GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Qonşu otaqda nə baş verdiyindən xəbərsiz “kəşfiyyatçı”

Qonşu otaqda nə baş verdiyindən xəbərsiz “kəşfiyyatçı”

Tarix: 5-06-2020, 11:00 Bölmə :Cəmiyyət Baxış: 8 444
Qonşu otaqda nə baş verdiyindən xəbərsiz “kəşfiyyatçı”


Əbülfəz Elçibəy hakimiyyəti zamanında Milli Təhlükəsizlik nazirinin birinci müavini vəzifəsini icra edən Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər Əbülfəz Elçibəyə qarşı çox ciddi və qərəzli ittihamlarla çıxış edib.

Bəlkə də mənə elə gəldi, Sulhəddin Əkbərin çıxışına baxanda ilk nəzərimi cəlb edən onun psixoloji durumunun yerində olmaması oldu. Əsəbi və məcbur edilmiş kimi, nala-mixa vura-vura danışırdı.

Əbülfəz Elçibəyi birbaşa olmasa da, dolayısı ilə Rusiyanın agenti adlandırır.
Bu adam bir tərəfdən onun özünün də agentura siyahısı olan arxivə buraxılmadığını deyir, bir tərəfdən də Elçibəyə Rusiya agentlərinin siyahısını verdiyini, Əbülfəz bəyin buna ciddi yanaşmadığın iddia edir.

Elə ilk söhbətdə Sülhəddin Əkbərin adi ibtidai şəkildə hazırlanan bir xüsusi xidmət orqanı əməkdaşı səviyyəsində olmadığını görürsən. Dediyi sözlərin arasında adi bir məntiqi bağlılıq da qura bilməyən bu “çekst”in sözlərinə bilmirsən güləsən, yoxsa ağlayasan.

Adama deyərlər, əgər arxivə girmək imkanın olmayıbsa, Əbülfəz Elçibəyə verdiyin siyahını hardan almısan? Əgər elə bir siyahı olubsa və o siyahıda dövlətin yüksək məmurlarının adları qeyd edilibsə, o siyahının doğruluğunu nə ilə sübut edə bilərdin? Axı siz özünüz deyirsiniz ki, arxivə girmək imkanınız olmayıb. Hardan əldə etmişdiniz həmin “siyahı”nı? Bəlkə elə sizin verdiyiniz “siyahı” təxribat olub? Necə sübut edə bilərsiniz ki, sizin təqdim etdiyinizi iddia etdiyiniz “siyahi”nı sizə hakimiyyətin içində təxribat salmaq niyyəti ilə Rusiya ötürməyib?!

Sülhəddin Əkbər iddia edir ki, Əbülfəz bəy “siyahı”da adları olan adamlara: “Sülhəddin sizin haqqınızda bunları deyir, siz də onun nazir olmsını istəyirsiniz”, – deyərək məlumat verib.
Sülhəddin bəyin “çeks məntiqi”nə görə, Rusiyanın agentləri onun MTN-ə rəhbər təyin edilməsini istəyiblər, bəy də onlara belə bir söz deyib. Çox maraqlıdır, görəsən Rusiyanın agentləri nəyə görə Sülhəddin Əkbərin Milli Təhlükəsizlik naziri olmasını istəyirdilər?

Ümumiyyətlə, Sülhəddin Əkbərin sözlərinə görə, onun MTN-nin 1-ci müavin olması haqda heç özünün də məlumatı olmayıb, vəzifəyə neçə təyin olunduğunu da düz-əməlli bilmir. Təsəvvür edirsiniz, həyatında bircə dəfə nazir müavini olub, həm də o boyda mühüm bir nazirliyin, onu da dəqiq bilmir ki, bu necə baş verib.

Sülhəddin Əkbər iddia edir ki, Əbülfəz Elçibəy onu yanına çağırıb və ondan KQB-nin arxivlərinin açılması qarşılığında siyahıda adları olan şəxslərin sənədlərinin ortadan qaldırılmasını istəyib.

Sülhəddin Əkbərin bu sözünü eşitdikdən sonra, onun həqiqətən də o boyda mühüm vəzifəyə necə təyin edildiyi mənim üçün də maraqlı oldu.

Axı, özünün də dediyi kimi, tanış olmaq imkanı olmadığı arxivdə kimlərin adlarının olacağını hardan bilirdi ki, onun da müzakirəsini aparırdı?

Düşünürəm ki, illərdr səssizliyə çəkilən Sülhəddin Əkbərin hakimiyyətdaxili gərginliyin baş aldığı bir zamanda, pandemiya dövründə, neftin su qiymətindən də ucuz olduğu bir dönəmdə, insanların əsəblərinin tarıma çəkildiyi bir vaxtda cəmiyyəti üz-üzə qoya biləcək bu cür açıqlamaya məcbur edən nədir? Və yaxud kimdir? Nə baş verdi ki, Sülhəddin Əkbər illərlə saxladığı “mühüm sirrləri” bu gün açıqladı? Maraqlı deyilmi?

Yenə sağ olsun, arada İsa Qəmbərlə yaxın olduğunu, onunla tez-tez görüşdüyünü, hətta İsa bəyin baş verənlərə əsəbləşdiyini qeyd edib. Şükür ki, İsa bəy agent deyilmiş. Ondan başqa dövlətin başında duranların hamısı “agent” olublar. Yaqin İsa bəy, münasibət bildirər, öz işidir.

