Siyasi Məhbusların Monitorinq Mərkəzi (SMMM) bloger Mehman Hüseynovun polis tərəfindən saxlanmasını və döyülməsini kəskin şəkildə pisləyib.
“Blogerin güc tətbiq edilməklə əsassız saxlanması faktı Avropa Konvensiyası, Azərbaycan Konstitusiyası və milli qanunvericiliklə təmin edilmiş əsas azadlıqların kobud şəkildə pozulmasıdır. İşgəncə tətbiq etmək isə vəzifəli şəxslər tərəfindən törədilən cinayətdir”, - Mərkəzin rəhbəri Elşən Həsənov bildirib.
SMMM blogerə hücumla bağlı araşdırma aparılmasını və günahkarların cəzalandırılmasını, M.Hüseynovun sağlığına dəyən zərərə və mənəvi ziyana görə kompensasiya ödənilməsini tələb edib.
Xatırladaq ki, M.Hüseynov dekabrın 27-də axşam reper Pərviz Quluzadənin həbsinə etiraz olar keçirilən aksiya zamanı polis tərəfindən saxlanılıb. O,şəhər kənarına aparılaraq və ağır döyülüb.
DİN M.Hüseynovun “razılaşdırılmamış aksiya keçirdiyinə və vətəndaşların istirahətini pozduğuna görə” saxlanıldığını təsdiqləyib, lakin döyülmə faktını təkzib edib.//turan.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?