Şabranda keçmiş məhkum ailəsinin məhvinə səbəb olan şəxsdən qisasını 11 il sonra alıb. Criminal.az xəbər verir ki, qisas hissi ilə həbsxanada planlar quran keçmiş ''zek'' istəyini dünən Zeyvə kəndində həyata keçirib.
Nahid adlı keçmiş məhkum həbsdən çıxandan bir ay sonra 37 yaşlı həmkəndlisi Məhəbbət Məmmədovun evinə gələrək onu bayıra çağırıb və tüfənglə öldürüb. Oğlunu qorumaq istəyən 57 yaşlı İstək Məmmədovanı da güllələyib. Nahidi belə ağır cinayət törətməsinə səbəb öldürülən M.Məmmədovun 11 il əvvəl ona söylədiyi yalanın vadar etdiyi iddia olunur. Hələ Nahid ilk qətlini törətməmişdən əvvəl Rusiyada bizneslə məşğul idi. Həmin müddətdə qonşusu M.Məmmədov onunla tez-tez telefonla danışaraq həyat yoldaşının əxlaqsızlıq etdiyini, kişilərlə görüşdüyünü xəbər verib. Rusiyadan evinə qayıdan Nahid öz həyat yoldaşını öldürərək 11 il cəza alır. Həbsdə olduğu müddətdə Məhəbbətin ona həyat yoldaşı haqda dediklərinin sadəcə şər olduğunu müəyyən edir. Öz səhvini anlayan Nahid elə həmin vaxtdan Məhəbbətdən qisas almaq fikriniə düşür. Qisasını isə həbsdən azad olunandan bir ay sonra, aprelin 11-də həyata keçirir. Faktla bağlı araşdırma aparılır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?