Professor Adil Qeybulla Deputat Etibar Əliyevin ünvanına səsləndirdiyi fikirlərə özünəməxsus və təmkinlə cavab verib. Həkimin cavab yazısını olduğu kimi çoxsaylı oxucularımızın diqqətinə təqdim edirik:
''Dostlar, deputat Etibar Əliyev qeyd edib ki, Adil Qeybulla virusoloq deyil, o bu barədə danışa bilməz. Əlbəttə, bu onun subyektiv fikridir. Amma Etibar Əliyevin də üzərinə düşən xeyli funksiyalar var ki, onlarla məşğul olsa, daha faydalı olar. Öz fikirlərimi əsaslandırmaq istərdim. Əvvəlcə bütün tibb işçilərini peşə bayramı ilə təbrik edirəm, onlara dözüm və səbr arzu edirəm.
COVID-19 koronavirus infeksiyasının (xəstəliyin adı belədir) pandemiyası SARS-CoV-2 koronavirusu (törədicinin adı belədir) tərəfindən törədilib. Yoluxma əmsalı (R) deyilən bir anlayış var. Ciddi karantin qaydalarına əməl etməklə bu əmsalı 1-ə və daha aşağı saldırmaq olar. R1 odur ki, 1 adam 1 nəfəri yoluxdurur. Almaniyanın Federal Robert Kox adına infeksion və yoluxucu olmayan xəstəliklər İnstitutu 16 apreldə yoluxma əmsalının 0.7-yə endirdiklərini açıqlamışdı. Bu o deməkdir ki, görülən karantin tədbirləri imkan verir ki, bir adamın 1 nəfərdən azını (məs., 10 nəfər 7 nəfəri) yoluxdura bilər. Karantin tədbirləri gözlənilməyən yerlərdə (sosial məsafə gözləməmək, maskasız gəzmək və öpüşüb qucaqlaşmaq kimi səmiyyət qiyafəsindəki möhtəşəm adətlərimiz sayəsində) orta hesabla yoluxma əmsalı R6 ola bilər. Qapalı məkanda isə 1 adam 10-larla adamı yoluxdura bilər. Karantin qaydaları yumşaldılandan sonrakı dövrdə Bakı bulvarı, küçələr, parklar, bina həyətlərində izdihamlı təmaslar bunu təsdiq etmirmi, dəyərli dostlar? Xəstəlik insanlarda simptomsuz (subklinik forma), yüngül, orta, ağır və septik şok formasında keçə bilər. Simptom başlayandan ölümə qədər keçən vaxt 6 gündən 41 gün, orta hesabla isə 14 gün davam edə bilər. Ölüm (mortality) barədə dəyərləndirmə birbaşa diaqnoz qoyulmuş infeksiyadan ölüm sayı (CFR) və diaqnoz qoyulan və qoyulmayan infeksiyaya yoluxmuş ümumi ölümlərin faiz hesabı (İFR) ilə müəyyən edilir. Epidemioloji prosesin fazaları barədə danışsaq deməliyəm ki, biz bu gün reinfeksiya və eksponensial artım fazasını yaşayırıq. Çox yazardım, amma təəssüf ki, Etibar Əliyev təbirincə desək, virusoloq deyiləm... Metamorfoz rəzaləti yaşayırıq dostlar...''
Sorğu
Yeni dizaynımız necədir?