Artıq neçə illərdir ki, Sovetlər deyilən o qanlı imperiyanın 72 illik əsarətindən çıxsaq da, bu gün saxta əməl sahibi olan şəxslərin varlığı səbəbindən, bir daha “girovluğa düşməli” olmuşuq.
Yəni, düz 26 ildir ki, “sapı özümüzdən olan bolşevik təfəkkürlü satqınlar” vətəndaşlarımız “qultəki” istismar etməkdədirlər. Milli dəyərlərimiz itir, mənəviyyat korlanır, o, böyük Allahın bizlərə bəxş etdiyi ən elementar hüquq və azadlıqlar əlimizdən alınır, işsizlik baş alıb gedib, yoxsulluq “kritik həd”də çatıb. Özlərini ağa kimi aparan icra başçıları əyalətləri şəxsi mülkiyyətlərinə çeviriblər. Məhz, yerlərdə gözəgörünən gəlirli sahələrin hamısı onların əlində cəmlənib.
Hüquq-mühafizə orqanlarından yerli sakinlərə qarşı dəyənək kimi istifadə edən icra başçıları, bu gün də istədikləri qanunsuzluqlara imza atırlar. Rüşvət, korrupsiya və soyğunçuluq yolu ilə hədsiz sərvətlərə sahiblənən icra başçıları o qədər harınlaşıblar ki, sadə insanlar onlara qarşı nifrətlərini açıq şəkildə nümayiş etdirirlər. Demək olar ki, sakinlər bütün proseslərdən kənarda qalırlar. Ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatını “qaranlığa qərq edən” hakimiyyət rəsmiləri üçün yalnız bir seçici var - o da icra başçılarıdır. 23 dekabr - Bələdiyyə və 9 fevral – “Parlament şousu” bunu bir daha təsdiq etmiş oldu. İcra başçıları əllərində olan bütün resurslardan istifadə edərək inzibati qaydada seçki prosesini özlərinin nəzarəti altında həyata keçirdilər. Hakimiyyəti zor gücünə əllərində saxlamağa çalışan şəxslər işğal altında olan torpaqlarımızı ermənilərə əgər güzəştə gedərlərsə, heç düşünmədən icra başçılarının seçkiləri saxtalaşdırılması ilə bağlı məkrli göstəriş və tapşırıqlarına boyun əyən seçki komissiyalarının üzvləri olan məktəb direktorları, müəllimlər, bir sözlə seski saxtakarlığında yaxından-uzaqdan iştirak edən hər kəs əlini qaldırıb “AMİN” deyəcək. Çünki, o kəslər üçün şərəf və ləyaqət ancaq və ancaq vəzifə və puldur.
Kim nə deyər bizdə olan qeyrətə, Qeyrətimiz bəllidir hər millətə!
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?