Rusiya İstintaq Komitəsinin Dağıstan İdarəsinin rəhbəri Oleq Potanin və Rusiyanın İstintaq Komitəsinin Şimali Qafqaz İdarəsinin rəhbəri general Oleq Vasilyev ağır avtomobil qəzası keçiriblər.
GundemXeber.Az xarici KİV-ə istinadən xəbər verir ki, onlar Azərbaycan vətəndaşları ilə Dağıstan polisləri arasında yaşanan toqquşma ilə bağlı Rusiya-Azərbaycan sərhədinə gedərkən qəzaya düşüblər. Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyev yaralıları Qayakənd Rayon Xəstəxanasında ziyarət edib.
Hadisə baş verən an maşının general Oleq Vasilyev tərəfindən idarə edildiyi bildirilir. General naməlum səbəbdən idarəetməni itirib və maşın uçuruma yuvarlanıb. General Vasilyev bir neçə sınıq xəsarəti alıb. Potanin isə huşsuz vəziyyətdə tapılıb. Hazırda Potaninin vəziyyəti ağırdır. Onun Moskvaya aparılması gözlənilir. Qeyd edək ki, hadisə Qayakənd rayonu ərazisində baş verib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?