GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bakıda daha iki dələduz və çoxsaylı qurbanlar: hətta falçıya da kələk gəliblər...

Bakıda daha iki dələduz və çoxsaylı qurbanlar: hətta falçıya da kələk gəliblər...

Tarix: 15-12-2019, 16:10 Bölmə :Cəmiyyət Baxış: 318
Bakıda daha iki dələduz və çoxsaylı qurbanlar: hətta falçıya da kələk gəliblər...


Ölkəni dələduzluq əməllərinin bürüdüyü bir vaxtda Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri daha bir dələduzluq işi üzrə prosesə başlayıb. Bu dəfə dələduzluqda ittiham olunanlar 56 yaşlı Oktay Zamanov və 40 yaşlı Elnur Əbdüləzizovdur.

Oktay Zamanov və Elnur Əbdüləzizov Fərdi evlərin tikintisi adıyla dələduzluq edərək onlarla şəxsin əmlakını ələ keçirməkdə təqsirləndiriləndirilirlər. Onların barəsində barədə başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib. Lakin bu “ostap benderlərin” istintaq dövründə daha bir dələduzluğa imza atdıqları aşkarlanıb. Məlum olub ki, onlar “Rent a Car” dan icarəyə maşın götürüblər, həmin avtomobili girov qoymaqla pul alıblar, yəni yenə də kiməsə fırıldaq gəliblər, aldadıblar...

Bazardan nisyə mal alır, Bakı kəndlərində mağazalara ucuz satır...


Təqsirləndirilən şəxslər şərikli ev tikib satmaqla, ev alqı-satqısı, kreditli evlərin tikintisi ilə məşğul olublar. Tikdikləri evləri, fərdi yaşayış sahələrini internet üzərindən satışa çıxarıblar. Zərərçəkmişlərin əksəriyyəti internetdə yerləşdirilən telefon nömrəsi ilə onlarla əlaqə saxlayıblar.

İttihama görə, O.Zamanov Bakı şəhəri, Dərnəgül qəsəbəsində yerləşən “Baksol” taxta bazarındakı tikinti materialları mağazasında satıcı işləyən Qurban İsgəndərovu aldadıb, 2015-ci ilin iyul ayında pulunu on gündən sonra ödəyəcəyini vəd edərək ondan 10 min manatlıq taxta materialı, 24 min manatlıq isə dəmir armaturlar almaqla 67 min manat zərər vurub.

O.Zamanovla E.Abdüləzizov cinayət əlaqəsinə girərək eyni üsulla “Baksol” taxta bazarında tikinti materialları mağazasında satıcı işləyən Məmmədəli Quliyevi də aldadıblar. Ona qarşı 17 min manatlıq dələduzluq ediblər. Sonradan məlum olub ki, satıcılardan nisyə alınan taxtaları Maştağa, Novxanı, Məhəmmədi və Kürdəxanı kəndlərindəki bağ massivlərində tikinti materialları mağazalarına daha ucuz qiymətə satıblar. Əldə etdikləri pulları mənimsəyiblər, yeyib üstündən su içiblər.

Sosial şəbəkədəki elana zəng vurdu, 17 min manatı getdi

İstintaq zamanı aydınlaşdırılıb ki, bu dələduzlar Zabrat qəsəbəsində 2 sot torpaq sahəsində fərdi yaşayış evi tikib təhvil verəcəyi ilə aldadaraq Fərid Həsənovun da 17 min manat pulunu ələ keçiriblər. Bacısına ev almaq qərarına gələn F.Həsənov sosial şəbəkədəki elana görə onlarla əlaqə saxlayıb və dələduzların toruna düşüb.

Daha bir epizoda əsasən dələduzlar zərərçəkmiş Əli Baxışovu da “Baksol” yaşayış massivindəki torpaq sahəsində 43 min manat dəyərində fərdi yaşayış evi tikib təhvil verəcəyinə inandırıblar. 2016-cı ilin avqust ayında onu “Baku Qafqaz Centre” də yerləşən ofisə dəvət edərək beh müqaviləsi bağlamağa və tikintiyə icazə alacağına inandıraraq əvvəlcə 2 min manat pulunu alıblar. Daha sonra isə tikintiyə başlamaq, su, işıq xətti çəkmək adıyla müxtəlif vaxtlarda 18 min 500 manat pulunu alıb aralarında bölüşdürüblər. Hətta inandırıcı görünmək üçün ona qəbz də veriblər.

2017-ci ilin oktyabrında Masazır qəsəbəsində fərdi yaşayış evi tikib təhvil veriləcəyi adıyla aldadılan və 30 min manatı əlindən alınan Ceyhun Məmmədov da fırıldaqçıların toruna düşüb.

“Moşşennik” Oqtay hətta falçını da aldadıb-5 min!

Yaxud istintaq zamanı məlum olub ki, O.Zamanov başqasının fərdi yaşayış evini özününkü kimi göstərərək Zina Məmmədova adlı zərərçəkmişə satmaq istəyib, bu məqsədlə qadından 12 min manat pul alıb “əkişdiriblər”.

Zərərçəkmişlərdən biri falçı olub. Onun yanına fala baxdırmağa gedən Oktay özünə ruzi duası yazdırıb ki, ruzisi bol olsun. Amma elə həmin falçını da öz toruna salmağa müvəffəq olub. Zabrat qəsəbəsində baldızına məxsus torpaq sahəsinin sənədini falçıya göstərərək 6 min manatını ələ keçirib. (Görünür bu zaman falçının özünüqoruma duası işlək vəziyyətdə deyilmiş)

Törətdikləri cinayət əməlinə görə təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Hazırlıq iclasında zərərçəkmişlər təqsirləndirilən şəxslərin hər ikisinin məhkəmə zalından həbs olunmasını istəyiblər.

“Bacımın əri buna görə özünü öldürdü...”

Zərərçəkmiş Fərid Həsənov bu iş üzrə həm maddi, həm də mənəvi zərər çəkdiyini deyib: “Bacımın həyat yoldaşı bu söhbətlərə görə özünü öldürdü. Ən çox zərər mənə dəyib”.

İstintaq zamanı təqsirləndirilən şəxslərin hər ikisinin barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib. Məhkəmənin hazırlıq iclasında O.Zamanovun məhkəməyə gəlmədiyi məlum olub. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib və axtarış elan edib. Digər təqsirləndirilən E. Əbdüləzizovun barəsində isə başqa yerə getməmək haqqında iltizam tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib, o, məhkəmə zalında həbs olunub.

Məhkəmə prosesi qeyri-müəyyən vaxta kimi təxirə salınıb.

Ən maraqlısı odur ki, təqsirləndirilən şəxslərin barələrində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib, istintaq araşdırmalarına başlanılıb. Amma onlar istintaq dövründə də boş dayanmayıblar, bu dəfə “Rent a Car” dan icarəyə maşın götürüblər, həmin avtomobili girov qoymaqla pul götürüblər, yenə də kiməsə fırıldaq gəliblər, aldadıblar...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Aşıq Namiq 54500 manatını və təqsirləndirilənlərin həbsini istədi

    Aşıq Namiq 54500 manatını və ...

    7-02-2018, 12:56

  • 
  • Bakıda vətəndaşa qarşı 100 min manatlıq dələduzluq edən şəxsə hökm oxunub

    Bakıda vətəndaşa qarşı 100 min manatlıq ...

    8-10-2018, 12:34

  • 
  • Deputatın oğluna qarşı dələduzluq edən şəxsin cinayət işi məhkəmə baxışına verilib

    Deputatın oğluna qarşı dələduzluq edən şəxsin ...

    7-06-2018, 15:50

  • 
  • Bakı sakininin 3,4 milyon dollarını ələ keçirən şəxslər məhkəmədə şahid qismində ifadə verib

    Bakı sakininin 3,4 milyon dollarını ələ keçirən ...

    24-11-2017, 13:15

  • 
  • Bakıda qadına qarşı dələduzluq edən şəxsə hökm oxunub

    Bakıda qadına qarşı dələduzluq edən şəxsə hökm ...

    31-10-2018, 11:49


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (300)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu