GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » SÖZLƏ BƏRABƏR OLMAĞA ÇALIŞIRAM -Eldar Sabiroğlu

SÖZLƏ BƏRABƏR OLMAĞA ÇALIŞIRAM -Eldar Sabiroğlu

Tarix: 20-01-2020, 23:11 Bölmə :Cəmiyyət Baxış: 413
SÖZLƏ BƏRABƏR OLMAĞA ÇALIŞIRAM -Eldar Sabiroğlu


Eldar Sabiroğlu

Sözə qənim kəsilənlərin sırası günbəgün çoxalır. Təvazü olmasa da, deyim ki, yoldaşlıq etdiyim 44 ildə xəyanət etmədim qələmə. Uymadım natəmiz işlərə. Nə aldım, nə də kimsənin maliyyə balansına ödənişlər göndərdim. Dövrünün böyük ziyalısı babam Xəlil kişinin hər səhər qapının ağzında verdiyi öyüd-nəsihət xarakter etibarı ilə məni onun özü etdi. Bir gün babama dedim ki, özünü yorma, sözlərin artıq qanıma işləyib. Babam gülərək məni qucaqladı və inandığını bildirdi. Babamın yanında alnım açıqdır. Bir kibrit qutusu qədər nə haram-nə halal bir sahəm yoxdur. Yoxsa başıma çevirmişdilər.
Ziyalı axtaran gözlərim yol çəkir. Ya mən görə bilmirəm məmləkətin işıqlı adamlarını, ya onlar özlərini çıxdaş etdiklərindən yerləri görünmür. Hardadır adını ziyalı qoyan elm adamlarımız, yazıçı və şairlərimiz? Müəllimlərimiz , sənət adamlarımız qaranlıqlardan işıqlı dünyaya nə zaman çıxacaqlar? Onların sözünə bu gün çox ehtiyac duyuruq. Ehtiyat etdikləri nədir? Təntənəli adlar, vəzifə ehtirasları, dövlət mükafatları, ailəsini yağ-bal içində yaşatmaq hisləri, yoxsa qorxu!!! Zənnimcə, hər ikisi də var. Sözün gücünü tükətmək əvəzinə onun təmizliyi keşiyində dayanmağı özümüz üçün şərəf-namus borcu hesab etməliyik. Çətin yoldur bilirəm, amma bu yola nəhayət ki, ayaq basmalıyıq. Söyüş və təhqirdən uzaq mübarizə üsulları bu gün cəmiyyətimizdə normal münasibətlərin qurulması üçün hava-su kimi lazımdır. Sözün lətafətini itirdikcə özümüz də itirik.

Haçansa adi bir söyüşü dilimə gətirmədim, kimisə təhqir etmədim. Halbuki haqqımda alçaldıcı ifadələr işlədənlərin qarşılığını onların öz tərzinə uyğun verə bilərdim, ancaq məqbul saymamışam. Lakin sözü elə işlətmişəm ki, sinəsindən girib kürəyindən çıxıb.

Öncələr sözün hökmündən qorxardıq. Fəqət, sözü ağlar günə qoymaqla yalan və uydurmalara, həqarət və riyalara nəfəs verdik. Sonu görünməyən düşmənçiliyin kökünü kəsmək üçün hər şeydən əvvəl sözümüzü dəyişməliyik.

Milli mədəniyyətimizə qayıtmalıyıq. İçimdə püskürən alov da buna bağlıdır. Azadlıq, demokratiya “cəfakeşlərinin”, bürokratiya aslanlarının hifz etdikləri azad söz anlayışı hər gün təmasda olduğumuz sosial şəbəkəni elə murdar vəziyyətə salıb ki, adam yaxın durmaq istəmir. İyrəncidir. Üfunət verir. Sosial şəbəkələrdə, eləcə də yazılı mətbuatda mərtəbəli söyüşlər adi hala çevrilib. Bəzi xarici-daxili internet TV-lər bu baxımdan daha eybəcər durumdadırlar. Hədd-hüdud tanımayan verilişlərlə içtimai fikrə çirkli və tərbiyəsiz davranış daşıyırlar.

