Milli Azadlıq Hərəkatının öncüllərindən biri, liderimiz Əbülfəz Elçibəyin köməkçisi və sadiq dava adamı Oktay Qasımov 18 saylı Nərimanov-Nizami dairəsindən Deputatlığa namizəddir. Oqtay bəy dəyərli insan, Bütöv və demokratik Azərbaycan davasının ən dəyərli yolçularından biridir. Bəlkə də bu günki qədər millətinə, dövlətinə sadiq, qüdrətli Azərbaycan düşüncəsinə sahib olan insanlara ehtiyacımız olmayıb.
Qarşıdan çox ciddi proseslər gəlir. Qarabağın işğalı artıq 30 illə yaxınlaşır. Yeni parlament çox mühüm və ərazi bütövlüyümüzün taleyini həll edən ciddi qərarlar qəbul edə bilər. Qarabağla bağlı Azərbaycana çox təhlükəli paketlər təklif edilir. Milli ideologiya daşıyıcısı olmayan təsadüf insanların parlamentdə təmsil olunması ölkəmizin gələcəyi üçün ciddi təhlükələrə səbəb olacaq. Bu baxımdan Oqtay Qasımov kimi bütün varlığını vətənin bütövlüyünə fəda etməyi bacaran insanlara səs verməliyik.
Oqtay Qasımov Rəsulzadə-Elçibəy məktəbinin yetirmələrindən biri və birincilərindədir. Seçkilərin necə keçirildiyi hər birimizə məlumdur, ancaq bütün bunlardan ən öndə olanı budur ki, hər birimiz dərk etməliyik ki, taleyimiz öz əlimizdədir. Bizlər siyasətə qarışmadığımız təqdirdə seçkilər saxtalaşdırılır, bizlər siyasətə qarışmadığımız təqdirdə parlamentin mahiyyətini dərk etməyən, xalqdan xəbərsiz, dövlət və xalq anlayışından uzaq adamlar millətin məclisində təmsil olub, ömrümüzü baltalayırlar. Mən sizi təkcə Oqtay bəyə səs verməyə çağırmıram, ən vacibi verdiyiniz səsləri qorumağa çağırıram.
Dəyərli dostlar!
Xalqımızın millət vəkilinə ehtiyacı var. Sizə vədlər verənlərə yox, ömrünün ən gözəl çağlarını Azərbaycana həsr edən insanlara səs verin. 5 il üzünü görə bilməyəcəyiniz adamlara yox, bütün varlığı ilə sizə vəkil olacaq Oqtay Qasımov kim MÜBARİZLƏRƏ səz verin !
SƏSİMİZ SEÇİMİMİZ, MÜNASİBƏTİMİZ DÜŞÜNCƏMİZ, SƏSİMİZİ QORUMAQ QÜRURUMUZDUR!
BÜTÖV AZƏRBAYCAN NAMİNƏ!
Elşən Əlisoy "Qarabağ Qaziləri və Şəhid Ailələrinə Dəstək" İctimai Birliyinin sədri, Sozcu.az saytının təsisçisi
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?