Sülhəddin Əkbər iddia edir ki, onun Fizulidə İsa Qəmbərlə birgə “Mehri dəhlizi”nin azad edilməsi planı olub, hətta Türkiyənin baş qərərgahınında bu cür planı olduğunu iddia edir. Güya bu planı Əbülfəz Elçibəyə deyiblər, ancaq Əbülfəz bəy planı həyata keçirməyə razı olmayıb.

Bu qədər də yox də… Birincisi, Kəlbəcərin qız-gəlinlərinin düşmən mühasirəsindən çıxarılması üçün 2 dənə helekopter verməyən Türkiyənin “Mehrini azad etmək kimi bir planı var idi” sözü nağıldan başqa bir şey deyil.

İkincisi, Qarabağda qeyri-qanuni terrorçu birləşmə ilə savaşda Türkiyə NATO üzvü olduğu və Rusiya ilə vəziyyəti gərginlədirməmək üçün bir başa iştirak edə bilməyib, müstəqi bir dövlət olan ermənistandan dəhliz açacağına heç özünüz inanırsınız? Həm də Sülhəddin Əkbər(gil) bu mühüm əməliyyatı Rusiyanın agenti olduqlarına 100 fazi əmin olduqları dövlət rəhbərləri ilə həyata keçirəcəklərmiş.

Üşüncüsü, siz başa düşürsünüzmü, adi bir serjant da Bütöv Azərbaycan davası aparan Əbülfəz Elçibəyin “Mehri dəhlizi”nin açılması kimi ciddi bir plana etiraz etməsini deməzdi, general vəzifəsini icra edən Sülhəddin Əkbər dedi. Adamın bərkdən gülməyi gəlir.

“Kəşfiyyat kralı” sonda bildirir ki, qonşu otaqda dövlətin zirvəsinin operativ iclası keçirilirmiş və Sülhəddin müəllimin məlumatı olmurmuş ki, qonşu otaqda nə baş verir.

Fikirləşirəm ki, belə vəziyyət o halda baş verə bilər ki, Sülhəddin bəy həmin zamanlar “piyan” olsun. Yani adi ayıq bir adam belə, o vəzifədə qonşu otaqda nə baş verdiyini, iclas olub-olmadığını bilərdi, o ki, qaldı MTN kimi mühüm bir strukturda 1-ci müavin olan adam ola… Həm də təsəvvür edin ki, xüsusi təyinatlılara da qonşu otaqda nə baş verdiyini bilməyən adam rəhbərlik edir. ŞÜKÜR Kİ, GÖYDƏN BAŞIMIZA DAŞ DÜŞMƏYİB…

Sülhəddin Əkbərin dediyinə görə, 27 ildir analiz aparıb, bu nəticəyə gəlib ki, Azərbaycanda Xalq Hərəkatına rus KQB-si öz adamlarını yerləşdirib, onları hərəkatın başına keçirib ki, nəhayət hakimiyyət sahibinə – yani Heydər Əliyevə rahat ötürülsün.

Sülhəddin Əkbərin 27 il düşünüb, gəldiyi qənaəti KQB-nin ETTELAT-ın, MTN-nin adi informatorları illərdir ki, hər gün danışıb, insanları zəhərləməklə məşğuldurlar. Bunun üçün siz 27 il necə fikirləşmisiniz?

Sülhəddin Əkbərin açıqlamalarını dinlədikdən sonra, yadıma onun yazdığı “Dövlət siyasətinin əsasları” adlı kitabın təqdimat mərasimi düşdü. Agent olmaqda ittiham etdiyi köhnə komandanın hamısı başda oturmuşdu və Sülhəddin bəy “agentləri” başına yığıb, kitab təqdim edirdi.

Sonda Sülhəddin bəyə bir söz demək istəyirəm: Sülhəddin bəy! Sizin çıxışınızda olan məntiqsiz cümlələri və bir-biri ilə ziddiyyət təşkil edən fikirləri dinlədikdən sonra, doğurdan da Əbülfəz bəyə çox üzüldüm, yazıq Bəy nələr çəkirmiş… Normal bir dövlətdə xüsusi xidmət orqanlarında sizin kimi adam adi bir texniki işçi səviyyəsində işlə təmin edilməz ki, siz nazir müavini olmusunuz.

Allah Əbülfəz bəyə rəhmət eləsin, vəziyyət doğrudan da çox acınacaqlı olub. Sizin bu fikirlərinizin ölkədə gündəm yaradacağına, diqqəti hakimiyyətdən yayındıracağına da inanmıram. İnsanların söz güləşdirməyə nə halı var, nə həvəsi…

Elşən ƏLİSOY,
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qapalı görüşün bir razılaşması - Sülhəddin Əkbərin partiyası qeydiyyata alınacaq (ÖZƏL)

    Qapalı görüşün bir razılaşması - Sülhəddin ...

    13-12-2014, 22:57

  • 
  • Rəsul Quliyevlə Sülhəddin Əkbərin şok telefon söhbəti – (Audio)

    Rəsul Quliyevlə Sülhəddin Əkbərin şok telefon ...

    24-09-2013, 15:25

  • 
  • Sülhəddin Əkbərin partiyasının üzvləri Milli Şuradan çıxdılar

    Sülhəddin Əkbərin partiyasının üzvləri Milli ...

    8-07-2014, 16:20

  • 
  • Sülhəddin Əkbərin sənədləri yenə geri qaytarıldı

    Sülhəddin Əkbərin sənədləri yenə geri qaytarıldı ...

    10-10-2014, 17:58

  • 
  • Əbülfəz Elçibəyi öldürüb eyvandan atmaq istəyənlər kimlər olub?

    Əbülfəz Elçibəyi öldürüb eyvandan atmaq ...

    8-11-2014, 02:14


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu