GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Ximekspress 2000 Firması”nın gücünə daha kimlər güc verir?- İTTİHAM

“Ximekspress 2000 Firması”nın gücünə daha kimlər güc verir?- İTTİHAM

Tarix: 8-09-2020, 20:44 Bölmə :Cəmiyyət Baxış: 551
“Ximekspress 2000 Firması”nın gücünə daha kimlər güc verir?- İTTİHAM


Cəmiyyətdə bu gün ən çox müzakirə olunan məsələlərdən biri də tender prosedurlarında yol verilən qanunsuz hallarla bağlıdır.Dövlət qurumları tərəfindən satınalmaların həyata keçirilməsi zamanı ən çox yol verilən nöqsanları mütəxəsisi olmadan belə görməmək mümkün deyil.Belə ki,prosedurlar zamanı satın alınan malların ehtimal olunan qiymətinin düzgün müəyyən edilməməsi,tenderdə iştirak edən iddiaçıdan zəruri sənədlərin alınmaması,bank təminatı alınmadan avansın ödənilməsi,xüsusilə satınalma metodları tətbiq edilmədən və satınalma metodunun dəyişdirilməsi kimi nöqsanları yoxlamalar zamanı Hesablama Palatası müəyyən edib.Yəni.bunları biz özümüzdən demirik.Palatanın müəyyən etdiyi digər qanunusuzluqlar isə iddiaçı kimi çıxış edən podratçılardan maliyyə vəziyyəti barədə sənədlərin alınmaması,podratçının ixtisas göstəricilərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsində müəyyən olunmuş tələblərə riayət edilməməsi,tender,təkliflər və kotirovka sorğusu barədə elanlar və nəticələr müəyyən edilmiş qaydada açıqlanmaması kimi hallardan ibarət olub.

Dövrü mətbuatda bu kiimi qanunsuzluqluqlara yol verilmiş minlərlə tender prosedurları barədə məlumatlara rast gəlmək mümkündür.Təəccüblü burasıdır ki,yayılan bu qədər informasıyalara baxmayaraq tender prosedurlarında yenə də qanunsuzluqlara yol verilir.Bir çox hallarda satınalan təşkilatlar verdiyimiz sualları cavablandırmaqda əziyyət çəkir,onların heç nədən xəbəri olmadıqlarını,tenderin elektron qaydada keçirıldıyini bəhanə gətirməklə kifayətlənirlər.Maddi texniki bazası olmayan bu şirkətlərlə görülən işbirliyi isə istər-istəməz ortaya şübhəli suallar çıxarır.

Aktualinfo.org son illərdə milyon manatlıq tenderlərin qalibi olmuş “Ximekspress 2000 Firması”nın fəaliyyəti ətrafında apardığı araşdırmalar zamanı da yuxarıda qeyd etdiyimiz şübhəli suallar ortaya çıxdı. Əvvəlcə gəlin firmanın qalibi olduğu tenderlərə nəzər salaq.

Təkcə cari ilin iyun ayında Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı Birliyinin yolların asfalt örtüyünün təmiri işlərinin satın alınması üzrə 2 034 718.25 manat,yol cizgi boyalarının çəkilməsi işlərinin satın alınması üzrə 297 522.25 manat,alleya və parkların təmiri işlərinin satın alınması üzrə 1 999 359.43 manat dəyərində satınalma müqavilələri “Ximekspress 2000 firması” ilə bağlanmışdır.

Sumqayıt şəhər İcra Hakimiyyətinin avtomobil yollarının asfalt örtüyünün təmiri işlərinin davam etdirilməsi üzrə 389 711.4 manat,Sumqayıt şəhərinin 70 illik yubiley tədbirlərinin keçirilməsi, şəhərdə abadlıq və təmir işləri üzrə 2984600 manat dəyərində müqavilələr də “Ximekspress 2000 firması” ilə ötən ilin sentyabr ayında bağlanmışdır.Bir il tamam olmamış bu şirkətlə ümumi dəyəri 7705911 manat olan ayrı-ayrı satınalma müqavilələrinin bağlanılması nə dərəcədə qanunauyğun bir haldır?

26.04.2018-ci il tarixdə Mingəçevir Şəhər İcra Hakimiyyəti Əsaslı Tikinti, Təmir və Abadlaşdırma Şöbəsinin Mingəçevir şəhərində 2018-ci ildə çoxmənzilli yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsi və təmiri işləri üzrə keçirdiyi tenderin qalibi olan “Ximekspress 2000 firması” ilə 991700 manat müqavilə bağlamışdır.

Üstündən altı ay keçdikdən sonra 30.10.2018-ci il tarixdə “Ximekspress 2000 firması” Gəncə Şəhəri İcra Hakimiyyəti ilə 2018-ci ildə aparılacaq Gəncə şəhərində mənzil fonduna daxil olan 148 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və təmiri işləri üzrə 6173373.55 manat dəyərində müqavilə bağlayıb.

