Növbəti işdən çıxarılacağı gözlənilən icra başçılarından biri Abdin Fərzəliyevdir.
Gundemxeber.az xəbər verir ki, bu barədə AFN-ə məlumat verən mənbənin sözlərinə görə, Bakının mərkəzi rayonlarından biri olan Nərimanovda ciddi problemlər var və bu, lazımi dairələrə məlumdur:
"Nərimanovdan şikayətlər çoxdur. Üstəlik, Abdin Fərzəliyevin özfəaliyyətləri haqda da məlumatlar var. Rayonun qayğısına qalmaqdansa var-dövlət toplamaqla məşğuldur. Hələ üstəlik, son zamanlar vəzifəyə getmək arzusunu tez-tez dilə gətirir. Özü cangüdənlə gəzir, evini xüsusi mühafizə ilə qorudur. Xatırlayırsınızsa Salyanın icra başçısını məhz sonuncu əməllərinə görə vəzifədən azad etmişdilər. Yəni bütün bunlar heç də xoş qarşılanmır və cavabının ağır olacağı şübhəsizdir. Adamdan soruşarlar ki, hazırda ölkədə hansısa kriminal gərginlik hiss edilmir, bəs sən niyə cangüdənlə gəzirsən, evini niyə qorumaya almısan? Ya gərək Fərzəliyev elə bir jest etsin ki, bütün günahları bağışlansın, ya da yaxın günlərdə sərəncamına hazır olsun. Onun edəcəyi jest rayonun bərbad ərazilərinə gün ağlamaq, narazı sakinlərin problemlərini həll etmək, cənab Prezidentin də dediyi kimi, sadə olmaq, xalqa yaxınlaşmaq ola bilər. Nəzərə alsaq ki, Abdin Fərzəliyev artıq 15 ilə yaxındır bu rayona rəhbərlik edir və bu müddət ərzində qeyd edilən problemləri həll etməyib, bundan sonra edəcəyi də çətin görünür. Hər bir halda, onun hədəfdə olduğunu əminliklə deyə bilərik".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?