Son günlər gecə saatlarında Ələt qəsəbəsində küçə və yollarda işıqların yanmadığının şahidi oluruq. Qəsəbə sakinləri haqlı olaraq bununla bağlı GundemXeber.Az-a şikayətlər edirlər.
Onların sözlərinə görə, indi qış ayları olduğu üçün qaranlıq tez düşür və işdən qayıdarkən çox vaxt qaranlıq yollarla irəliləmək məcburiyyətində qalırlar.
Sürücülər isə xüsusən bu halı pisləyirlər. Avtomobil sahibləri qəsəbənin yollarında küçə işıqlarının yanmamasından çox narahatdırlar. Onlar bu halın, təhlükənin - qəzaların baş verməsinin əsas səbəblərindən hesab edirlər. Bəs nə üçün, Qaradağ Rayon İcra Hakimiyyətinin Küçə işıqları idarəsi bu hala laqeyid yanaşır? Niyə ''gündən günə gözəlləşən, inkişaf edən və çiçəklənən'' Qaradağ rayonunun Ələt qəsəbəsinin gecələri zülmətə bürünüb?!.
Sizi bu ''qaranlığa qərq olmuş'' kəlmələrlə yormaq istəməzdim. Problemlə bağlı gecə saatlarında qəsəbənin küçə və yollarında çəkdiyim fotolara baxmağınız kifayətdir. Bu kadrlarda da əsas yolun qaranlığa qərq olduğunu aydın görmək olar.
Məsələ ilə bağlı Küçə İşıqları İdarəsi məlumatlandırılıb, sakinlərin haqlı narazılıqları onların diqqətinə çatdırılıb. Lakin problem öz həllini tapmır ki, tapmır...
Məlumat üçün qeyd edək ki,Qaradağ rayonu,Ələt qəsəbəsində sözügedən məsələ ilə tez-tez rastlaşmaq olur. Görəsən Qaradağ rayonu küçə işıqları idarəsinin rəisi Murad müəllim işinə nə üçün belə məsuliyyətsiz yanaşır.
Günün ikinci yarısında saat 5 olmamış bəzən işıqlar yanmağa başlayır, bəzən də görürsən ki, hava qaralan zaman yanmağa başlayır. Bir neçə günlərlə küçə ətraflı işıqlandırıcıların çox hissəsi demək olar ki, yanmır. Ümüd edirik ki, Qaradağ rayon küçə işıqları idarəsi məsələnin həlli üçün müəyyən addımlar ataraq, sözügedən problemin həll olunmasına vasitəçi olacaqlar.
Qarşı tərəfin arqumentli mövqeyi olarsa, onu dərhal dərc etməyə hazırıq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?