GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bakı merinin keçmiş müavini Eldəniz Layıcovun Rusiyadakı zavodu batır

Bakı merinin keçmiş müavini Eldəniz Layıcovun Rusiyadakı zavodu batır

Tarix: 2-06-2020, 14:03 Bölmə :Cəmiyyət Baxış: 401
Bakı merinin keçmiş müavini Eldəniz Layıcovun Rusiyadakı zavodu batır


Rusiyanın Kareliya muxtar vilayətində fəaliyyət göstərən “Kareliya DSP” zavodunda ciddi problemlər yaranıb.

Gundemxeber.Az xəbər verir ki, zavoddan işçilərin kütləvi şəkildə işdən azad edilməsi başlayıb. Mayın sonlarında müəsssədə cəmi 270 işçi qalmışdı və son günlərdə onlaran daha 70 nəfəri işdən çıxarılıb.

Əlbətdə, Rusiyanın hansısa vilayətində hansısa zavodda problemlərin yaranmasının Azərbaycan oxucuları üçün heç bir dəxli olmaya bilər. Ancaq məsələ bundadır ki, zavod azərbaycanlı biznesmenlərə məxsusdur və onlardan xüsusən biri vaxtilə hamıya yaxşı tanış olan, amma son zamanlar yaxşıca yaddan çıxmış personadır. Bu haqda daha sonra. Hələlik zavodun problemləri barədə daha ətraflı bəhs etmək lazım gəlir.

Bakı merinin keçmiş müavini Eldəniz Layıcovun Rusiyadakı zavodu batır


Bu həmin Eldəniz Layıcovdur, masada sağdan ikinci, "Kareliya DSP" zavodunun yeni sahiblərindən biri qismində...

Bildirilir ki, Kareliyanın Pinduşi şəhər tipli qəsəbəsində yerləşən zavodda problemlər ötən ilin oktyabrından başlayıb. Maaşlar bir neçə günlüyə gecikib. Sonra gecikmə daha da uzanıb. Problemlərin yaranmasından bir il əvvəl müəssisəni “Segezha Group” adlı holdinqdən Moskvada qeydiyyatdan keçmiş “Lesprominvest” MMC şirkəti alıb. Həmin şirkət isə Azərbaycandan olan üç biznesmenə, o cümlədən bir Rusiya vətəndaşına məxsusdur.

Bakı merinin keçmiş müavini Eldəniz Layıcovun Rusiyadakı zavodu batır


Zavodun direktoru Nikolay Boqatıryev deyir ki, investorlar müəssisəni alanda planları böyük idi. Lakin istehsal olunan DSP plitələrini ancaq keçmiş sovet respublikalarından birinə satmaq mümkün olur. Rusiya bazarında bu məhsullar rəqabətə davam gətirmir.

İlin əvvəllərindən zavodun sexlərindən biri bağlanıb, mükafatları və əlavə maaşları kəsiblər. Təchizatçılar və işçilər qarşısında borc şişməyə başlayıb. Nəticədə aprelin 1-dən zavodun müvəqqəti bağlanması haqda qərar çıxarılıb, işçilər ödənişsiz məzuniyyətə buraxılıblar. Onlara aprel və may ayları üçün maaşlar ödənilməyib. Nəticədə bir çoxları işdən çıxıblar və özlərinə yeni iş axtarırlar.

Bakı merinin keçmiş müavini Eldəniz Layıcovun Rusiyadakı zavodu batır


Yerli hökumət zavoda işçilərin əmək haqqını ödəmək üçün subsidiya verməyə razıdır, amma təklif edir ki, müəssisə daha sanballı investorlara satılsın. Bildirilir ki, koronovirusla bağlı situasiya da zavodun işini bir tərəfdən çətinləşdirib. Anbarlardakı 25 milyon rubl dəyərindəki hazır məhsulu satmaq mümkün deyil. İşçilər qarşısındakı borc isə 6.5 milyon rubldur.

Virtualaz.org Kareliyadakı həmin zavodun mülkiyyətçisi olan “Lesprominvest” MMC şirkətinin səhmdarlarını axtarıb. Rusiya hüquqi şəxslərinin Reyestrində yer alan məlumatlardan bəlli olur ki, həqiqətən şirkət Azərbaycandan olan üç biznesmenə məxsusdur. Belə ki, şirkətin səhmləri hərəsi 32 faiz olmaqla Ağakişiyev Elşən Allahverdi oğlu, Layıcov Eldəniz Yolçu oğlu və Şərifov Sahib Əziz oğlu arasında bölüşdürülüb. Qalan 4 faiz isə Kovalinski Arkadi Romanoviç adlı Rusiya vətəndaşına məxsusdur.

Həmin Layıcov Eldəniz Yolçu oğlu bir vaxtlar adının keçdiyi korrupsiya işinə görə mətbuata yaxşı tanış idi. E.Layıcov ötən əsrin 90-cı illərində Bakı şəhər İcra Hakimiyyətinin başçısı Rafail Allahverdiyevin müavini olub, ABŞ səfirliyi üçün ayrılmış ərazidə evlərin alqı-satqısı zamanı çoxsaylı vətəndaşları aldadıb və dələduzluq ittihamı ilə həbs edilib. Məhkəmə onun barəsində 2003-cü ilin sentyabrında hökm çıxarıb. Layıcov 2011-ci ilin mayında prezident İlham Əliyevin əfv sərəncamı sayəsində cəzasını tam çəkməmiş azadlığa çıxıb. Həbsdən çıxandan bir müddət sonra Azərbaycanı tərk edib.

Onun şəriki olduğu “Lesprominvest” MMC şirkəti Rusiyada meşə materiallarının tədarüükü və ixracı ilə məşğul olur. Habelə tikinti materiallarının, sanitar-texniki avadanlıqlarının satışını fəaliyyət sahələrindən biri kimi göstərib. Sıxtıvkar və Petrozavodsk şəhərlərində də filialları var.

Layıcovun digər şəriklərinin barəsində ətraflı məlumat yoxdur. Amma Şərifov Sahib Əziz oğlu adlı şəxsin Azərbaycanda “SFERA-99” MMC adlı müəssisənin direktoru olduğuna dair məlumatlara rast gəlinir.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • GÖYGÖL ŞƏRAB ZAVODUNDA FƏHLƏ ÜSYANI

    GÖYGÖL ŞƏRAB ZAVODUNDA FƏHLƏ ÜSYANI ...

    4-07-2013, 12:06

  • 
  • Müdafiə Sənayesi Nazirliyinin zavodunda nə baş verir?

    Müdafiə Sənayesi Nazirliyinin zavodunda nə baş ...

    23-01-2014, 15:39

  • 
  • “Azerboru”da böyük ixtisar

    “Azerboru”da böyük ixtisar ...

    30-07-2015, 23:57

  • 
  • Ziya Məmmədovun zavodunda bülletenə çıxan rəis işindən kənarlaşdırıldı

    Ziya Məmmədovun zavodunda bülletenə çıxan rəis ...

    1-12-2018, 09:24

  • 
  • Takistanda polad zavodu qapadılıb, fəhlələr işsiz qalıb

    Takistanda polad zavodu qapadılıb, fəhlələr işsiz ...

    3-10-2016, 22:45


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu