GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Deputatlığa namizəd Fariz Quliyev, prezident İlham Əliyevə "Parlament Seçkilərindən" şikayət etdi - Mətn

Deputatlığa namizəd Fariz Quliyev, prezident İlham Əliyevə "Parlament Seçkilərindən" şikayət etdi - Mətn

Tarix: 16-02-2020, 13:13 Bölmə :Cəmiyyət Baxış: 847
Deputatlığa namizəd Fariz Quliyev, prezident İlham Əliyevə "Parlament Seçkilərindən" şikayət etdi - Mətn


İlham Əliyev: "Əhalinin etimad etdiyi şəxslər seçiləcək" !

Bu sözlər, dəyərli fikirlər Sizə məxsusdur, hörmətli cənab Prezident!


Milli Məclisin özünü buraxmasını hər kəs, o cümlədən Siz, prezident olaraq alqışladınız. Hesab etdiniz ki, dəyişiklik labüddür, vacibdir, qaçılmazdır. Əlaxüsus yeni seçiləcək deputatların gənc, cavan olmalarını istədiniz, çıxışlarınızda bununla bağlı gənclərə dəfələrlə çağırışlar da etdiniz. Hətta, bu barədə gənclərə dəstək olmaları üçün rəsmilərə müvafiq tapşırıqlar da verdiniz. Biz gənclər də, bu ali, müqəddəs çağırışdan stimul alıb, özümüzdə güc taparaq növbədənkənar parlament seçkilərinə qatımaq qərarına gəldik..

Mən, “Araz Media” ictimai-siyasi qəzeti və eyni adlı “Arazmedia.az” xəbər portalının baş redaktoru Fariz Quliyev, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq, namizədliyimi 47 saylı Mingəçevir Seçki Dairəsindən irəli sürmək istədim. Mənim qara günlərim də, məhz elə buradan başladı.

Naxçıvanlı olduğumu bilən kimi, Seçki Dairəsinin sədri Oqtay Məmmədov və katibi Zabul Əmrahov çox narahat oldular. Çünki yaxşı bilirdilər ki, biz Naxçıvanlılar Dövlətə, Hakimiyyətə, ən başlıcası isə Sizə ömür boyu sadiqik.

Ona görə də, fikirlərini gizlətmədən, elə yanımızdaca icra başçısına zəng vurdular. Onlar başçıya, biri də “Ulu Öndərin yerlisidir. Nə edək?” deyə soruşdular.

Deputatlığa namizəd Fariz Quliyev, prezident İlham Əliyevə "Parlament Seçkilərindən" şikayət etdi - Mətn


İcra başçısı da, qaranlıq işləri çox olduğuna, mənim Mingəçevirli olmadığıma, ortada yaxın adam (vasitəçi) olmadığına, yəni mənim “ağzımı bağlaya” bilməyəcəyinə görə, ilk gündən mənə qarşı gəlməyə başladı. Seçki dairəsinə tapşırdı ki, mənim namizədliyimi qeydə almasınlar.

Amma maraqlı odur ki, Mingəçevirlilər mənə məhz, yerli adam olmadığım üçün səs verəcəklərini söz vermişdilər. Bu da çox təbii hal idi. Çünki Mingəçevirli Aydın Mirzəzadədən “ağızları yanmışdı” yazıq sakinlərin.

Bu baxımdan hətta, Ümummilli Lider Heydər Əliyevin fotosunu öz telefonlarında mənə göstərib, kövrələnlər də çox oldu.

İlkin namizədliyin qeydə alınması üçün 450 imza toplayanda, mənə qəsdlə dislokasiyanı vermədilər. Səlahiyyətli nümayəndələrim də təbii ki, səhvən 49 saylı seçki dairəsinin ərazisindən 100, yəni iki vərəq imza topladılar. Bunun düzgün olmadığını, 47 saylı Mingəçevir Seçki Dairəsi yenə bizə bildirmədi. Ona görə ki, onlara sərf etmirdi mənim namizədliyimin qeydə alınması. 100 imzanı başqa ərazidən topladığımızı özümüz aşkar etdik. Seçki dairəsi nə yolla olursa-olsun, həmin etibarsız sayılacaq imza vərəqələrinin əvəzinə yenisini vermək istəmirdi. Yuxarı dairələrə müracət etdim, güc-bəla boş vərəqə verdilər mənə. Əhalinin mənəsimpatiyası olduğu üçün, dərhal imza topladıq və seçki dairəsinə təqdim etdik. Bundan sonra da, ən son gün, yəni yanvarın 16-sı, sənədlərimin tam qaydasında olduğunu görüb, namizədliyimi qeydə almağa məcbur oldular.

Amma, şanslı və aktiv namizəd olmağım, 47 saylı Mingəçevir Seçki Dairəsinin sədri Oqtay Məmmədovu, katibi Zabul Əmrahovu, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovu əməlli-başlı narahat edibmiş. Çünki illərdir ki, Aydın Mirzəzadə deputat olaraq, Mingəçevirdən haqq alırmış və bu haqqın qarşılığında Milli Məclisdə bir dəfə də olsa, Mingəçevirin problemlərindən danışmayıb. Deməli, Aydın Mirzəzadə onların “əlinə” baxıb, onun müqabilində isə “lal” deputata çevirilib.

Ona görə də, adlarını çəkdiyim bu məmurlar nəyin bahasına olursa-olsun, Aydın Mirzəzadənin “qalib gəlməsini”, seçki qutusundan “çıxmasına” çalışırdılar. Və beləliklə istədiklərinə nail də oldular. Rayonun YAP sədri Cavanşir, icra hakimiyyətinin şöbə müdiri Elşən, bələdiyyə sədri Ramiz, hələ seçkiyə 15 gün qalmış, rayonda dövlət işində çalışan bütün irili-xırdalı işçilərin şəxsiyyət vəsiqələrini yığaraq, qabaqcadan hansısa formada Aydın Mirzəzadənin xeyrinə əməliyyatlar hazırlayırdılar. Açığı mənim elə fırıldaqlardan başım çıxmır. Seçki günü də, büdcədən maliyyələşən təşkilatların işçilərini bir-bir məntəqələrə gətizdirib, Aydına səs vermələrini tələb edirdilər. Səs verməkdən boyun qaçıranları isə, işdən çıxaracaqlarıyla hədələyirdilər. Bu barə də, faktlar var.

9 fevralda açıq şəkildə, icra başçısı İlham İsmayılovun göstərişiylə Aydının xeyrinə “topa” bülletənlər atanlar da çox oldu. Mətbuat nümayəndələri bunu çəkdilər və dərhal ictimailəşdirdilər. Məsələ ondadır ki, topa bülleten atanlardan ikisi, 47 saylı Mingəçevir Seçki Dairəsinin 21 saylı məntəqəsinin komissiyasının üzvüləri idi. Bu barədə biz, 7 namizəd birgə 47 saylı Mingəçevir Seçki Dairəsinə gedib, katib Zabula Əmrahova məlumat versək də, yuxarıda göstərdiyim xüsusatlara görə Zabul Əmrahov, nəinki tədbir görmədi, əksinə həmin saxtakarların sonadək məntəqədə iştiraklarına, sonda bülletenləri saymalarına və həmin prosesdə yenidən həyasızcasına saxtakarlıq etmələrinə şərait yaratdı.

İcra başçısı İlham İsmayılovun göstərişi ilə, qaynı Rzanın oğlu demək olar ki, bütün məntəqələrə daxil olaraq, çoxlu bülletenləri qutuya dolduraraq, total saxtakarlıq etməkdən çəkinmədi.

Xatırladım ki, 47 saylı Seçki Dairəsinin sədri Oqtay Məmmədovla, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov “kirvədirlər”. Ona görə də başçı, Aydın Mirzəzadənin Oqtay Məmmədova rüşvət verməsini təmin edib ki, Aydın “qutudan çıxsın”. Bir sözlə İlham İsmayılov şəxsi maraqlarına görə, Sizin nəcib, humanist əməlinizə balta çalıb, Azərbaycanın imicinə ləkə saldı...

İctimaiyyət arasında da, fikir formalaşdırıb ki, prezident şəxsən Aydına “dabro” verib.

Çox hörmətli cənab Prezident!

Mingəçevirdə ictimaiyyət arasında açıq şəkildə danışırlar ki, Aydın Mirzəzadə 47 saylı Mingəçevir Seçki Dairəsinin rəhbərliyinə xeyli məbləğdə pul verib ki, onu deputat seçsinlər. Əvvəllər mən buna inanmırdım, tanınmış jurnalist Elçin Həsənlinin əlində olan faktlar əsasında yazdıqlarını oxuyandan sonra buna tam əmin oldum.

Pul gücünə belə saxtakarlıq edənlər, xalqda bu təəssuratı məqsədli şəkildə yaradaraq, Sizinlə-Xalq arasında keçilməz uçurum yaratmağa çalışırlar...



Digər tərəfdən məsələyə yanaşanda isə, Aydın Mirzəzadə bu qədər pulu haradan qazanıb ki, hələ rüşvət də verir? Bir deputat illərlə maaşını toplasa belə, o qədər sərvət toplaya bilməz.



Hə, o da faktdır ki, Aydın Mirzəzadənin Mingəçevirdə milyonluq obyektləri var.

"Firəngiz" Şadlıq Sarayı, "MRT" ticarət mərkəzi və onlarla belə gəlir yerləri var adamın. Onları da necə əldə edib, bunu artıq hüquq-mühafizə orqanları araşdırmalıdır.



Əslində elə, təkcə bu gəlir mənbələrini gizlətdiyi üçün, onun deputatlığa namizədliyi qeydə alınmamalı və ya alınmışdırsa da, dərhal ləğv edilməli idi!

Bu halda deyilənlərin doğru olduğuna inanmaq istəyirəm ki, o qədər külli-miqdarda pulu Aydına, Mingəçevirin icra başçısı İlham İsmayılov ona görə qazandırırmış ki, Aydın Milli Məclisdə "lal-kar" olub, onun maxinasiyalarının üstünü açmasın.

İlham İsmayılov çirkli işlərinin üstünün açılmasından qorxduğu üçün, son seçkidə də, əxlaqsızlıq, total saxtakarlıq edərək, halal səslərimizi oğurlatdırdı və bizə saxta protokollar tərtib edib verdirdi...

Çox hormətli cənab Prezident!

Seçkidən bir gün əvvəl, Mingəçevirin polis rəisi məni kabinetinə dəvət edib, mədəni şəkildə təhdid etdi. O, mənə aktiv və şanslı namizəd olduğumu “xatırlatdı” və qələbə qazanmayacağım təqdirdə aksiya keçirməməyimi “tövsiyə” etdi.

Mən ona izah etdim ki, 10 ildir siyasi qəzet buraxıram, insanları dövləti qorumağa mən çağırmışam hər zaman.

Şüarım isə, “ Dövlətçiliyə Sadiq Olaq” olub!

Lakin indi başa düşürəm ki, polis rəisi icra başçısı İlham İsmayılovun diktəsiylə mənə “xox” gəlirmiş. Bütün hallarda polis deputatlığa namizədi kabinetinə gətizdirə bilməz. Ümumiyyətlə, polis siyasətə qarışa bilməz!

Təbliğat-təşviqat müddətində sakinlərin arasında olur, onların problemlərini öyrənirdik. Həmin görüşlərdə bir nəfər də olsa, Aydın Mirzəzadə haqqında xoş söz deyən olmadı. Hər kəs ona qarğış edir, o yenidən qutudan çıxmazsa, onlarla qurbanlar kəsəcəklərini söyləyirdilər.

Demək istədiyim odur ki, Mingəçevirlilər boğaza yığılıb bu Aydının əlindən. Bu dəfə də, onun “qalib” gəlməsini qəbul etmir, öz kəskin etirazlarını bildirirlər. Bunu, rayonun xüsusi xidmət orqanlarından da, təfsilatı ilə öyrənmək olar.

Xalqın və Dövlətin görmək istədiyi (hansı ki, o namizədlərin böyük əksəriyyəti seçiliblər) namizədlərin reytinqini öyrənən “vote.az” saytında, bir ay müddətində 47 saylı Mingəçevir Seçki Dairəsinin lideri, favoriti oldum. Hansı ki, orada Aydın Mirzəzadənin səs faizi 2,3 olduğu halda, mənim reytinqim 81,4 faiz olub. Necə ola bilər ki, bu qədər böyük fərqlə səsvermədə guya o qalib gəlib? Yəni mümkün olmayacaq, paradoksal bir vəziyyətdir. Məntəqə daxilindən aldığım dəqiq məlumata görə, şəxsən mənə verilən səsləri başçı İlham İsmayılov, seçki dairəsinin sədri Oqtay və katib Zabul gizlətdirib, yox ediblər...

Yaxşı deyək ki, mən heç güclü namizəd olmamışam, deyək ki, guya məni heç sevməyiblər də. Bəs, başqa namizədlər niyə guya ki, Aydından az səs toplayıblar? Axı, onlar da, Aydından qat-qat Xalqa, sakinlərə yaxın idilər. Axı, onları sakinlər, Aydın Mirzəzadə kimi qovmurdular.

Möhtərəm cənab Prezident!

Sizi əmin edirəm ki, 47 saylı Mingəçevir Seçki Dairəsinin deputatlığa bütün namizədləri ayrı-ayrılıqda, obyektiv seçki keçirilərsə, 100 faiz fərqlə Aydın Mirzəzadəyə qalib gələrlər. 9 fevral, seçkidən sonra biz 7 namizəd, 47 saylı Mingəçevir Seçki Dairəsinin, onun məntəqələrinin özbaşınalığı, saxtakarlığı, qanunazidd hərəkətləri barədə Sizə müraciət ünvanladıq.

47 saylı Mingəçevir Seçki Dairəsinin başqa namizədləri kimi mən də, Sizdən xahiş edirəm ki, şəxsi maraqlarını Sizin yürütdüyünüz uğurlu gənclər siyasətindən üstün tutan, 47 saylı Seçki Dairəsinin rəhbərliyi və Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov barəsində çox ciddi ölçü götürülməsini təmin edəsiniz. Eyni zamanda, 47 saylı Mingəçevir Seçki Dairəsinin saxta nəticələrinin bütövlükdə ləğv edilməsini və qısa müddət ərzində həmin dairədə, vicdanını pula satmamış, yeni komissiyaların iştirakıyla, yenidən seçki keçirilməsinə sərəncam verəsiniz.

İnanın ki, sakinlər nəinki Aydın Mirzəzadəyə səs verməyiblər, hətta onu təbliğat-təşviqat zamanı məhəllələrindəki görüşlərdən belə qovublar. Çox məntiqsiz bir vəziyyət yaranıb. Əhali qovduğu adamı necə deputat seçə bilər? Aydının dəfələrlə əhali tərəfindən qovulmasını əks etdirən çoxlu görüntülər, sosial şəbəkələrdə paylaşılıb.

Milli Dövlətçilik naminə, Xalqda seçkiyə qarşı ölən inamı diriltmək naminə, Mingəçevirlilərin mənəviyyatının tapdalanmaması naminə, atacağınız addımlara görə, əvvəlcədən Sizə öz dərin təşəkkürümü bildirirəm.

Dərin hörmət və ehtiramla 47 saylı Mingəçevir Seçki Dairəsindən deputatlığa namizəd Fariz Quliyev

Mingəçevir şəhəri,
10 fevral 2020-ci il
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Baş redaktor prezident İlham Əliyevə müraciət etdiyini bildirib - Açıqlama

    Baş redaktor prezident İlham Əliyevə müraciət ...

    20-04-2019, 20:46

  • 
  • Deputatlığa namizəd vitse - prezident oldu...

    Deputatlığa namizəd vitse - prezident oldu... ...

    10-12-2015, 14:18

  • 
  • Mingəçevir sakinləri  keçmiş deputatları Aydın Mirzəzadədən şikayətçidirlər  — Foto

    Mingəçevir sakinləri keçmiş deputatları Aydın ...

    30-01-2020, 21:17

  • 
  • Hicran Hüseynova artıq deputat mandatını alıb(?)-Prezidentə müraciət

    Hicran Hüseynova artıq deputat mandatını ...

    4-02-2020, 15:54

  • 
  • MSK sabah toplanır - NÖVBƏDƏNKƏNAR PARLAMENT SEÇKİLƏRİNƏ GÖRƏ

    MSK sabah toplanır - NÖVBƏDƏNKƏNAR PARLAMENT ...

    6-12-2019, 11:37


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (469)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu