GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Həbs olunan başçının QOBUSTAN DƏLƏDUZLUĞU... - İTTİHAM

Həbs olunan başçının QOBUSTAN DƏLƏDUZLUĞU... - İTTİHAM

Tarix: 19-05-2020, 13:34 Bölmə :Cəmiyyət / GündəmXəbər / Manşet Baxış: 567
Həbs olunan başçının QOBUSTAN DƏLƏDUZLUĞU... - İTTİHAM


Qobustan rayonu, Xilmilli kənd sakini Osmanova (Şərifova) Leyla Tərlan qız tərəfində Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədovun və Qobustan şəhər Bələdiyyəsi sədri Vasif Novruzovun törətdiyi qanun pozuntuları, korrupsiya hallarının qarşısının dərhal alınması barədə Respubliika Prezidenti cənab İlham Əliyevə, I Vitse-prezident M.Əliyevaya,Prezident Administrasiyasının rəhbərliyinə,Ədliyyə naziri cənab F.Məmmədova, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə,Daxili İşlər naziri cənab V.Eyvazova,Dövlət Təhlükəsizlik Xidməti rəisi Əli Nağıyevə,Baş Prokurorluq yanında Korrupsiya Qarçş MübarizəBaş İdarəsinə,Ombudsman Aparatına və Kütləvi İnformasiya Vasitələrinə bununla 3-cü dəfədir ki,müraciət ünvanlayıb. Gundemxeber.Az vətəndaş Leyla Osmanovanın müraciətini olduğu kimi oxuculara təqdim edir.O,yazır:

Hörmətli cənab Prezident, bir daha xatırlatmaq istəyirəm ki, mən ailəmlə Qobustan rayonun Mərəzə qəsəbəsində 2007-ci ilədək yaşamış və Qobustan rayon İcra hakimiyyətinin Memarlıq şöbəsində kompüter mütəxəssisi işləmişəm. İşlədiyim dövrdə mən də bir vətəndaş olaraq Nərimankənd ərazisində olan bələdiyyə torpağından fərdi yaşayış evi tikmək, torpaq sahəsi əldə etmək üçün ərizə verdim. Ərizəmə əsasən mənə 0.06 ha torpaq sahəsi yerli bələdiyyə tərəfindən qanuni sənədlərlə, hesaba pul köçürmə, alq-satqı müqaviləsi, qərar, evin eksiz layihə-smeta sənədlri hamısı hazırlanıb mənə təqdim edildi. Mən də təqdim edilmiş yerimə mişar daşı və bir yük avtomobili qum tökdürdüm ki. tezliklə işə başlayaram. Elə oldu ki, ailəmizin maddi imkanı olmadığından yerin kənarını bir az hasar edib qoyduq. 2013-cü ildən ailə həyatı qurdum və o vaxtdan Xilmilli kəndində kirayə kimi müvəqqəti bir evdə yaşamağa başladım. Hazırda öhdəmdə 3 azyaşlı uşaq vardır. Ona görə də kasıbçılıqdan hələlik mənə verilmiş torpaqda ev tikə bilmirdim. Lakin yerimə əlavə yenə iki maşın mişar daşı tökdürmüşdüm. Budur, 2019-cu ilin avqustun 10-da mənə bildirdilər ki, bizim yerdə Habil adlı şəxs özbaşına tikinti işləri aparır.O mənim yerimin kənarlarını hasardan çöl tərəfdən yenidən binövrə qazdırıb hasar tikdirmək istəyir. Habil bizə bildirdi ki, mən bu yeri Qobustan şəhər Bələdiyyəsinin sədri Vasif Novruzovdan pulumu verib almışam.Lakin o bizə heç bir sənəd göstərmədi. Yerimizdə işləyən Habilin qohumu olan İlqar adlı bənna da bildirdi ki, mən bu yerin hasarını tikməliyəm. Biz yerimizdə olarkən Bələdiyyə sədri Vasif gözə görünmədən bizi qorxutmaq üçün yerə polis çağırtdırdı. Polis bizim sənədlərimizə baxdı və tikintinin dayandırlımasını tapşırıb çıxıb getdi.Lakin buna baxmayaraq sabahı gün ustalar yağış yağa- yağa yenə yerimizdə tikintini davam etdirdilər. Biz bələdiyyə sədri Vasiflə telefonla danışıb nə qədər onunla görüşməyə çalışsaq da o bizdən qaçıb gizləndi, yerində tapılmadı. Yalnız telefonda bildirdi ki, sizdəki sənəd sənəd sayılmır. Biz Qobustan rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Məmmədovun qəbulunda bu məslədən ötürü 10 dəfə olmuşuq. Əvvəlki qəbullarda o bələdiyyə sədrinə tapşırıq verdi ki, gedin yerində aydınlaşdırın və mənə məruzə edin. İkinci dəfə qəbulda olarkən Vasif başçıya bildirdi ki, guya Habilin kadastr planı varmış. Amma bu sənədi təqdim etmədi. Başçı bildirdi ki, əgər sənədi varsa o zaman vətəndaşa başqa yerdən torpaq əvəzi yer verin. Lakin bələdiyyə sədri bu günə kimi nə bizə dediyi rəsmi sənədi təqdim edir, nə də başçının tapşırığına əməl edib digər yerdən 0.06 ha torpaq sahəsini verir. Bir sözlə, V.Novruzov başçının tapşırığına əməl etmir, saymır.Biz əvvələr belə hesab edirdik ki, bələdiyyə sdəri icra başçısını niyə saymır. Amma sonrakı hadisələrin inkişafı göstərdi ki, elə başçının tapşırığıilə Vasif bizə məxsus yeri 2-ci dəfə başqa kənar şəxsə satıb və pulları da təbii ki, bölüşüblər.

Xatırlatmaq yerinə düşərdi ki, 2005-ci ilədək Vasif Novruzov bir gənc uşaq kimi benzindoldurma stansiyasında operator kimi işləyib birtəhər aldığı 150 manatla dolanırdı. Elə ki, özünə saxta diplom təşkil edib bəldiyyə sədri oldu, dərahal O zamankı icra başçısı olmuş quldur və rüşvətxor İsmayıl Vəliyevlə birləşib 2007-2010-cu illər ərzində 127 nəfər Nərmankənd kənd sakinlərinə Mərəzə qəsəbəsinin gündoğar tərəfində verilmiş pay torpaqlarının hamısını kənar fizki şəxslərə hər sotu 1500 manatdan satıb əldə etdikləri gəlirləri bölüşmüşlər. Kənd sakinlərinin çoxu məhkəməyə müraciət edərək bu dəstəni ifşa etmişlər. Hətta Sumqayıt Apellyasiya Məhkəməsində sədrlik edən hakim Nazim icra başçısı və Vasif Novruzov barəsində 2011-ci ildə xüsusi qəradad qəbul edilməsini zalda elan da etmişdir. Bəli, icra başçısı İ.Vəliyev hələ o vaxt Vasif Novruzovla birlikdə çox düzgün olaraq həbs edilməli idi. Lakin buna baxmayaraq Vasif Novruzov yenə də qanusuz olaraq mənim kimi vətəndaşlara vaxtilə verilmiş torpaq sahələrini dədəsinin malı kimi özbaşına saxta sənədlərlə satıb əsassız varlanmaqla məşğuldur. Məlumata görə bu adamın təkcə Bakı şəhərində üç villası vardır. Digər əmlaklarının sayı-hesabı yoxdur.Bizimlə söhbət zamanı isə bildirir ki, sizin sənədiniz sənəd sayılmır. Görün haram pullar bu adamı hansı dərəcəyə çatdırıb ki, Vasif qonşu Nərimankənd kənd bələdiyyəsinin verdiyi sənədləri belə tanımaq istəmir . Və saxta sənədlə Qobustan rayonunun bir çox kəndlərində torpaqları satıb onu himayə edən quldur dəstəsilə bölüşür. Nəticədə bu adam o qədər harınlayıb ki, nəinki rayonun icra başçısını, hətta Ədliyyə Nazirliyinin Bələdiyələrlə İş Mərkəzini, AR-nın 1-ci vitse-prezidenti katibliyini, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsini, hüquq mühafizə orqanlarını ümumiyyətlə saymır, onların zənglərinə saymazyana cavab verir. Baxmayaraq ki, bu dövlət qurumları tədbir görülməsi üçün qanuna müvafiq göstərişlər vermişdir. Hətta məmur özbaşnalığının son həddini aşaraq bir neçə ay əvvəl bizə telefonda hədləyici tonda bildirir ki, nə oldu məni internetə verdiniz, şikayətlər etdiniz nə isə bir şey alındı? Alınmayacaq da. Gedin hara istəyirsiniz şikayət edin. Sizə qəti olaraq torpaq verilməyəcək. Mənə heçnə edə bilməzsiniz.” Və telefonu söndürdü. İndi görün Azərbaycan nə günə qalıbdır ki, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi bu özbaşnalıq edən adi bir bələdiyyə sədrilə bacarmır.Hətta KİV vasitəsilə Prezidentə etdiyim müraciəti də saymır. Budur hətta mənim yerimi satdığı adam Habil hazırda tikintiyə icazəsi olmadığı halda mənim yerimdə tikinti işləri görməklə davam edir. Yerli hüquq mühafizə orqanları və icra hakimiyyəti passiv tamaşaçı kimi seyrçi mövqedən durub gözlərini döyməklə məşğuldurlar.

