GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Əli Həsənov “paralel dövlət”i necə qururdu? — Türkiyənin Azərbaycandakı səfirinə AÇIQ MƏKTUB

Əli Həsənov “paralel dövlət”i necə qururdu? — Türkiyənin Azərbaycandakı səfirinə AÇIQ MƏKTUB

Tarix: 7-09-2020, 16:19 Bölmə :Cəmiyyət Baxış: 828
Əli Həsənov “paralel dövlət”i necə qururdu? — Türkiyənin Azərbaycandakı səfirinə AÇIQ MƏKTUB


Müstəqillik əldə etdiyi gündən Azərbaycan dövləti qardaş Türkiyə Cümhuriyyəti ilə dostluq, qardaşlıq və əməkdaşlıq prinsipinə əsaslanan münasibətlərinin inkişafına xüsusi önəm verir, bu münasibətlərə mane olmağa calışanların qarşısını qətiyyətlə alır. Təəsüf ki, bu münasibətlərə xələl gətirmək istəyənlər qüvvələr hələ də mövcuddur. Belə şəxslərin hər iki dövlətin rəsmi strukturlarında mövqe tutması, onların öz bədxah əməllərinin gercəkləşməsinə imkan yaradır.

Yalan, şər və böhtan kampaniyasından istifadə edərək gizli məqsədlərini ört basdır etməyə calışan, qardaş xalqlar arasında nifaq yaradan bu qüvvələrə qarşı mübarizə günün tələbidir.

Dövlətlər arasında diplomatik əlaqələrin ali prinsiplər əsasında qurulmasında, etimad hissinin artırılmasında fövqaladə və səlahiyyətli səfirlərin rolu böyükdür. Təmsil etdiyi dövlətin maraq və mənafeyini qoruyan səfir, eyni zamanda çalışdığı dövlətin qanunlarına, adət-ənənələrinə böyük hörmət nümayiş etdirməklə, xalqlar arasında dostluq əlaqələrinin möhkəmlənməsinə çalışmalıdır. Bunun əksini görmək məyusedici olardı.

Əli Həsənov “paralel dövlət”i necə qururdu? — Türkiyənin Azərbaycandakı səfirinə AÇIQ MƏKTUB


Bir necə gün öncə tanınmış ictimai xadim, vəkil Aslan İsmayılovun “Türkiyə kimi qüdrətli bir dövlətin səfiri sanki Əli Həsənovun köməkçisi kimi davranırdı, onun bütün tədbirlərində, hətta ailə tədbirlərində belə iştirakını çox önəmli sayırdı” fikri həqiqətən bir çox suallar doğurur.

Vəkil Aslan İsmayılov yazır: “Əli Həsənovun bu basabasda Türkiyəyə getməsi barədə fikirlərimi Sizinlə də bölüşürəm. Bu gedişi əsla onun xəstəliyi ilə əlaqələndirmirəm. Əgər olsa belə, axı illərdir Ə.Həsənovun xalqa üfürdüyü analoqu olmayan səhiyyəmiz, özünün müalicəsi üçün şəxsi klinikası var. Həmin “Xətai” Estetik Klinikası ki, 8 yaşlı ailənin tək övladı xırda əməliyyatdan sağ çıxmadı, sonra da bu cinayəti ört-basdır elədilər. Hesab edirəm ki, bu səfərin köklərini, çoxlarına qəribə gəlsə də, onun Türkiyə səfiri Erkan Özoralla çox yaxın münasibətlərində axtarmaq lazımdır”.

Əli Həsənov “paralel dövlət”i necə qururdu? — Türkiyənin Azərbaycandakı səfirinə AÇIQ MƏKTUB


İllər öncə də Azərbaycanda çalışmış, xalqımız tərəfindən hörmət və ehtiram görmüş bir diplomatı belə bir insanlar ilə əlaqələrdə suçlamaq həqiqətən maraqlı məsələdir. Təbii ki, Əli Həsənov ilə səfirin münasibətləri isti ola bilər, cünki Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin rəhbəri kimi Əli Həsənov bəzi səfirlər ilə görüşürdü, hətta bəzən onları Bakıdan kənarda olan evinə də dəvət edirdi. Lakin bu münasibətlərin Əli Həsənovun şəxsi maraqlarının həyata keçirilməsi üçün istifadə edilməməsindən əmin ola bilərik mi?

Əli Həsənov “paralel dövlət”i necə qururdu? — Türkiyənin Azərbaycandakı səfirinə AÇIQ MƏKTUB


Düşünmək istərdik ki, səfir Erkan Özoralın diplomatik bilgiləri bu proseslərdə manipulyasiyanı real vəziyyətdən ayırmağa imkan verirdi.

Əli Həsənov “paralel dövlət”i necə qururdu? — Türkiyənin Azərbaycandakı səfirinə AÇIQ MƏKTUB


Hazırda gördüyümüz kimi Əli Həsənov ilə cənab səfirin münasibətləri ölkədə ictimaiyyət tərəfindən də aydın müşahidə edilir, birmənalı qarşılanmır və geniş müzakirələrə səbəb olurdu. Cünki Əli Həsənovun yüksək mövqeyi, əlində olan geniş media imkanları, onları müdafiə edən vasitəyə çevrilmişdir. Bu illər ərzində Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirən neçə-neçə zərərli ideyalar Əli Həsənovun tabeçiliyində olan media qurumları vasitəsilə tirajlanmışdır.

Əli Həsənov “paralel dövlət”i necə qururdu? — Türkiyənin Azərbaycandakı səfirinə AÇIQ MƏKTUB


Əli Həsənov bütün bu illər ərzində vəzifə səlahiyyətlərindən istifadə edərək, FETÖ ilə əlaqəli olan şəxslərin himayəçisinə cevrilmiş və Azərbaycandakı fəaliyyətləri üçün münbit zəmin yaratmışdır. FETÖ-ya bağlı müxtəlif qurumlar və şəxslər öz növbələrində Əli Həsənovun ailə biznesinin yaradıcıları və şərikləri olaraq ona öz borclarını ödəmişlər.

Əli Həsənov “paralel dövlət”i necə qururdu? — Türkiyənin Azərbaycandakı səfirinə AÇIQ MƏKTUB


Professor Əli Həsənovun bu gün Azərbaycanda və Azərbaycandan kənarda mövcud olan biznes şəbəkələrinin maddi-texniki təchizatı, infrastrukturu, kadr potensialı, konsalting xidməti FETÖ-nun himayəsində olan qurumlar tərəfindən formalaşdırılıb. Hazırda Azərbaycan mətbuatında və sosial şəbəkələrdə Əli Həsənovun çox saylı mülkiyyətlərinin, şirkətlərinin mənbəyini araşdırarkən FETÖ ilə işbirliyi ortaya cıxır.


2009-2013-ci illər ərzində hazırda FETÖ işinə görə Türkiyədə həbsdə olan “Samanyolu TV”-nin rəhbəri Hidayət Karaca Azərbaycana dəfələrlə səfər etmiş və hər dəfə Əli Həsənov onu şəxsən müşayiət etmişdir. Bakının Fətəli xan Xoyski küçəsi 98 ünvanında yerləşən Xankəndi restoranında keçirilən görüşlər və müzakirələr zamanı bəhs edilən mövzuların hansı məqsədə xidmət etməyi artıq məlumdur.

Əli Həsənov “paralel dövlət”i necə qururdu? — Türkiyənin Azərbaycandakı səfirinə AÇIQ MƏKTUB

Zaman göstərdi ki, Əli Həsənovun “təqdimatı” ilə qardaş Türkiyə qarşısında ittiham etdiyi bir sıra iş adamlarının, ictimai xadimlərin və rəsmilərin FETO ilə əlaqəli hər hansı bir bağlantısı aşkar edilməmişdir. Əksinə, bu şəxslər AK Parti siyasətinə hörmət bəsləyən, AK Parti millət vəkilləri ilə əməkdaşlıq edən, beynəxalq tədbirlərdə Türkiyənin mövqelərini dəstəkləyən və hər iki ölkəyə fayda verə biləcək insanlardır.

Əli Həsənov “paralel dövlət”i necə qururdu? — Türkiyənin Azərbaycandakı səfirinə AÇIQ MƏKTUB

Əli Həsənovun ötürdüyü “kompromat” yazıların məzmunu artıq bəllidir. Əli Həsənovun tabeliyində olan şəxslər tərəfindən hazırlanan arayışlar Əli Həsənovun nəzarətində olan saytlara sızdırılırdı. Əli Həsənovun məqsədi - Azərbaycan rəhbərliyində yanlış rəy formalaşdıraraq müxtəlif insanlardan küllü miqdarda pul almaq və ya onları öz inhisarında olan siyasi-iqtisadi sahələrdən uzaqlaşdırmaq idi.

Azərbaycanda 2016-cı ildən etibarən FETÖ terror qruplaşmasına təəsübkeşlik edən qurumlara və şəxslərə qarşı təcrid etmə, fəaliyyətini dayandırma, həmçinin həbs etmə, ekstradisiya və digər effektiv metodlar tətbiq edilmişdir. Bununla yanaşı, hətta 2016-ci ilədək Azərbaycanda FETÖ ilə hər hansı bağlantısı olan resurs qalmamış, və rəsmi Bakı bu qətiyyətli mövqeyi ilə Türkiyə Cümhuriyyətinin rəhbərliyinin yanında olduğunu dəfələrlə bəyan etmişdir. Belə qənaətə gələ bilərik ki, cənab səfir Azərbaycan dövlətinin və dövlət başcısının bu addımlarını görür və alqışlayır!

2014-cu ildə Azərbaycanda FETÖ ilə iş birliyində ittiham olunan qurumlar dərhal bağlanarkən, bu şəbəkə qarşılıqlı razılaşma nəticəsində bəzi müəssisələrini, və infrastrukturunu Əli Həsənovun və ailəsinin mülkiyyətinə verdi. Bu proses həmin vaxtı Milli Təhlükəsizlik naziri olmuş Eldar Mahmudovun razılığı olmasaydı baş tuta bilməzdi.

[center]Əli Həsənov “paralel dövlət”i necə qururdu? — Türkiyənin Azərbaycandakı səfirinə AÇIQ MƏKTUB


Nəticədə, “Kaspi” liseylərinin və uşaq bağcalarınını sürətlə genişlənməsi, Xəzər TV, Xəzər FM, 100.5 FM, Araz FM radiolarının inkişafı, “Kaspi” hazırlıq kursları, “Xətai” klinikası və estetik mərkəzlərin, və sairə çox saylı müəssisələrin yaranmasına gətirib çıxardı. Bu böyük sərvətin sahibləri olan Əli Həsənov ailəsinin nəzarətsiz böyüməsinə keçmiş Milli Təhlükəsizlik Naziri Eldar Mahmudovun bir müddət himayə etməsi şübhə doğurmur. Eldar Mahmudov və Əli Həsənovun bu kimi əməllərinə Prezident İlham Əliyev tərəfindən layiqli hüquqi qiymət verilib.

Türkiyənin “Samanyolu” televiziyasının Azərbaycan bürosunun maddi texniki bazasında yaranmış Xəzər TV-yə ilk kredit FETÖ işinə görə bağlanmış Bank Asya tərəfindən verilib. Əli Həsənov ailəsinin yaxın adamı, Moskvada təhsil alarkən dostlaşdığı Asəf Hacıyev kanalın ilk təsisçisi olur. Asəf Hacıyev bir zamanlar Bakıdakı Gülən məktəblərindən olan Bakı Türk Kolejində tarix dərsi deyir (sonralar Asəf Hacıyev ictimaiyyətə təqdim etdiyi tərcümeyi halından bu bölməni çıxarmışdır) eyni zamanda Əli Həsənova aid olan Beynəlxalq Mətbuat Mərkəzinə rəhbərlik edirdi. Xəzər TV-nin rəhbəri Hüseyn Dinləməz ilə razılaşmalar nəticəsində əldə olunan külli miqdarda pul, vergidən yayınma halları kimi rəsmi faktlar, bank hesabları, da mediada geniş dərc edilən mövzular arasındadır və bu gün bütün Azərbaycan vətəndaşlarına məlumdur.

(http://suveren.az/li-hsnov-xzr-tv-y-nec-sahib-oldu-v-yaxud-hr-ay-prezidentin-komkcisin-300-350-min-manat-odyn-huseyn).

Əli Həsənovun və ailə üzvlərinin vergi borcları artıq araşdırılır.

"Xəzər" telekanalına rəhbərlik Əli Həsənovla Hüseyin Dinləməz arasında razılaşmaya əsasən Əli Həsənovun oğlu Şamxal Həsənova ötürülüb. Sirr deyil ki, Şamxal Həsənov Bakıda bağlanan Gülən məktəblərindən olan Qafqaz Gimnaziyasının məzunudur. Şamxal Həsənov atasının razılığı ilə bu günə kimi axtarışda olan FETÖ mənsubları ilə əməkdaşlığını davam edir.


Azərbaycanda FETÖ-çulara qarşı ciddi mübarizə şəraitində FETÖ-çuların gizlədilməsi, məsuliyyətdən yayındırılması, Azərbaycanı rahat tərk edə bilməsi asan məsələ deyildi. Bu proses Azərbaycanın Milli təhlükəsizlik naziri Eldar Mahmudovun köməyi olmadan gercəkləşə bilməzdi.

Dövlətin FETÖ-çulara qarşı mübarizəsinə rəğmən keçmiş Milli təhlükəsizlik naziri Eldar Mahmudov öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, Əli Həsənovun vasitəçiliyi ilə FETÖ şəbəkəsinin rəhbər üzvlərinin Azərbaycanı tərk etməsinə imkan yaratdı.

Əli Həsənov “paralel dövlət”i necə qururdu? — Türkiyənin Azərbaycandakı səfirinə AÇIQ MƏKTUB


Eyni zamanda, Eldar Mahmudov Əli Həsənov ilə birgə bir sıra şəxslər haqqında uydurma arayışlar hazırlayaraq, yalançı faktları düzüb-qoşaraq ölkə rəhbərliyinə yalan bilgilər təqdim etmişdirlər.


Azərbaycan və Türkiyə mətbuatına FETÖ ilə əlaqəsi olmayan insanlarla əlaqədar məntiqi əsası olmayan məqalələr ötürülməsi isə diqqəti yayındırma məqsədi daşıyırdı.


Qeyd etmək istərdik ki, Prezident Administrasiyasında Əli Həsənovun rəhbərlik etdiyi şöbədə Media və informasiya ilə əlaqələr sektorunun müdiri Cəmaləddin Quliyev (Həsənoğlu) idi. Əli Həsənovun sadiq kadrlarından olan Cəmaləddin Quliyev bir zamanlar Fətullah Gülənin Azərbaycanca şəxsi web səhifəsində köşə yazarı idi:


https://fgulen.com/az/component/content/article/748-fgulen-com-azerice-azerbaycan-dili/metbuat/kose-yazilari/36077-cemaleddin-hesenoglu-publika-az-turk-dilini-beynelxalq-dil-etmek-cehdi

Cəmaləddin Quliyev mediada əsl FETÖ üzvlərini qorumaq üçün iz azdırma kampaniyasında Əli Həsənova sədaqətini nümayiş etdirirdi.

2016-ci il 15 iyul dövlət çevrilişinə cəhd hadisəsindən sonra aşağıdakı şəxslər Azərbaycanı tərk edərək Türkiyə istintaqından yayınmağa müvəffəq oldular:

1. Ənvər Özərən – Çağ Öyrətim Şirkətinin prezidenti

2. Əhmət Sanıç – Qafqaz Universitetinin rektoru

3. Hüseyn Dinləməz – Xəzər TV-nin prezidenti

4. Halil İbrahim Seyhan - Bürc FM radiosunun prezidenti, Xəzər TV-nin vitse prezidenti

5. Mustafa Saatçı – Dialoq Avrasiya Platformasının Azərbaycandakı rəhbəri

Əli Həsənov hətta bu gün adları FETÖ işlərində hallandırılan və Gülən şəbəkəsinin üzvü olan şəxslərlə əməkdaşlıq etməkdən cəkinmir. Hüseyin Dinləməz Azərbaycanı tərk edib Avropaya yerləşdikdən sonra Əli Həsənov – Gülən şəbəkəsinin ortaqlığı barədə sükutun müqabilində özünün əsas adamlarından olan və o zaman yanında çalışdırdığı Gökhan Özkundakçını Xəzər TV-yə və ona bağlı radio kanallara Reklam Müdiri təyin edilməsi şərtini irəli sürür. Tələb yerinə yetirilir və Gökhan Özkundakçı reklam müdiri təyin edilmişdir.

Qeyd edək ki, bu şəxs Türkiyədə FETO işinə görə bağlanılan Samanyolu Televiziyasının reklam koordinatoru Mehmet Özkundakçının qardaşı idi. Gökhan Özkundakçı reklam müdiri təyin edildikdən sonra kanal və radiolarda maliyyə axınlarını nəzarəti tam ələ keçirmək üçün ondan öncə kanalda reklam müdiri olaraq çalışan Süleyman Məmmədov Xəzər Televiziyasından uzaqlaşdırılır:

https://aqreqator.az/az/siyaset/509451

Gökhan Özkundakçı topladığı reklam gəlirlərinin hər ay artması barədə Əli Həsənovun həyat yoldaşı Sona Vəliyeva və Əli Həsənovun oğlu Şamxal Həsənova hesabatlar verir, özü və qardaşı Mehmet Özkundakçının Azərbaycanda olan bizneslərinin (Dulce dərmanları – www.dulce.az, Bioform çayları, Məcun – Oynaq ağrıları əleyhinə kremlər) Xəzər kanalında pulsuz reklam olunmasına nail olurdu.

Bütün bu faktlar bir daha sübüt edir ki, Əli Həsənov Türkiyə-Azərbaycan münasibətlərinə zərbə vurmaqla yanaşı, eyni zamanda öz oyunlarına hər zaman müxtəlif şəxsləri salmaq məqsədi güdürdü. Bu baxımdan, ictimai xadimlərin narahatçılığı məhz cənab Səfirin Əli Həsənov ilə müşahidə edilən dostluğundan irəli gəlirdi. Lakin, əminik ki, Türkiyə kimi böyük dövlətin səfiri hər zaman yaxşını pisdən ayırmağa qadir olduğu kimu, manipulyasiya cəhdini də real işdən asanlıqla ayırırdı.

Əli Həsənov “paralel dövlət”i necə qururdu? — Türkiyənin Azərbaycandakı səfirinə AÇIQ MƏKTUB


Nəticədə, Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli siyasəti və barışmaz mövqeyi nəticəsində öz vəzifə səlahiyyətlərindən sui-istifadə edənlər, dövlətinə, xalqına xəyanətkar mövqedə duranlar layiqli cəzasını aldılar./demokrat.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bu gün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri

    Bu gün Türkiyənin Azərbaycandakı fövqəladə və ...

    12-05-2016, 23:50

  • 
  • Dini Komitə radikalları günahlandırdı: “Bu yazıları onlar uydurur”

    Dini Komitə radikalları günahlandırdı: “Bu ...

    25-02-2014, 11:56

  • 
  • Dini Komitə ilə Şeyxin idarəsi arasında nələr baş verir?

    Dini Komitə ilə Şeyxin idarəsi arasında nələr baş ...

    25-02-2014, 13:52

  • 
  • “İndi birlikdə və güclü olmanın zamanıdır”

    “İndi birlikdə və güclü olmanın zamanıdır” ...

    14-03-2016, 22:43

  • 
  • “Morninqstarın fəaliyyəti iki ölkə arasında münasibətlərə ziyan verir”

    “Morninqstarın fəaliyyəti iki ölkə arasında ...

    25-05-2014, 12:39


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
Aposte no BetBoom cassino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu