GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Koronavirusa görə kimə nə qədər vergi güzəşti ediləcək?

Koronavirusa görə kimə nə qədər vergi güzəşti ediləcək?

Tarix: 25-04-2020, 15:45 Bölmə :Cəmiyyət Baxış: 400
Koronavirusa görə kimə nə qədər vergi güzəşti ediləcək?


Öz gözlənilməz həmləsi ilə dünya dövlətlərinə ağır problemlər yaradan pandemiyanın ən ciddi təsir göstərdiyi sahələrdən biri də, şübhəsiz ki, iqtisadiyyatdır. Beynəlxalq ticarət əlaqələrinin zəiflədiyi, iqtisadiyyatların kiçildiyi, dövlətlərin əksəriyyətinin sərhədləri bağlayaraq karantin rejimi tətbiq etmək məcburiyyətində qaldığı bir dönəmdə, təbii olaraq, sahibkarlar da ciddi problemlərlə üzləşiblər. Bu isə dövlətlərin üzərinə düşən yükü artırmaqla yanaşı, qəfil yaranmış problemin tez və məsuliyyəti həllini də zəruri edir. Bunun üçün isə ilk növbədə səmərəli xilasedici və dəstəkverici mexanizmlərin işə salınması tələb olunur.

GundemXeber.Az xəbər verir ki, bu baxımdan Azərbaycan dövlətinin pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin problemlərinin həlli istiqamətində atdığı addımlar son dərəcə təqdirəlayiqdir. Bu addımlar içərisində son günlər ən çox müzakirə olunanı vergi güzəştləri və tətillərinin verilməsidir ki, bununla əlaqədar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Məcəlləsi və sosial sığorta üzrə qanunvericiliyə zəruri dəyişiklikləri ehtiva edən təkliflər hazırlayıb. Genişmiqyaslı xarakter daşıyan bu təkliflərə əsasən, koronavirus pandemiyasının mənfi təsirinə məruz qalmış sahələrdə çalışan sahibkarlıq subyektlərinə mühüm vergi güzəştləri və tətillərinin verilməsi nəzərdə tutulur ki, onlardan biri də sosial sığorta yükünün azaldılmasıdır. Onu da qeyd edək ki, ümumilikdə sosial məzmununa görə bu paket ən faydalı paketlərdən biri sayıla bilər.

Məlumdur ki, ölkəmizdə aparılan sosial islahatlar çərçivəsində minimum aylıq əməkhaqqının məbləği 2019-cu ilin sentyabr ayından etibarən 250 manat məbləğində müəyyən edilib. Bu sosial xarakterli mühüm dəyişiklik qeyri-muzdlu gəlirlər üzrə minimum aylıq əməkhaqqının müəyyən faizi üzrə hesablanan məcburi dövlət sosial sığorta haqları məbləğinin də artımına səbəb olub ki, bu da xüsusilə indiki dövrdə vətəndaşlar üçün çətinliklər yaradır. Bunu nəzərə alaraq, sosial sığorta yükünün azaldılması məqsədilə muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı dərəcələrinin dəyişdirilməsi təklif edilir. Təkliflərə əsasən, məcburi dövlət sosial sığorta haqqının 1 aprel 2020-ci il tarixdən 1 yanvar 2021-ci il tarixədək minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 25 faizi, digər sahələrdə isə 15 faizi miqdarında olmaqla hesablanması və regionlar üzrə diferensial faiz əmsallarının tətbiq edilməsi nəzərdə tutulur. 2021-ci il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək olan dövrdə isə məcburi dövlət sosial sığorta haqqının minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında olmaqla hesablanması və regionlar üzrə diferensial faiz əmsallarının tətbiqi təklif edilir.

Mühüm yeniliklərdən biri də sabit qəbz və fərqlənmə nişanı ilə çalışan vergi ödəyicilərini əhatə edir. Həmin vergi ödəyicilərinin sosial sığorta yükünün azaldılması və bu məqsədlə sosial sığorta haqqının regionlar üzrə diferensial qaydada minimum aylıq əməkhaqqının müəyyən misli məbləğində hesablanması təklif edilir. Lakin yeniliklər təkcə bununla məhdudlaşmır. Təkliflər paketində məcburi dövlət sosial sığorta üzrə inzibatçılığın və sosial sığorta ödənişləri üzrə prosedurların sadələşdirilməsi də nəzərdə tutulur ki, bu da vətəndaş məmnunluğunun təmin olunmasına xidmət edir. Daha konkret desək, təkliflərin qəbul ediləcəyi təqdirdə bu vergi ödəyiciləri məcburi dövlət sosial sığorta haqqı ödənişlərini də sabit qəbz almaqla həyata keçirə biləcəklər.

Məsələn, Bakı şəhərində fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər hazırda 30 manat vergi və 62.5 manat sosial sığorta haqqı ödəyirlər. Onların cəmi vergi və sosial sığorta yükü 92.5 manat təşkil edir. Dəyişiklikdən sonra bərbər 30 manat vergi, 15 manat sosial ayırması həyata keçirəcək və onun cəmi vergi və sosial yükü 45 manata enəcək. Bu, bütövlükdə 47.5 faiz azalma deməkdir. Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olan şəxslər hazırda 18 manat vergi və 62.5 manat sosial sığorta haqqı ödəyirlər. Onların cəmi vergi və sosial yükü 80.5 manat təşkil edir. Dəyişiklikdən sonra bu şəxslər 9 manat vergi, 30 manat sosial sığorta ayırması həyata keçirəcək və onun cəmi vergi və sosial yükü 39 manata enəcək. Bu, bütövlükdə 51.5 faiz azalma deməkdir.

Təqdirəlayiq haldır ki, təkliflər paketində kənd təsərrüfatında çalışanların sosial yükü də nəzərə alınıb. Bu isə mövcud qanunvericiliklə təsbit edilmiş yükün kifayət qədər azaldılması deməkdir. Belə ki, hal-hazırda mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər torpaq sahəsinin az və ya çox olmasından asılı olmayaraq sabit olaraq hər bir əmək qabiliyyətli ailə üzvünə görə minimum əməkhaqqının 6 faizi miqdarında baza sosial sığorta haqqı ödəyir. Minimum aylıq əməkhaqqı məbləğinin 250 manat məbləğinədək artırıldığını nəzərə alsaq, 5 hektar torpaq sahəsi və 4 nəfər ailə üzvü olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər aylıq 60 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəyir ki, bu da xüsusilə pandemiya dövründə vətəndaş üçün ağır yükdür. Məhz bu məqamı nəzərə alaraq, sosial sığorta qanunvericiliyinə təklif olunan dəyişikliklərdə torpağın sahəsindən asılı olaraq məcburi dövlət sosial sığorta haqqının hesablanmasında müəyyən güzəştlər nəzərdə tutulur. Belə ki, torpaq sahəsi 5 hektaradək olduqda 2 faiz, 5 hektardan 10 hektaradək olduqda 6 faiz, 10 hektardan yuxarı olduqda 10 faiz miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəniləcək.
Torpaq mülkiyyətçiləri üçün daha bir vacib yenilik sosial sığorta hesabatının verilməsinin sabit qəbzlə əvəzlənməsidir ki, bu da onları qayğılarının bir hissəsindən azad edəcək. Təkliflər paketində nəzərə alınanlar sırasında vəkil, sərbəst mühasib və auditorlar da var. Həmin kateqoriyadan olan şəxslərin sosial sığorta yükünün optimallaşdırılmasını nəzərdə tutan layihədə onların sosial sığorta yükünün əldə etdikləri gəlirlərinin xərclər çıxılmaqla 10 faizi miqdarında müəyyən edilməsi nəzərdə tutulur.

Göründüyü kimi, vergi güzəştləri və tətilləri geniş spektri əhatə edir. Bu isə həmin spektrdə təmsil olunan vergi ödəyicilərinin pandemiyanın zərərli təsirindən daha tez çıxacağına böyük ümid yaradır.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mikayıl Cabbarov Səfər Mehdiyevin əmrindədir... - Görünəni budur...

    Mikayıl Cabbarov Səfər Mehdiyevin əmrindədir... - ...

    20-07-2019, 15:48

  • 
  • Dövlət başçısı: "Sahibkarlara xüsusi maliyyə dəstəyi də göstəriləcək, vergi güzəştləri də ediləcək"

    Dövlət başçısı: "Sahibkarlara xüsusi maliyyə ...

    24-03-2020, 17:19

  • 
  • Azərbaycanda 38 yeni koronavirusa yoluxma qeydə alınıb, 79 nəfər sağalıb

    Azərbaycanda 38 yeni koronavirusa yoluxma qeydə ...

    20-04-2020, 22:00

  • 
  • Mikayıl Cabbarov MDB Vergi Xidmətləri rəhbərlərinə sədrlik edəcək

    Mikayıl Cabbarov MDB Vergi Xidmətləri ...

    20-11-2019, 16:35

  • 
  • Sahibkarlıq sıradan çıxarılmaqla ölkə iqtisadiyyatının bel sütunu sındırılıb

    Sahibkarlıq sıradan çıxarılmaqla ölkə ...

    24-08-2017, 16:15


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu