GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bələdiyyə sədrinin müavini əlil vətəndaşa necə fiziki təsir edib polisdə saxlatdırdı ?- İDDİA/FOTO

Bələdiyyə sədrinin müavini əlil vətəndaşa necə fiziki təsir edib polisdə saxlatdırdı ?- İDDİA/FOTO

Tarix: 19-01-2021, 18:39 Bölmə :Cəmiyyət Baxış: 339
Bələdiyyə sədrinin müavini əlil vətəndaşa necə fiziki təsir edib polisdə saxlatdırdı ?- İDDİA/FOTO


Biz öz milli – mənəvi , əxlaqi və bəşəri dəyərlərimizə görə dünyanın ən qabaqcıl və tolerant xalqlarından biri hesab olunuruq. Və biz öz milli xüsusiyyətlərimizə,adət-ənənənələrimizə, insanlara qarşı münasibətimizə və deyərdim ki, yaxşılıq, xeyirxahlıq,qonaqpərvərlik, nəciblik və.s kimi insani xüsusiyyətlərimizə görə daha çox üstünlük təşkil edirik.Dünyanı gəzib dolaşan və zəngin həyat təcrübəsinə malik olan insanlar bunun həqiqət olduğu qənaətində və daha artıq keyfiyyətlərə sahib olduğu fikrindədirlər.Ölkəmizə gələn xarici qonaqlar və respublikamızın vəziyyəti ilə yaxından tanış olan insanlar bu barədə səmimiyyətlə,fərəhlə danışır və hətta heyrətləndiklərini bildirirlər.

Bələdiyyə sədrinin müavini əlil vətəndaşa necə fiziki təsir edib polisdə saxlatdırdı ?- İDDİA/FOTO


Hər bir Azərbaycan ailəsinin ayrıca qonaq otağı olduğunu biləndə təəccüblənir və qeyri-ixtiyari əllərini göyə qaldırırdılar.Biz öz milli mentalitetimiz,insani keyfiyyətlərimiz,əxlaqımız,namusumuz,qeyrətimiz,saflığımızla həmişə hər yerdə seçilmişik.Amma təəssüf ki, bu,bəzən belə olmur.Elə insanlar olur ki,bütün bu dəyərlərin üstündən xətt çəkib insanlıq adına yaraşmayan,ona ləkə gətirən hərəkətlərə yol verirlər.Hətta BMT-nin Baş Məclisində hüquqları müdafiə olunan əlil insanları alçaltmaqdan,təhqir etməkdən və fiziki təsir göstərməkdən belə çəkinmirlər.Unutmaq olmaz ki,cəmiyyətimizin ən həssas təbəqəsi sayılan və qayğıya möhtac olan fiziki qüsurlu insanların daim diqqət və qayğıya böyük ehtiyacı var.Taleyinə əlillik payı düşmüş bu cür insanlara münasibət daha böyük diqqət və həssaslıq tələb edir.Əlillərin ehtiyacını başa düşmək,onların ləyaqət,hüquq və rifahına ehtiramla yanaşmaq,həmçinin bu məhdud imkanlı insanları siyasi, sosial və mədəni həyata cəlb edərək onların cəmiyyətimizin həyatında iştirakına layiq olduğunu göstərmək çox vacibdir.

Bələdiyyə sədrinin müavini əlil vətəndaşa necə fiziki təsir edib polisdə saxlatdırdı ?- İDDİA/FOTO


Respublikamız müstəqillik qazandıqdan sonra əlil olan şəxslərin sosial, maddi və mənəvi təlabatlarının ödənilməsi dövlət siyasətinin formalaşdırılması və inkişaf etdirilməsi hələ Ümummili Lider Heydər Əliyev tərəfindən başlanılıb.Heydər Əliyev əhalinin sosial müdafiəyə xüsusi ehtiyac duyan təbəqələrindən olan yeni iqtisadi şəraitdə mənafelərinin qorunmasını,onların sosial rifahının təmin olunmasının dövlət qarşısında mühüm vəzifələrdən biri kimi müəyyən etmişdir. O,demişdir:”İnsanların,dövlətin,cəmiyyətin fiziki,ruhi cəhətdən müəyyən məhrumiyyətlərə uğramış adamlara qayğısı həmişə,hər zaman yüksək səviyyədə olmalıdır.”

Bələdiyyə sədrinin müavini əlil vətəndaşa necə fiziki təsir edib polisdə saxlatdırdı ?- İDDİA/FOTO


Bəs əslində necədir?Doğrudanmı Ulu Öndər Heydər Əliyevin dediyi kimi cəmiyyətimizin hər yerində,dövlət qurumlarında və təşkilatlarda fiziki qüsurlu insanlarımıza böyük diqqət və qayğı ilə yanaşırlar,onların istək və arzuları yerinə yetirilir? Redaksiyamıza gələn şikayət məktublarından görünür ki, bu heç də belə deyil.İnsanları incitməkdən zövq alan,onları get-gələ salan pay,şirinlik,haqq-hesab uman,hətta təhqir etməkdən və alçaltmaqdan belə çəkinməyən adamlar və məmurlar da var.Onlardan biri də Abşeron rayon Aşağı Güzdək kənd bələdiyyəsinin( hazırda ) sədr müavini Tural Rzabəy oğlu Ağaməmmədovdur. Şəxsi maraq hissləri rüşvətxorluğa yuvarlanan Tural Ağaməmmədovun gözlərini elə bağlayıb ki, o hətta ikinci qrup əlil Taleh Mais oğlu Mecdunovu təhqir etməkdən,fiziki təsir göstərməkdən və hətta polisə verib günahsız yerə bir neçə saat orda saxlatdırmaqdan belə çəkinməmişdir.Bəs əslində vəziyyət necə olmuşdur? Qobustan rayon Nobur kənd sakini ;2-ci qrup əlil Taleh Mais oğlu Mecdunuv Dogruxeber.az informasiya agentliyinin redaksiyasına yazdığı məktubda Abşeron rayon Aşağı Güzdək bələdiyyəsinin sədr müavini Tural Ağaməmmədovun neqativ hallarından yazır.Məktubu olduğu kimi hörmətli oxucuların diqqətinə çatdırırıq.

Bələdiyyə sədrinin müavini əlil vətəndaşa necə fiziki təsir edib polisdə saxlatdırdı ?- İDDİA/FOTO


Taleh Mecdunov yazır:”Mən 2018-ci ildə torpaq almaq üçün Abşeron rayon Aşağı Güzdək Bələdiyyəsinin sabiq sədri Mahizər Şirəliyevanın yanına getdim,ikinci qrup əlil olduğumu və kirayə qaldığımı deyib 2 sot torpaq ayırmasını xahiş etdim.O,əvvəl söz versə də səhəri günü mənə heç bir kömək edə bilməyəcəyini bildirdi.Sonra mən Abşeron rayon Aşağı Güzdək İcra nümayəndəsi Akif Şükürovun yanına getdim.Ailə vəziyyətimi danışandan sonra Aşağı Güzdək bələdiyyəsində torpağa -tikintiyə nəzarət şöbəsinin əməkdaşı Tural Ağaməmmədovun yanına çağıraraq mənə 2 sot torpaq ayırmasını bildirdi.Bir həftə sonra Tural Ağaməmmədov Aşağı Güzdək gölünün yaxınlığında tikintiyə yararsız bir yeri göstərəndə etiraz etdim.Xahiş elədim ki,digər müvafiq bir yerdən torpaq ayırsın.O,Preküşkül qəsəbəsində yaşayan Rasim adlı bir şəxsə zəng vuraraq bildirdi ki, 2-ci qrup əlil göndərir, ona 2 sot torpaq sahəsi ayırsın.”

Məktub uzun olduğu üçün hörmətli oxucuları yormaq istəmirik.Beləliklə, Tural Ağaməmmədov 2-ci qrup əlili get-gələ saldı.Axırda yaxın adamı olan Nicat Əlizaman oğlu Quliyevin vasitəsilə 500 manat pul alsa da sonradan Nicatı tanımadığını və ona şər atdığını bildirərək 2-ci qrup əlili təhqir etməkdən, fiziki təsir göstərməkdən və bir gün polis şöbəsində saxlatdırmaqdan belə çəkinmədi.Əlacsız və köməksiz qalan Taleh Mecdunov 102-yə zəng edir,nəticədə Abşeron Rayon Prokuroru işə qarışır. T.Mecdunovun sözlərinə görə Prokurorluqda ona bildirilib ki,T.Ağaməmmədov barəsində etdiyi şikayət ərizəsin geri götürsə ona 3 sot sənədli torpaq veriləcək. Təbii ki,bu təklif ara vasitəçisi ilə T.Ağaməmmədov tərəfindən edilmişdir. T.Məcdunov sənədli torpağa sahib olacağına tam əmin olduğu üçün,T.Ağaməmmədov haqqında etdiyi şikayət ərizəsini geri götürür. Sadə,fəqir və əlil T.Məcdunov haradan bilsin ki,ona verilən sənəd saxta sənəd olacaq. Nəhayət ki,Prokuror Rahib Seyidovun köməkliyi ilə vədd olunmuş 3 sot torpaq versələr də sonradan məlum olur ki,verilən sənəd saxtadır. Hər yerdən əlim üzüldü. Taleh Məcdunov yazır:” Axırda əlacsız qalıb BirinciVitse- prezidentMehriban Əliyevanın katibliyində qəbulda oldum.Müraciətimə əsasən məni Abşeron Rayon İcra hakimiyyətinin başçısı İradə Gülməmmədovanın yanına göndərdilər.O,mənə verilən 3 sot torpağın sənədinə baxanda dedi ki,bu sənəd əsasızdir,bələdiyyə səni aldadıb.Sonra mən Abşeron Rayon Aşağı Güzdək kənd İcra nümayəndəsi Akif Şükürovun yanına gedib məsələni ona dedim.O,baxmaq adı ilə torpağa aid verilən saxda sənədlərin əslini alıb özündə saxladı. Amma bilmədi ki,həmin sənədlərin sürəti məndə var . İndi tək ümid yerim sizing redaksiyadır ki,mənim məsələmi işıqlandırıb,aidiatı qurumlara səsimi çatdırasınız.”

Bələdiyyə sədrinin müavini əlil vətəndaşa necə fiziki təsir edib polisdə saxlatdırdı ?- İDDİA/FOTO


Bax belə,üçüncü ildir ki,heç yerdə işləməyən,2-ci qrup əlil göydə Allah,yerdə dövlətin qayğısı ilə 5 nəfər ailə üzvü ilə kirayədə yaşaya-yaşaya 2 sot torpaq almaq üçün sözün həqiqi mənasında abırdan-həyadan,dəridən-qabıqdan çıxır.O,abırdan-həyadan,dəridən-qabıqdan çıxsa da neçə illərdir ona əzab verən,yollarda qoyan,süründürən,get-gələ salan,pul istəyən,sonra danan adamlar,əyrilər,rüşvətxorlar utanmadan,heç bir əzab çəkmədən,öz əməllərini davam etdirirlər.Tural Ağaməmmədov onu get-gələ salmaqla,incitməklə təkcə özünün iş metodunu və mənəvi dəyərlərini sərgiləmir,eyni zaman da zəncirvari şəkildə Aşağı Güzdək bələdiyyə sədrini,kənd İcra nümayəndəsinin iş prisiplərini ortaya qoyur.Və istər -istəməz oxucuları düşündürən suallar meydana çıxarır: Bəs bu iki ildə bələdiyyə sədri bir dəfə maraqlanıb soruşmur ki,Tural,ikinci qrup əlili niyə bu qədər incidirsən? Kənd İcra nümayəndəsi onun sözünü demək,yardım etmək əvəzinə əsassız hesab olunan sənədləri alıb özündə saxlamaqla nə demək istəyir? Bütün bunların səbəbkarı Turaldırmı?

Çox güman ki, biz bu mövzuya bir də qayıtmalı olacağıq.Amma indi bir məsələni diqqətə çatdırmaq istəyirik ki,əlilliyi olan şəxslər,o cümlədən sağlamlıq imkanları məhdud olan insanlar Azərbaycan Qanunvericiliyində,BMT Baş Məclisinin qəbul etdiyi Əlillərin Hüquq Bəyannaməsində təsbit olumnuş bütün sosial-iqtisadi, siyasi,şəxsi hüquq azadlıqlarına malikdir.Əlilliyi olan şəxslərin sosial və maddi təminatının gücləndiriməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Hər bir səlahiyyətli şəxs bilməlidir ki,Ümumilli Lider Heydər Əliyev tərəfindən əlilliyi olan insanlara diqqət və qayğının 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsi və bu təbəqədən olan vətəndaşların maddi-rifah halının yaxşılaşdırılmasına xidmət edən tədbirlərin gücləndirilməsinə hər il şərait yaradılır.Cənab Prezident İlham Əliyev çıxışlarının birində tezis kimi demişdir:”Hər bir vətəndaş bizim üçün qiymətlidir,dəyərlədir.Fiziki cəhətdən qüsurlu və əlil insanlar isə xüsusi qayğıya layiqdirlər və biz həmişə çalışmalıyıq ki,bunu yerinə yetirək.”

Əlilliyi olan insanlara qarşı xüsusi diqqət və qayğı hər bir kəsin və xüsusi ilə də dövlət məmurlarının borcu və vəzifəsidir. Onların cəmiyyətə inteqrasiyasını təmin etmək , mövcud komplekslərdən qurtarmalarına nail olmaq, eləcə də problemlərini həll etmək cəmiyyətimizin, hər bir məsul şəxslərimizin qarşısında duran ən vacib məsələlərdən biridir. Unutmaq olmaz ki, onların cəmiyyətdə digər insanlarla bərabərhüquqlu yaşamaq haqqı var və bu, onlar üçün çox vacibdir. Əlillərə göstərilən ən böyük qayğı onların ünvanlığını təmin etməkdir.
Biz çox istərdik ki,bu yeni ildə Aşağı Güzdək kənd bələdiyyəsində onlara üz tutan, müraciət edən 2-ci qrup əlil Taleh Mecdunova olan münasibət dəyişilsin.Ona 2-cə sot torpaq verib sevindirsinlər.Bu Allaha da xoş gedər,bəndəyə də.

P.S. Diqqətinizə çatdırmaq istəyirik ki,məsələ ilə bağlı redaksiyamız tərəfindən Tural Ağaməmmədolla telefon əlaqəsi saxlanıldı. Amma əfsuslar olsun ki,Tural Ağaməmmədov müxtəlif bəhanələrlə məsələyə münasibət bildirmədi.
Redaksiya hər kəsin söz haqqını tanıyır.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Milli Şura üzvü İbrahimbəyovu “ermənipərəst” adlandırdı

    Milli Şura üzvü İbrahimbəyovu “ermənipərəst” ...

    29-07-2013, 13:52

  • 
  • Abşeron rayon Aşağı Güzdək Bələdiyyəsinin Sədr müavini 2-ci qrup əlil vətəndaşa fiziki təzyiq gösdərdi: Saxta sənlədlər və korrupsiya halları-İddia

    Abşeron rayon Aşağı Güzdək Bələdiyyəsinin Sədr ...

    31-12-2020, 16:41

  • 
  • Azərbaycanlılar dünyanın ən qaradinməz xalqlarından biri elan olundu

    Azərbaycanlılar dünyanın ən qaradinməz ...

    27-08-2015, 23:16

  • 
  • Dünyanın ən zənginləri 127,4 mlrd. dollar itirdi

    Dünyanın ən zənginləri 127,4 mlrd. dollar itirdi ...

    27-06-2016, 13:05

  • 
  • Milli Şura parlament, Baş Prokurorluq və MSK-ya müraciət edib

    Milli Şura parlament, Baş Prokurorluq və MSK-ya ...

    2-07-2013, 15:38


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (511)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu