Müsavat, ReAL partiyaları və D18 Hərəkatı fevralın 29-da seçki saxtakarlığına etiraz olaraq Bakı şəhərində müxalifətin birgə mitinqinin keçirilməsi ilə bağlı razılığa gəlib və bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq müraciət təqdim edilib.
Gundemxeber.Az bildirir ki, bu barədə Müsavat Partiyasının mətbuat xidməti məlumat yayıb.
Bu qurumlar bundan öncə, fevralın 16-da eyni şüarla Mərkəzi Seçki Komissiyasının binası qarşısında mitinq keçirməyə cəhd edib. Mitinqin təşkilatçıları daxil olmaqla onlarla etirazçı saxlanılaraq ölkənin müxtəlif ərazilərində çöllüklərdə sərbəst buraxılıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?