Qeyd edək ki,”Ximekspress 2000 firması” nın Mingəçevir və Gəncə şəhərlərində tenderlərin qalibi olması heç də təsadüf deyil.Belə ki 2018 ci ilin avqust ayına qədər Mingəçevir şəhər İcra hakimiyyətinin başçısı olmuş Niyazi Bayaramov sözügedən ayda Gəncə şəhər İcra hakimiyyətinin başçısı təyin edilir.”Ximekspress 2000 firması” isə bu təyinatdan cəmi iki ay sonra Gəncədə böyük miqdarda dövlət vəsaiti ayrılmış tenderin qalibi olur.Təbii ki, ortada Niyazi Bayramov faktorunun olması inkaredilməzdir.

Daha maraqlı bir fakt isə “Ximekspress 2000 firması”nın 2019-cu il oktyabr ayında qalibi olduğu tenderlərlə bağlıdır Belə ki,Bakı şəhər İcra Hakimiyyəti Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin “yaşıllıq sahələri üçün tələb olunan əkin materiallarının” satın alınması üzrə 2870751.16 manat,gübrələrin satın alınması üzrə isə 226397.16 manat dəyərində müqavilələr də”Ximekspress 2000 firması” ilə bağlanıb.

Ötən il araşdırma yazılarımızın birində “Ximekspress 2000 Firması”nın 25 may 2000-ci ildə dövlət qeydiyyatına alındığı barədə məlumatlar vermişdik. Reyester məlumatlarında firmanın nizamnamə kapitalının 40 manat olduğu, qanuni təmsilçisi isə Nuriyev İlqar Cəllad oğlu olduğunu qeyd etmişdik.Açıq internet resursları üzərindən əldə etdiyimiz məlumatlarda “Ximekspress-2000”-də baş direktor vəzifəsi daşıyan İlqar Nuriyevin 2009-cu ildə hakim Yeni Azərbaycan Partiyasının (YAP) xətti ilə Sumqayıt bələdiyyəsinin üzvü seçildiyi barədə məlumatlar var. Məlumatlarda o da bildirilir ki,İlqar Nuriyevin rəhbərlik etdiyi firma bəzi rayonlarda təhsil ocaqlarının təmirini də həyata keçirib.Ötən ilin avqust ayında isə mediada Qusar rayonu Quxuroba kənd orta məktəbinin müəllimlərinin “Ximekspress 2000” firması barədə şikayəti yayılmışdı. Şikayətdə müəllimlər firmanın məktəb binasını təmir üçün sökdüyünü,lakin dərs ilinin başlanmasına az vaxt qalsa da,təmir işlərinə başlamadığını bildirılırdi.

Apardığımız təkrar araşdırma zamanı “Ximekspress 2000 Firması”nın kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında Sumqayıtdakı 2 saylı Ərazi Vergilər Baş İdarəsində 15.05.2000-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib.Nizamnamə kapitalı 40 manat olan Firmanın hüquqi ünvanı Sumqayıt şəhəri,Səməd Vurğun küçəsi,məh 14,ev 112-dir.Bura qədər hər şey əvvəlki kimidir.Məlumatda sadəcə firmanın qanuni təmsilçisinin Mahmudov Rəhim Rəsul oğlu ilə əvəzləndiyi məlum oldu.

Başında kim durmasından asılı olmayaraq göründüyü kimi bu firma böyük tenderlərin qalibi olur.Həm də bir yerdə yox, respublikanın ən böyük şəhərlərində və rayonlarında.Qalibi olduğu tender prosedurlarından da göründüyü kimi “Ximekspress 2000 Firması” bir yerdə dam örtüyü dəyişir,bir yerdə yol çəkir digər bir yerdə əkin materialları və gübrələr alır.Hansı ki.bütün bunlar “Satınalmalar Haqqında” qanunun tələblərinə ziddir.Belə ki,bütün tender prosedurlarında podratçının ixtisas göstəricilərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsində müəyyən olunmuş tələblərə riayət edilməməsi açıq-aydın görsənir.Bəs görəsən qanunun tələblərini pozmağa bu firmaya kimlər şərait yaradır? Birinci İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti.İkincisi isə sifarişçi dövlət təşkilatları.O maraqlıdır ki,Eldar Əzizov,Zakir Fərəcov və Niyazi Bayramov üçlüyü ilə daim işbirliyi quran bu firmanın arxasında duran,Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətini belə yönləndirə bilən güc kimdir?Adlarını sadaladığımız İcra başçıları yeri gələndə bu gün güc nümayiş etdirirlər.Bəs onların gücünə güc qatan kimlərdir?/Aktualinfo.org


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazir nurçu rektora xəbərdarlıq etdi

    Nazir nurçu rektora xəbərdarlıq etdi ...

    17-04-2014, 10:05

  • 
  • Qobustan RİH-də maliyyə pozuntuları aşkarlandı

    Qobustan RİH-də maliyyə pozuntuları aşkarlandı ...

    2-03-2016, 12:46

  • 
  • ​Dövlət büdcəsinin 75 milyon manatını kimlər və necə talan edib? – HESABLAMA PALATASINDAN AÇIQLAMA

    ​Dövlət büdcəsinin 75 milyon manatını kimlər və ...

    28-04-2020, 15:07

  • 
  • Bərdə Rayon Mərkəzi Xəstəxanasının fəaliyyətində nöqsanlar aşkar edildi

    Bərdə Rayon Mərkəzi Xəstəxanasının fəaliyyətində ...

    19-07-2019, 16:23

  • 
  • Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində büdcə talanı

    Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə ...

    9-05-2014, 11:48


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu