ABŞ-ın Bağdaddakı hava hücumundan nəticəsində İranın elitar Qüds Korpusunun komandanı və İranın Yaxın Şərqdə artan hərbi nüfuzunun memarı General Qasim Süleymanin öldürlüməsindən sonra yüzlərlə etirazçı Tehran küçələrinə yürüş edib.
ABŞ, İsrail və İngiltərə bayraqlarını yandıran, Süleymaninin fotoşəkillərini qaldıran yürüyüşçülər İranın din xadimi Ayətullah Əhməd Xatəminin rəhbərliyi ilə cümə namazını qıldıqdan sonra paytaxtda toplaşıblar.
Namazdan sonra dualar zamanı izdiham ABŞ-a qarşı şüarlar səsləndirib.
İran rəhbərliyi ali dini rəhbər Ayətullah Əli Xamenidən sonra İranda ikinci ən güclü fiqur sayılan 62 yaşlı general Qasim Süleymanin qisasını almağa söz verib.
Regionda ABŞ maraqları əleyhinə aktiv fəaliyyət göstərən bu şəxsin öldürülməsi Yaxın Şərq üçün mühüm dönüş nöqtəsinə çevrilə bilər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?