Əvvəlcə yeni baş prokuror cənab Kamran müəllimə müraciət edirəm ki, bizim kimi minlərlə sadə vətəndaşa məxsus bələdiyyə torpaqlarını saxta sənədlərlə başqa səxlərə satıb varlanmış 15 ilin bələdiyyə sədri V.Novruzovun dövlətə və ictimaiyyətə vurduğu ziyanlar hesablanaraq qanuni tədbir görülsün.

DTX rəisi cənab Əli Nağıyevdən də xahişim budur ki, Qobustan rayonunda camaatı cana doydurmuş, heç bir qanun tanımayan, korrupsioner, savadsız bələdiyyə sədrinin qanunsuz fəaliyyətinin araşdırılmasna və ona havdarlıq edən rüşvətxor quldur dəstəsinin tezliklə ifşa edilərək xalqa təqdim edəsiniz.

Cənab Prezident və cənab Ədliyyə naziri! Bildiyiniz kimi Qobustan rayoni bələdiyyənin bizə rəsmən verdiyi torpaq sahəsi bizim istifadəmizdə ola-ola indiki bələdiyyə sədri Vasif Novruzov qanunsuz saxta sənədlərlə bazar qiymətinə kim pul versə satıb əsassız varlanmaqla məşğuldurlar. Təbii ki, icra başçısı Adil Məmmədovun göstərişi əsasında.O Adil Məmmədov ki, yerli narazı vətəndaşları yalnız aktyorluq məharəti nəticəsində yola verməklə məşğuldur. Biz də ona rayonun ağsaqqalı hesab edib bu günə kimi inanırdıq. Çox təəssüf. Onlar bizim kimi çox sayda sakinlərin başlarına belə dələduzluq oyunları açıblar. Əvvəlki bələdiyyənin camata verdikləri torpaqları min bir bəhanə ilə əllərimizdən alıb saxta sənədləşmə apardıqdan sonra dədələrinin qiymətinə kimə gəldi satıb varlanmaqla, yağlanmaqla məşğuldurlar. Ona görə də xahiş edirəm Qobustan şəhər Bələdiyyəsində Vasif Novruzovun arxasında hansı dövlət məmurunun dayanmasından asılı olmayaraq son 15 il ərzində törətdiyi irimiqyaslı korrupsiya əməllərinin və sənəd saxtakarlıqlarının araşdırılması və hüquqi qiymət verilməsi üçün aidiyyatı üzrə araşdırma aparılmasına göstəriş verə və Bizim əlimizdən əsassız olaraq alınmış bələdiyyə torpağının (yerimizin) da qaytarılmasında köməklik göstərəsiniz. Sağ olun.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Adil Məmmədovun rayonundan şikayətlər kəsilmir... - Narazılıq isə günbəgün artır

    Adil Məmmədovun rayonundan şikayətlər kəsilmir... ...

    18-02-2019, 22:28

  • 
  • Qobustan rayon hərbi komissarı həbs edildi – ŞOK TƏFƏRRÜAT

    Qobustan rayon hərbi komissarı həbs edildi – ŞOK ...

    15-07-2013, 11:45

  • 
  • “Vor Mahir” ləqəbli narkotacir ələ keçdi, evində narkotik aşkarlandı

    “Vor Mahir” ləqəbli narkotacir ələ keçdi, evində ...

    6-02-2020, 15:55

  • 
  • Vətəndaş İlham Əliyevə müraciət etdi

    Vətəndaş İlham Əliyevə müraciət etdi ...

    24-11-2014, 22:29

  • 
  • Qobustan məhbuslarından tələb gəldi

    Qobustan məhbuslarından tələb gəldi ...

    24-04-2013, 11:24


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
https://betboom.com/az
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu