Xəbər verdiymiz kimi bu gün tanınmış gitara ifaçısı Nofəl Süleymanov ehtiyatsızlıqdan oğlu Şövqi Süleymanov tərəfindən ov tüfəngi ilə qətlə yetirilib. Qeyd edək ki, Şövqi Süleymanov 15 yaşındadır. Bu gün hər kəsi maraqlandıran sual Şövqi Süleymanova hansı cəzanın veriləcəyidir.
GundemXeber.Az bildirir ki, KONKRET.az-ın bununla bağlı sualını cavablandıran vəkil Əsabəli Mustafayev bildirib ki, az yaşlı da olsa həmin uşağın tutulma ehimalı var: “Çünki ölümlə nəticələnən hadisədir. Azərbaycan qanunlarında məsuliyyət 14 yaşından başlayır. Hər halda bu işə ən doğru qərarı istintaq verəcək. İstintaq axtarışından sonra hadisənin necə baş verdiyi aydınlaşacaq. Düşünürəm ki, cəza çəkilən zaman oğlu olduğu və yaşı az olduğu nəzərə alınacaq. Hesab edirəm ki, uşaq həbsxanaya göndərilməyəcək. Biz deyirik ehtiyatsızlıqdan baş verib. İstintaq araşdırması zamanı hər şey məlum olacaq. Düşünürəm ki, klassik ehtiyatsızlıqdan hadisəsi olarsa, Şövqi Süleymanova 3 ilə qədər azadlıqdan məhrumetmə və ya 3 il azadılığın məhdudlaşdırılması cəzası ilə verilə bilər. Mənə elə gəlir ki, onun uşaq olması və faciə yaşaması nəzərə alınacaq. Hətta o, ola bilər ki, bir müddət müalicə müəssisəsinə də yerləşdirlə bilər. Çünki o, psixoloji gərginlik yaşayıb. Hesab edirəm ki, 3 il azadlığın məhdudlaşdırılması veriləcək. Yəni 3 il ev dusdaqlığında olacaq. Onu kalona göndərəcəklərinə inanmıram”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?