Mehriban Vəzirin “Cümhuriyyət qadınları: xidmətlər, aqibətlər” kitabında Cümhuriyyətimizin quruculuğunda isti¬rak etmiş, cümhuriyyət şüurunun formalaş¬masında mühüm rol oynamış, dövrünün görkəmli ictimai xadimləri – Şəfiqə Əfəndizadə, Həmidə xanım Cavanşir, Xədicə Qayıbova, Ummugülsüm, Xədicə xanım Əlibəyova haqqında yazıları toplanmışdır.
Məqalələrdə bu möhtəşəm qadınların Cümhuriyyət ideyalarına, milli tərəqqiyə xid¬mət¬ləri və sovet repressiyasının onlara yaşatdığı aqibətlər diq¬qətə çəkilir. Eləcə də bu böyük xidmətlər qarşılığında hələ də yerinə yetirilməyən ictimai borclarımızdan bəhs edilir. Kitab 1920-ci ildə, düz 100 il öncə süquta yetirlmiş Azərbaycan Cümhuriyyətinə, Cümhuriyyət quruculuğunda qadın iştirakçılığına həsr edilib. Əlbəttə, Cümhiriyyət iştirakçısı olan xanımlarımızın sayı bir kitaba sığacaq qədər deyil… çoxdur. Bu siyahı təkcə Cümhuriyyət quruculuğunda iştirak edən qadınlarla yetinmir, sırada hələ 1917-ci ildən qadınların seçkilərdə iştirakı üçün çalışan, bu haqqı əldə edən, Cümhuriyyət dövründə isə qanuniləşdirilməsinə səbəb olan qadınlarımızın da adı var. Cümhuriyyətə maarifçiliklə, xeyriyyəçiliklə, təhsilin ictimailəşdirilməsi ilə xidmət edən qadınlarımız da inkişaf tariximizdə mühüm yer tuturlar. Onlardan çoxunun adı hələ də kölgədə qalmaqdadır.
Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi İctimai Birliyinin sədr müavini Leyla Kərimova qeyd edir ki:
Təşkilatımızın qadın inkişafına, qadın ictimai fəaliyyətinə həsr etdiyi növbəti kitab olan “Cümhuriyyət Qadınları: xidmətlər… aqibətlər…” kitabını silsilə etmək fikrindəyik. Yenicə nəşrdən çıxmış bu kitabımıza dövrün ictimai xadim qadınlarının milli tərəqqiyə xid¬mət¬ləri və sovet repressiyasının onlara yaşatdığı aqibətlər diq¬qətə çəkilir. Eləcə də bu böyük xidmətlər qarşılığında hələ də yerinə yetirilməyən ictimai borclarımızdan bəhs edilir. Cümhuriyyət yolunda, maarifçilik tərəqqi yolunda xidməti olan bütün qadınların həyat və fəaliyyətini araşdırmaq və ictimaiyyətə təqdim etmək kimi arzularımız var… bu arzuları gerçəkləşdirmək üçün addım-addım yürüməkdəyik…
Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi İctimai Birliyinin “Cümhuriyyət Qadınları: xidmətlər… aqibətlər…” adlı layihəsi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə dəstək Şurası tərəfindən dəstəklənmişdir. Layihə 100 il əvvəl baş verən milli faciə – Cümhuriyyətimizn süqutu və bu yolda yürüyən qadınların xidmətlərinə və aqibətlərinə həsr edilmişdir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?