Cəmiyyət əxlaqlı sözə möhtacdır. Söyüş mediasının və söyüş siyasətinin ilk qaranquşları və ilk müəllifləri elə toxum səpməyiblər ki, kökünü asanlıqla kəsə bilək. Zövq alardıq sözdən! Atalarımız boş yerə sözün qüdrətini təsdiqləyən bu fikri irəli sürməyiblər. Söz var dağa qaldırar, söz də var ki, dağdan endirər. Sözün qədir-qiymətini qorumaq ilk növbədə ziyalı kəsimin ən müqəddəs vəzifəsidir.

Söz mədəniyyət, təlim-tərbiyə, elm, tarix deməkdir. Nəhəng dünya ədəbiyyatı sözə borcludur. Sözün dahiləri sözə sədaqətli olduqlarından böyük əsərlər yarada biliblər. Söz dünyaya gəvəzəlik, tərbiyəsizlik üçün gəlməyib. Söz fikrin və idrakın kamilliyinin əvəzsiz göstəricisidir. Böyük Mövlanədən bir iqtibas gətirəcəyəm, görün sözün gözəlliyi nələrə qadirdir. Mövlanə deyir:”Mən dostlarımı nə qəlbimə, nə də ağlımla sevməm. Olur ya qəlb durur, ya ağıl unudur. Mən dostlarımı ruhumla sevərim”. Füsünkadı deyilmi?

Bəli, söz müdrikcəsinə səslənəndə gözəl görünür. Uğurlu siyasət də, parlaq politoloji təfəkkür və ictimai-sosial münasibətlərdəki ən müxtəlif yanaşmalar da sözlə əxlaqi davrandıqda daha təsirli nəticəsini bəxş edir. Söz ağızdan çıxana qədər səninkidir. Odur ki, sözün məsuliyyətini onu ictimailəşdirənə qədər saf-çürük etməliyik.

Söz qədər həm də qorxunc, dəhşətli və dağıdıcı silahı təsəvvürə gətirməyə çətinlik çəkirəm. Sözlə evlər tikilib, sözlə xanimanlar, dəbdəbəli saraylar yerlə-yeksan olub… Sözü urvatdan saldıqca özümüz də alçalırıq. Bəlkə bunlar mənim xəyali düşüncələrimdi. Lakin bir yanlışlığımı da görmürəm. Sözü öldürməyimizi necə inkar edə bilərik!? Mən sözdən danışıram. Ana-bacı, arvad-uşaq, qız-gəlin söyüşlərindən danışmıram. Söyüş qanımıza qədər işləyib.

Məmləkətdə heç kimin sözü heç kimə xoş gəlmir. Sözün işığını söndürmüşük. Manqurtlaşmış, beyinsiz adamların məkrləri altında inildəyən sözü xilas etməyin namus və əxlaq borcu olduğunu dərk etməyincə söyüş və təhqir həyatımıza zəhər qatmaqdan əl çəkməyəcəkdir.

Nəhayət, sözünü satan “ziyalıdan” olmasa yaxşıdır. Sözünü satan həm də özünü satır. Çünki satınalma bazarında şərtlər və qaydalar bu cür qurulub. Köhnə bazara təzə nırxı istəsən belə gətirə bilməzsən…
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eldar Sabiroğlu vəzifəsinin icrasına qayıdır - Açıqlama

    Eldar Sabiroğlu vəzifəsinin icrasına qayıdır - ...

    10-12-2013, 14:15

  • 
  • "Müğənni olduğum üçün dayılarım mənlə küsülüdür" - Günay

    "Müğənni olduğum üçün dayılarım mənlə ...

    22-12-2016, 20:55

  • 
  • Eldar Sabiroğlu oğlundan imtina etdi — ŞOK MƏKTUB

    Eldar Sabiroğlu oğlundan imtina etdi — ŞOK MƏKTUB ...

    17-06-2019, 13:45

  • 
  • “Atamın mənə verdiyi çörəyi özümə haram bilirəm” - Eldar Sabiroğlunun oğlu

    “Atamın mənə verdiyi çörəyi özümə haram bilirəm” ...

    21-12-2015, 14:18

  • 
  • “Milli Şurada ehtiyat namizədə ehtiyac yoxdur”

    “Milli Şurada ehtiyat namizədə ehtiyac yoxdur” ...

    23-07-2013, 12:40


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu