GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Gürcüstanda azərbaycanlıları şərləmə əməliyyatları - Nədən susuruq?

Gürcüstanda azərbaycanlıları şərləmə əməliyyatları - Nədən susuruq?

Tarix: 19-05-2020, 11:48 Bölmə :Cəmiyyət Baxış: 282
Gürcüstanda azərbaycanlıları şərləmə əməliyyatları - Nədən susuruq?


Dövlətimizin öz vətəndaşının taleyinə biganə yanaşması nəticəsində, etibar həsənovlar ya günahsız yerə uzun müddət həbsxanada yatmalı, ya da evini, maşınını satıb, Gürcüstan büdcəsinə böyük məbləğdə pul keçirməklə, azadlığa çıxamağa məcbur olurlar. Hələ, dələduz vəkillərin minlərlə, on minlərlə manat alıb, onları aldatması faktları da bir yana…

Gundemxeber.Az xəbər verir ki, “Hürriyyət”in ötən sayında dərc etdiyimiz “Gürcüstan polisinin azərbaycanlılara “torba tikmə” əməliyyatı” sərlövhəli yazı geniş rezonansa səbəb olub. Doğrudur, biz bu yazımıza daha çox Azərbaycanın hüquq-mühafizə orqanlarından reaksiya veriləcəyini gözləyirdik. Amma, bunun əksinə, sözügedən məqalənin Gürcüstanın rəsmi dairələrində böyük skandala səbəb olduğu haqda informasiyalar əldə etməkdəyik…

Xatırladaq ki, həmin yazıda son illər çox sayda Azərbaycan vətəndaşının Gürcüstan polisi tərəfindən qurama narkotik ittihamı ilə həbsə atıldığı iddia olunur. Zərərçəkənlərdən biri kimi çıxış edən Qazax rayonunun Qarapapaq kənd sakini Həsənov Etibar Məmməd oğlu “Hürriyyət”ə bildirib ki, Gürcüstan polisi ilə əlbir olan bir qrup azərbaycanlı əvvəlcədən tanış olduğu taksi sürücülərini müştəri kimi qonşu ölkəyə sürdürüb, orada maşına narkotik maddələr və narkotik tərkibli dərmanlar ataraq, onları həbs etdirir.

E.Həsənovun dediyinə görə, belə bir hadisə onun başına 2017-ci ilin iyul ayında gəlib. Belə ki, özünü “Namiq” kimi təqdim edən, sonradan isə Gürcüstan vətəndaşı, Marneuli rayonunun Qaçağan kəndindən olan 1982-ci il təvəllüdlü Osmanov Elmar Elman oğlu olduğu məlum olan şəxs müştəri kimi ona yaxınlaşaraq, Tiflisə – xəstəxanaya getmək istədiyini bildirib. Lakin sərhədə çatdıqda həmin şəxs siqaret almaq adı ilə aradan çıxıb və gömrük postunu piyada keçərək, qarşı tərəfdə gözləyəcəyini bildirib. Etibar Həsənov hər iki gömrük postunda yoxlamadan keçərək Gürcüstan ərazisinə daxil olduqda, polislər onun maşınını mühasirəyə alaraq, əllərini və ağzını bağlayıblar. Daha sonra, onlar öz əlləri ilə qoyubmuş kimi, maşının oturacağının altından 63 qrpam psixiatrik dərman “aşkar ediblər”. Bu baxımdan, zərərçəkən deyir ki, onu Gürcüstan polislərinə Elmar Osmanov adlı müştərisi “satıb”.

O, 9 ay Gürcüstan həbsxanasında yatdığı müddətdə isə E.Osmanovun bu işdə tək olmadığını, Azərbaycan vətəndaşlarını narkotik ittihamı ilə həbs etdirən böyük bir şəbəkənin fəaliyyət göstərdiyini öyrənib. Çünki yaxından tanıdığı bəzi şəxslər də E.Osmanovun və şəbəkənin digər üzvlərinin əli ilə şərlənərək, həbsə atılıb. O cümlədən, həbsxanada bu cür qanunsuz şəkildə həbs olunan onlarla Azərbaycan vətəndaşının olduğu haqda informasiyalar əldə edib.

Haşiyə çıxım ki, Etibar Həsənov azadlığa çıxdıqdan sonra məlum şəbəkənin fəaliyyətinin qarşısının alınması üçün Azərbaycan hüquq-mühafizə orqanlarına müraciət edib. Bu müraciətdən sonra o, DİN əməkdaşı tərəfindən qəbul edilən zaman, orada 330 nəfər vətəndaşımızın bu və digər səbəblərdən Gürcüstanda qanunsuz olaraq cəza çəkdiyi dolayısı ilə etiraf olunub. Lakin, bütün bunlara rəğmən, bu problemin həlli istiqamətində heç bir addım atılmayıb, hətta onu gürcü polisinə təhvil verən Elmar Osmanovun Bakıda istədiyi kimi əlini-qolunu sallayaraq gəzdiyi bildirilir.

Məsələnin digər üzücü tərəfi isə odur ki, Gürcüstan polisi tərəfindən şərlənərək həbs olunan vətəndaşlarımızın harayına Azərbaycanın bu ölkədəki səfirliyi də yetməyib. E.Həsənov deyir ki, səfirliyə dəfələrlə müraciət etsə də, heç bir reaksiya verilməyib. Bu isə o anlama gəlir ki, hörmətli səfir Dursun Həsənovun gürcülərlə yerli şərab içməkdən başı açılmadığından, bu kimi işlərə vaxt ayıra bilmir(Bu haqda daha ətraflı növbəti yazımızda-müəl.).

Dövlətimizin öz vətəndaşının taleyinə biganə yanaşması nəticəsində isə, etibar həsənovlar ya günahsız yerə uzun müddət həbsxanada yatmalı, ya da evini, maşınını satıb, Gürcüstan büdcəsinə böyük məbləğdə pul keçirməklə, azadlığa çıxamağa məcbur olurlar. Hələ, dələduz vəkillərin minlərlə, on minlərlə manat alıb, onları aldatması faktları da bir yana…

Məhz bu biganəliyin və diqqətsizliyin nəticəsidir ki, Gürcüstanda həbsə atılan Azərbaycan vətəndaşlarının sayı ilbəil artır. Əlbəttə, bunu biz deyil, qonşu ölkənin rəsmi qurumlarının açıqladığı statistika deyir. Hansı ki, “Hürriyyət”in əldə etdiyi rəsmi bilgilərə görə 2018-ci ildə Gürcüstanda həbs olunan Azərbaycan vətəndaşlarının sayı 75 nəfər, 2019-cu ildə isə 94 nəfər olub. Diqqət edək, 2018-ci ildə qonşu ölkədə həbsdə olan Rusiya vətəndaşlarının ümumi sayı 53, İran vətəndaşlarının ümumi sayı 38, Ermənistan vətəndaşlarının sayı isə 25 nəfər olub. Bir il sonra isə Gürcüstanın cəzaçəkmə müəssisələrində İran vətəndaşlarının ümumi sayı 118, Rusiya vətəndaşlarının ümumi sayı 75, Ermənistan vətəndaşlarının ümumi sayı isə 27 nəfər olub. Hansı ki, bu ilin karantin müddətinədək (yanvar və fevral aylarında) Gürcüstanda həbs olunan azərbaycanlıların sayı təxminən türmədə yatan Ermənistan vətəndaşlarının ümumi sayına yaxındır – 21 nəfər. Ümumilikdə isə, hazırda Gürcüstan həbsxanalarında 391 nəfər Azərbaycan vətəndaşının cəza çəkdiyi bildirilir. Bunların da böyük əksəriyyətinin şərlənərək həbsə atılmadığını kimsə iddia edə bilməz.

Çox təəssüf ki, bu dəhşətli statistika Azərbaycanın rəsmi qurumlarını hələ də hərəkətə gətirmək üçün yetərli hesab olunmur. Əlbəttə, biz Gürcüstandakı səfirliyimizin fəaliyyət(sizliy)ini nəzərə almasaq da olar. Çünki bu səfirlik, belə demək olarsa, Azərbaycan dövlətinə deyil, gürcülərə xidmət edir. Bəs Azərbaycanın rəsmi qurumları niyə indiyə kimi bu məsələyə reaksiya verməyib? Növbəti yazımızda bunun səbəblərini aydınlaşdırmaqla yanaşı, rəsmi qurumların mövqeyini də dərc etməyə çalışacağıq.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda Gürcüstan vətəndaşının meyiti tapıldı

    Bakıda Gürcüstan vətəndaşının meyiti tapıldı ...

    14-02-2016, 12:50

  • 
  • Qara dənizdə Azərbaycan vətəndaşının gəmisi tutuldu

    Qara dənizdə Azərbaycan vətəndaşının gəmisi ...

    12-11-2013, 15:03

  • 
  • Gürcüstan narkotiklə doldurulur

    Gürcüstan narkotiklə doldurulur ...

    24-12-2012, 11:58

  • 
  • Gürcüstan sərhədində qızıl külçələrlə saxlandı

    Gürcüstan sərhədində qızıl külçələrlə saxlandı ...

    19-08-2016, 00:20

  • 
  • Gürcüstan azərbaycanlıları etiraza qalxdı - Deputat hökumətə müraciət etdi

    Gürcüstan azərbaycanlıları etiraza qalxdı - ...

    7-01-2020, 22:17


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu