinə öhdəlik hesab etmirlər. Sanki hansısa özəl qurumdur, xərclədikləri pullar şəxsidir, malik olduqları informasiyalar da kommersiya sirridir.

Narazılığımın ikinci səbəbi odur ki, fermerlər meliorasiya sisteminin fəaliyyətindən çox əziyyət çəkirlər. Bir sıra ərazilərdə şoranlaşma var, torpaqlar keyfiyyətini itirir, vaxtlı-vaxtında həmin problemləri aşkarlayıb fermerlərə dəstək vermirlər”.

R.Ağayevin sözlərinə görə, bölgələrdə suvarma suyuna məsul olan su assosiasiyalarının fəaliyyəti də effektiv və şəffaf təşkil edilməyib:

"Əhalidən yığılan pullarla bağlı icmalar qarşısında hesabatlı deyillər. İnsanlardan su haqqı kimi pul yığırlar, amma su-kanal şəbəkəsilə bağlı problem olanda, yenə həmin problemin həlli fermerlərin öz cibi hesabına həyata keçirilir. Meliorasiya dövlət büdcəsindən çox böyük vəsait alır.

Hər il kənd təsərrüfatı xərclərinin təxminən 40%-i onlara gedir. Əlavə olaraq büdcənin investisiya xərcərindən onlara vəsait ayrılır. Bunlarla yanaşı, böyük həcmdə xarici kreditlər alınır. Üstəlik, qurum müəyyən layihələr üçün Neft Fondundan da vəsait alır. Görün, neçə mənbədən pul gəlir. Bu qurumun illik dövriyyəsi 100 milyonlarla manatdır, amma şəffaflığı sıfır. Mən yenə də o fikirdəyəm ki, suvarma sistemləri Kənd Təsərrüfatı Nazirliyinin tərkibində olmalıdır”.

ASC sədri ölkədə və xaricdə ağlagəlməz varidata malikdir

Qeyd edək ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyinin tək idarəetməsi deyil, qanundankənar biznes fəaliyyəti ilə məşğul olması da tənqid olunan məqamlardandır. Təsadüfi deyil ki, Azərbaycanda milyonlara, hətta milyardlara malik olan məmurlardan danışdıqda ASC-nin sədri Əhməd Əhmədzadə ilk yada düşən məmurlardandır. Cənab Əhmədzadənin müxtəlif ölkələrdə və Azərbaycanın özündə malik olduğu biznes haqda məlumatlar tez-tez gündəmə gəlir. Onun ailəsinə məxsus varidatla bağlı məlumat bu günlərdə araşdırmaçı jurnalist Cavanşir Həsənli tərəfindən açıqlandı. Həmin məlumatda bildirilirdi ki, Ə.Əhmədzadənin oğlu Cümə Əhmədzadə Çexiyanın Maliyyə Nazirliyinə bu ölkədəki "Lipno Investment s.r.o." şirkətinin yeni maliyyə sənədlərini təqdim edib. Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun kürəkəni olan C.Əhmədzadənin təqdim etdiyi sənədlərə görə, şirkətin 31 dekabr 2018-ci il tarixdə aktivləri 46 milyon 689 min çex kronu və ya təxminən 2 milyon 89 min dollar təşkil edib. Bundan başqa, şirkətin qeyri-maddi mal-varlığı 45 milyon 577 min krona (təxminən 2 milyon dollar), daşınmaz əmlak varlığı 41 milyon 650 min krona (1 milyon 860 min dollar) çatıb.

Xatırladaq ki, "Lipno Investment s.r.o.” 2017-ci ildə Əhməd Əhmədzadənin oğlu Cüma Əhmədzadənin və onun həyat yoldaşı Günel Rüstəmovanın (Elman Rüstəmovun qızı-red.) şərikli sahibi olduqları "ALPS sro” şirkəti (bu şirkətin aktivləri 34 milyon 399 min kron və ya 1,5 milyon dollar təşkil edir) üzərindən təsis edilib. Şirkət Cüma Əhmədzadənin Çexiya Müdafiə Nazirliyindən 2014-cü ilin mayında aldığı və yenidən inşa etdiyi, ümumilikdə 7 milyon dollara başa gələn "Hurka” hotelini idarə edir. Hotel əsrarəngiz Lipno gölü sahilində yerləşir. Əhmədzadələrin İngiltərədə də böyük biznesi var, bu yaxınlarda isə Türkiyədə daha bir şirkətləri açılıb.

Bütün bunlardan başqa, Ə.Əhmədzadənin əsasən Qax və Zaqatala rayonlarında mövcud olan böyük biznesi haqda çox yazılıb və deyilib.

Şübhəli "Azəri Servis LTD” və Əhməd Əhmədzadəni biləşdirən "dəyər”

Hələ ötən ay Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətinin keçirdiyi 6.5 milyon manatlıq 3 tenderin qalibi bəlli olub. Bunlar Gidromaşservis QSC ilə Füzuli rayonu ərazisində 1200 ha əkin sahəsi olan təsərrüfatın suvarma suyu ilə təmin edilməsi ilə əlaqədar 2 milyon 560 min 767 manatlıq, UĞUR-TİKİNTİ MMC ilə Astara rayonunun Pensərçay çayında sahilbərkitmə işləri ilə bağlı tədbirlər üçün 1 milyon 824 min 399 manatlıq və Azəri Servis LTD MMC ilə Ağcabədi rayonunda yaradılan aqroparkın 850 ha əkin sahəsinin suvarma suyu ilə təmin edilməsi üçün 2 milyon 212 min 500 manatlıq müqavilələrdir.

Sonuncu şirkət, yəni "Azəri Servis LTD” ilə bağlı aparılan kiçik araşdırmalar göstərir ki, bu şirkət Meliorasiya və Su Təsərrüfatı ASC-nin "daimi müştərisidir”. Onun sahibi isə Nasir Nadir oğlu Mustafazadədir. O, 2000-ci ildən Azəri Servis LTD MMC-nin sahibidir. Əvvəllər "Azərkəndsutəchizatı” Dövlət Konsernində çalışıb. Onun məhz Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyinə yaxınlığına dair məlumatlar var. Azəri Servis LTD-nin əsas sifarişçiləri uzun illərdir Əhməd Əhmədzadənin rəhbərlik etdiyi Meliorasiya və Su TəsərrüfatıASC, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, Azərsu ASC, Bakı şəhəri Mənzil Kommunal Departamenti və rayon icra hakimiyyətləridir.

Tender yolu ilə saysız-hesabsız dövlət sifarişləri alan Nadir Mustafazadənin ölkə xaricindəki bizneslərilə bağlı mlumatlar da var. Həmin məlumatlarla tanışlıqdan sonra belə qənaət yaranır ki, Ə.Əhmədzadə büdcə vəsaitlərini bu şəxsin əlilə xaricə çıxaran məmurlar arasındadır. Təsadüfi deyil ki, ekspertlər meliorasiya sahəsində durumun acınacaqlı olduğu barədə həyəcan siqnalı çalırlar. Ehtimal olunur ki, islahatların növbəti mərhələsində Meliorasiya və Su Təsərrüfatı ASC-nin ləğv edilərək səlahiyyətlərinin Kənd Təsərrüfatı Nazirliyinə verilməsi reallaşacaq. Hələlik buna mane olan müəyyən qüvvələrin olduğu bildirilsə də, eyni zamanda buna nail olmağa çalışanların mövcudluğu da edilən qeydlər sırasındadır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əsədovun nazirliyinin və Əhmədzadənin qurumun ləğvi gündəmdə - Eksklüziv

    Əsədovun nazirliyinin və Əhmədzadənin qurumun ...

    4-06-2017, 18:08

  • 
  • Heydər Əsədov Əhməd Əhmədzadə ilə Qərib Məmmədovu bitirir

    Heydər Əsədov Əhməd Əhmədzadə ilə Qərib Məmmədovu ...

    13-10-2014, 16:26

  • 
  • Azərbaycanda 2 nazirlik və 3 dövlət komitəsi ləğv ediləcək - siyahı

    Azərbaycanda 2 nazirlik və 3 dövlət komitəsi ləğv ...

    8-02-2015, 22:45

  • 
  • "Bir sıra nazirliklər ləğv olunmalıdır" - Deputatdan təklif

    "Bir sıra nazirliklər ləğv olunmalıdır" ...

    13-10-2015, 17:10

  • 
  • Dövlət Sosial Müdafiə Fondu ləğv edilir

    Dövlət Sosial Müdafiə Fondu ləğv edilir ...

    8-11-2013, 14:18


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu