GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Dövlətə pul lazımdır, o qədər vəsaiti itirmək olmaz” - GƏLİŞMƏ

“Dövlətə pul lazımdır, o qədər vəsaiti itirmək olmaz” - GƏLİŞMƏ

Tarix: 18-06-2020, 12:46 Bölmə :Cəmiyyət Baxış: 285
“Dövlətə pul lazımdır, o qədər vəsaiti itirmək olmaz” - GƏLİŞMƏ


Özbəkistan Ədliyyə Nazirliyi və Baş Prokurorluğu ölkənin keçmiş prezidentinin qızı Gülnarə Kərimovanın Fransadan 10 milyon dollarlıq aktivlərini geri alıblar.

Qaytarılan vəsaitlər Özbəkistan dövlətinin büdcəsinə köçürülüb və ümumi qaydada istifadə ediləcək. Fransadan qaytarılan aktivlərin sosial layihələrə xərclənməsi və görülən işlərin gedişi haqda müntəzəm olaraq geniş ictimaiyyətə məlumat verilməsi planlaşdırılır.

Gülnarə Kərimova hazırda 10 illik həbs həyatı yaşayır və xaricdəki aktivlərinin əlindən alınmasına qədər o, ölkə daxilində olan və dəyəri 10 milyonlarla ölçülən əmlakları dövlətə qaytarmışdı.

Hazırda Özbəkistan Ədliyyə Nazirliyi və Baş Prokurorluğu Gülnarə Kərimovanın İsveçrə, ABŞ, Fransa və Rusiyada olan 1,3 milyard dollarlıq aktivlərinin geri qaytarılmasına çalışır.

Gülnarə Kərimovanın bunca əmlakının geri qaytarılması Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbərinin həyat yoldaşı Zamirə Hacıyevanın Londondakı mal-mülkünün Azərbaycan qaytarılması məsələsini yenidən gündəmə gətirib. Hazırda Londonda yaşayan 55 yaşlı Zamirə Hacıyeva Britaniya mediasında lüks “Harrods” mağazasında 16 milyon funt xərcləməklə tanınır. O, Britaniyada 2018-ci ildən tətbiq olunmağa başlayan “İzaholunmaz Sərvət Sərəncamı”nın (UWO) ilk hədəfi olub. Zamirə Hacıyeva gəlirinin qanuni mənbəyini açıqlaya bilmədiyindən bu sərəncama əsasən Londonun Knightsbridge ərazisində yerləşən 15 milyon funtluq mülkü və Berkshiredə təmtəraqlı qolf kursu nəzarətə alınıb, üzərinə həbs qoyulub. Onun əri Cahangir Hacıyev Azərbaycanda həbsxanadadır - o, bir vaxtlar idarə etdiyi dövlət bankından 10 milyonlarla pulu mənimsəməkdə təqsirləndirilib. Britaniyada bu məsələ ilə bağlı Zamirə Hacıyevaya qarşı cinayət işi başlamayıb. Buna səbəb isə “İzaholunmaz Sərvət Sərəncamı” adlanan qanunun mülki xarakterli olmasıdır. Əmlakın mənimsənilməsinə baxmayaraq, Zamirə Hacıyevaya qarşı ittihamların irəli sürülməsini nəzərdə tutmur.

Yada salaq ki, Zamirə Hacıyeva 2018-ci ilin noyabrında Azərbaycan hüquq-mühafizə orqanlarının xahişi ilə Bakıya ekstradisiyası məsələsinə baxılması üçün həbsə alınmışdı. Lakin sonradan o, girov qarşılığında azad edilib. O, Azərbaycana ekstradisiya olunmayıb. Zamirə Hacıyeva 10 il ərzində Londonun məşhur dükanı “Harrods”da 21 milyon dollar xərcləyib. Bundan başqa, o, 2013-cü ildə Berkşir qraflığının Askot kəndində 10 milyon funt sterlinqə (12,15 milyon dollar) malikanə alıb. 57 yaşlı Hacıyevanın məhkəmə işi zamanı rəsmən işsiz olması, buna baxmayaraq, Hacıyevanın 42 milyon funta (55.24 milyon dollar) şəxsi istifadə üçün “Gulfstream G550 Jet” təyyarəsi aldığı da üzə çıxıb.

Bu gün Zamirə Hacıyevanın ixtiyarında olan, dəyəri on milyonlarla ölçülən varidatın faktiki olaraq Azərbaycan dövləti, Azərbaycan xalqının vəsaiti hesabına alınması şübhə doğurmur. Özbəkistan Fransadan Gülnarə Kərimovanın 10 milyon dollarlıq aktivlərini geri alıb digər ölkələrdəki 1.3 milyardlıq aktivlərə iddia irəli sürürsə, Azərbaycan da eyni addımı Zamirə Hacıyevaya qarşı nədən atmasın?

Tanınmış hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a deyib ki, Zamirə Hacıyevayanın Londonda müsadirəyə hazırlanan əmlaklarına Azərbaycan dövləti iddia edə bilər. Burada hər hansı bir hüquqi maneə yoxdur: “Azərbaycan Londona təcrübəli hüquqşünaslar göndərib isbat etməlidir ki, Zamirə Hacıyevanın sərəncamında olmuş varidat məhz Azərbaycan dövlətinə məxsusdur. Azərbaycan bu sahədə təcrübəsi olan hüquqşünaslara müraciət edə bilər. Elə İngiltərənin özündə belə hüquqşünaslar var və onlarla müqavilə bağlamaq olar. Güman edirəm ki, Özbəkistan da Gülnarə Kərimovanın Fransadan 10 milyon dollarını qaytarmaq üçün təcrübəli hüquqşünaslarla müqavilə bağlayıb. Nəticəsi də göz qabağındadır - dövlətdən oğurlanan, xalqdan oğurlanan pullar Özbəkistana qaytarılıb. Azərbaycan təcrübəli hüquqşünaslarla müqavilə bağlamaqla yanaşı, Beynəlxalq Bankla bağlı sənədlərin açılmasına da hazır olmalıdır. Əks halda, nəticə biz istədiyimiz kimi olmayacaq. Bu halda Beynəlxalq Bankla əlaqəli həbslərin dairəsi geniş olmalıdır. Cahangir Hacıyev 10 milyonlarla vəsaiti təkbaşına mənimsəyə bilməzdi. Bu gün həbs olunanlardan 10 dəfə artıq şəxs həbsə getməlidir. Hər kəsə aydındır ki, Zamirə Hacıyeva istəsəydi belə, adına olan əmlakların mənbəyini ortaya qoya bilməzdi. Zamirə Hacıyeva işsiz-gücsüz qadındır, onda bu qədər pul ola bilməzdi.

Zamirə Hacıyeva deyir ki, pulları əri qazanıb. Əri isə dövlət bankının vəsaitlərini mənimsəməkdə təqsirli bilinərək həbsdədir. Sadəcə həbsə alınma və məhkəmənin aparılması qaydası bu gün Cahangir Hacıyevə özünü az qala siyasi məhbus kimi qələmə verməyə imkan verir. Onun üzərində məhkəmə açıq və ədalətli olmalı idi və dövlət pullarının mənimsənilməsində əli və rolu olan hər kəs həbsə alınmalı idi ki, bu gün rahat şəkildə Azərbaycan dövləti ondan oğurlanan pullara iddia edib geri ala bilsin".

Əkrəm Həsənov deyir ki, istənilən halda Azərbaycan dövləti büdcədən oğurlanan pullara sahib çıxmaq üçün hərəkətə keçməlidir: “Zamirə Hacıyeva ilə əqd bağlayıb sərəncamında olmuş əmlakların Azərbaycana məxsus olmasını, sadəcə, Zamirə Hacıyevanın istifadəsində olduğunu yazılı surətdə təqdim edə bilər. Bundan sonra oradakı əmlaklar əqddə nəzərdə tutulan faiz nisbətində Azərbaycan dövlətinə qaytarıla bilər. Azərbaycan dövləti gələcəkdə sübut etsə ki, əmlaklar ona məxsusdur, həmin əmlakların qarşılığını ala bilər. Zamirə Hacıyevanın həyat yoldaşı uzun müddət Azərbaycan Beynəlxalq Bankına rəhbərlik edib. Həmin bankdan verilən 35 kredit kartı da Zamirə Hacıyevanın sərəncamında olub. O da həmin kartlardan istifadə etməklə Londonda 109 milyon manata bərabər alış-veriş edib. Bu pullar Azərbaycan dövlətinindir. Amma bunu sübut etmək lazımdır. Bu gün Azərbaycanda yaşayan, İngiltərədə mal-mülkü olan çoxlu sayda insanlar var. Həmin insanlar gedib London məhkəməsində oradakı mal-mülkləri ilə bağlı suallara cavab vermək istəmirlər. Belə olsa, Cahangir Hacıyevin yanında yüzlərlə insan oturmalıdır. Bu gün Azərbaycan dövləti bu adamların razılığı olmadan bu məsələnin axırına çıxa bilmir. Həmin adamlar da Azərbaycan dövlətinin dəstəyi olmadan Londondakı mal-mülklərini ”İzaholunmaz Sərvət Sərəncamı"nın təsiri altından çıxara bilmirlər. Azərbaycan dövlətinə bu gün Cahangir Hacıyevin həbsdə qalması, Zamirə Hacıyevanın İngiltərədə əmlaksız qalması nəsə bir xeyir eləmir. Bu baxımdan Azərbaycan dövlətinə pul lazımdır, o qədər pulu da itirmək olmaz"./“Yeni Müsavat”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gülnarə Kərimovanın həbsinin səbəbləri açıqlandı

    Gülnarə Kərimovanın həbsinin səbəbləri açıqlandı ...

    23-09-2014, 14:02

  • 
  • ​Gülnarə Kərimovanın yeri bilindi — Həbsxanada cəzasını çəkir

    ​Gülnarə Kərimovanın yeri bilindi — Həbsxanada ...

    20-12-2018, 21:47

  • 
  • Özbəkistan hökuməti Gülnarə Kərimovanın pullarını İsveçrədən qaytarmağa çalışır

    Özbəkistan hökuməti Gülnarə Kərimovanın pullarını ...

    2-07-2018, 19:09

  • 
  • Gülnarə Kərimova həbs edildi

    Gülnarə Kərimova həbs edildi ...

    28-07-2017, 11:15

  • 
  • ABŞ-dan 1 milyardlıq rüşvət ittihamı: Gülnarə Kərimova hədəfdə

    ABŞ-dan 1 milyardlıq rüşvət ittihamı: Gülnarə ...

    29-04-2016, 17:29


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu