GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » URMİYA HÖVZƏSİNDƏ VƏ NAXÇIVANDA PROTOŞƏHƏR MƏDƏNİYYƏTİNİN XÜSUSİYYƏTLƏRİ

URMİYA HÖVZƏSİNDƏ VƏ NAXÇIVANDA PROTOŞƏHƏR MƏDƏNİYYƏTİNİN XÜSUSİYYƏTLƏRİ

Tarix: 5-04-2021, 09:44 Bölmə :Cəmiyyət Baxış: 635
URMİYA HÖVZƏSİNDƏ VƏ NAXÇIVANDA PROTOŞƏHƏR MƏDƏNİYYƏTİNİN XÜSUSİYYƏTLƏRİ


Sivilizasiya əsas şərti kimi qəbul edilən şəhərlərin tarixi qədim Azərbaycan tarixində Orta tunc dövrünə aid edilir. Latın dilindən götürülmüş "sivitas" sözünün mənası "şəhər" deməkdir. Dövlətçilik tariximizin başlanğıcı sayılan Manna dövlətinin formalaşdığı Urmiya gölü hövzəsində 1930-cu illərdən başlayan arxeoloji qazıntı işləri burada qədim şəhər mədəniyyətinin izlərinə rast gəldi. Naxçıvan qazıntıları e.ə.III-II minilliklərdə Naxçıvanda şəhərsalma mədəniyyətinin meydana gəlməsini müəyyən edir. Oturaq həyat tərzinə keçən əkinci-maldar icmaların həyatında yeni əlamətdar hadisə ilk daimi yaşayış məskənlərinin Urmiya hövzəsində bu tarixi proses e.ə VI minillikdən başlayır. Hövzənin ilk sakinləri yaşadıqları coğrafi arealın fərqli xüsusiyyətlərinə görə müxtəlif mədəniyyətlərə sahib idilər. Urmiya hövzəsində yaşayan əhalinin yaşayış tərzini müəyyən edən əsas cəhət müxtəlif mədəniyyətlərin inteqrasiyası olmuşdur [11]. Amerika arxeoloqları Sulduz-Uşnu vadisində ilk məskunlaşmanı Mərkəzi Zaqrosda yerləşən Təpə Asiab, Təpə Quran, Təpə Sarab (və yaxud Təpə Söhrab) və Çoğa-Mərən kimi Neolit düşərgələrinin sakinlərinin şimala miqrasiyası ilə əlaqələndirirlər [13, pp.63-108].
Sulduz vadisində məskunlaşmanın ilk nümunələri Hacı Firuztəpə adlanan ərazidə qeydə alınıb [17, pp. 230-233]. Arxeoloji qazıntılar nəticəsində buradamüxtəlif formalı bəzəksiz keramika fraqmentləri, dini mərasimlərdə istifadə olunan qadın heykəlcikləri aşkar edilmişdir. Yaşayış yerinin ikinci qədim mədəni təbəqəsindən boyalı qab nümunələri, daş dən əzənlər, sümükdən hazırlanan əşyalar və s. tapılmışdır. Radiokarbon analizlərinə əsasən bu təbəqə e.ə. 5184/82 və ya e.ə. 5297/71-ci illərlə tarixlənir. Təbəqədən enolit dövrü üçün səciyyəvi olan artefaktlar tapılıb və onlar Təpə Sarab və Carmodan tapılan analoji nümunələrlə çox oxşardır. Əsasən qəhvəyi və sarı rənglərdə olan saxsı qabların hazırlanmasında samandan da istifadə olunurdu. Düzbucaqlı formalı tikililərin döşəməsində əhəng daşından istifadə edilmişdir. Əşyalarla dəfn olunma axirət dünyasına inamla bağlı idi. Qazıntılar zamanı anbar məqsədi ilə istifadə olunan tikilinin qalıqları arasında 6 litr tutumlu 6 ədəd saxsı qab tapılmışdır. Küplərdəki üzüm sirkəsinin əlamətləri əsasında çaxır hazırlandığı sübuta yetirilmişdir; bu bəşər tarixində ilk hadisə kimi dəyərləndirilir [12, pp.2954, 2967; 14, pp.67, 69].
Yanğın izləri nəticəsində Hacı Firuztəpənin hərbi əməliyyatlar nəticəsində dağıldığı güman olunur. Radiokarbon analizlərinin nəticəsinə əsasən bu hadisə e.ə. 5152-ci ilə aid edilir. Məzarlıqdan 28 insana aid sümüklər, sadə saxsı qab qalıqları, kiçik qadın heykəlləri, çaxmaqdaşından hazırlanan nizə ucluqları və mübadilə zamanıəmtəələrin növünü və sayını müəyyən etmək üçün istifadə olunan müxtəlif həndəsi formalı tokenslər tapılmışdır [9, с.74].
Sulduz vadisinin Eneolit dövrünə aid məskənlərindən biri də Dəlmətəpədir (Həsənlidən 5 km cənub-qərbdə). Burada çaxmaqdaşından istifadənin ilk əlamətlərinə rast gəlinmişdir. Yaşayış yerinin mərkəzində yerləşən təsərrüfat məqsədli quyularda ərzaq saxlamaq üçün istifadə olunurdu. Tapılan sadə formalı saxsı qablar Hassun mədəniyyətinin aid nümunələrilə, üzəri naxışlarla bəzədilmiş saxsı qablar isə Xələf mədəniyyətinin analoji məmulatı ilə eynilik təşkil edir. Lakin boyalı keramika nümunələri arasında müəyyən fərqlərdə nəzərə çarpır. Radiokarbon analizinin nəticəsinə əsasən saxsı qabların tarixi e.ə.4087/36-cı ilə aid edilir[12, p.2967;13, pp.111-127; 14, p.73, 79, 104;9, с.72-73]. Təbriz yaxınlığında yerləşən Bəsməncan və Bostanabaddan, Mərənd ətrafı yaşayış yerləri olan Kültəpə, Təpə Parpar, Təzəkənd və Livarda da enolit dövrünə aid naxışlı qab nümunələrinə rast gəlinmişdir [15, ss.19, 23, 33, 38-39].
Salmas düzündə yerləşən (Urmiya gölünün şimalında) Əhrəncantəpədə Eneolit dövrünə aid bir abidə tapılmışdır [18, pp.7-17]. Göldən cənubda yerləşən Pişdəlitəpədə aşkar olunan bəzi nümunələr Ubeyd mədəniyyətinin yayıldığı ərazilərdə də qeydə alınıb [10, с.121-122]. Piştəlipənin ən qədim keramika nümunələri Hacı Firuztəpədə tapılan boyalı və həndəsi naxışlarla bəzədilən keramika nümunələri ilə oxşardır. Piştəlipədən tapılan bəzi qablar üzərində qabartma üsullu dairələr olmasına görə orjinallığı ilə diqqət çəkir. Abidə e.ə. IV əsrin ikinci yarısına aid edilir. [12, pp.2956, 2967, figs.1025, 1026]
Ümumiyyətlə, Ubeyd mədəniyyəti üçün səciyyəvi olan qablar Urmiya hövzəsində geniş yayılmışdı. İlk dəfə bu tip artefaktlara T.Barton-Braun 1948-ci ildə Göytəpədə arxeoloji qazıntılar aparan zaman "N" və "M" təbəqələrində rast gəlmişdir. Burada möhrədən olan divar qalıqları, kömürləşən arpa dənələri, gildən hazırlanan sapand daşları və ev heyvanları formasında fiqurlar, kəsici alətlər, gildən düzəldilmiş möhür nümunələri tapılmışdır.
XX əsrin 60-cı illərində Çarlz Barneyin rəhbərliyiilə ABŞ arxeoloji ekspedisiyası Yanıqtəpədə qazıntılar aparılmışdır. Bu zaman Eneolitin son dövrlərinə aid 6 təbəqə tapılmışdır. Ən qədim təbəqədə insan sümükləri ilə yanaşı, gildən və alebastrdan düzəldilmiş qab nümunələri, qolbaqlar, sümük qıyıqlar, dəvəgözüdən hazırlanmış kəsici alətlər aşkar edilmişdir. Əhali eneolit dövrünün sonundan bu ərazini tərk etmiş və Erkən Tunc dövrünün əvvəllərində yenidən buraya qayıtmışlar.
XX əsrin 60-70-ci illərində Alman arxeoloqları tərəfindən aparılan araşdırmalarda Meşkin, Xalxal və Ərdəbil yaxınlığında Orta Tunc dövrünə aid yaşayış məskənlərinə rast gəlinmişdir [15, s.48-58, 70].
1966-1969-cu illərdə Alman arxeoloqlarının Se Girdan adlanan ərazidə (Dinhətəpə yaxınlığında) kurqan abidələrinin qazıntıları apardıqları qazıntılarda narıncı və boz rənglərdə keramika qalıqları, bəzi məzarlardan mis bəzək əşyaları tapılmışdır. Bu artefaktlar Arslantəpənin VII təbəqəsindən (Şərqi Anadolu)və Qafqazda (Maykop ve Leçinkay) müvafiq qatlarından tapılan erkən kurqan abidələrinin materialı ilə oxşarlıq təşkil edir. E.ə. IV minilliyə aid olan bu tip kurqanlara İran yaylasının digər ərazilərində rast gəlinməmişdir [7, s.39-40]. Xudafərin yaylasında yerləşən Səramlı, Darağacı, Dormishkanlı, Kulitəpə, Köhnətəpə və Köhnə Pəsgahtəpəsi kimi məskənlər eneoloton sonlarına aid olunur [16].
Urmiya ətrafında tapılan maddi mədəniyyət nümunələri burada mövcud olan protoşəhərlərin Naxçıvan ərazisinin ilk cəmiyyətləri ilə ticarət əlaqələri saxladığını sübut edir. Çox güman ki, Urmiya hövzəsində qədim mədəniyyət və təsərrüfat həyatının mövcud olması Azərbaycanda digər qala-şəhər tipli yaşayış yerlərinin yaranmasına təsir etmişdir. Eneolit dövründə hövzədə iki müxtəlif etnik birlik məskunlaşmış və bir-biri ilə sıx əlaqədə olmuşdur. Bu qruplardan biri Qarabağın aran hissəsinə və Mil düzünə (Kamiltəpə və Əliköməktəpə) köçmüşdür.
E.ə. IV minilliyin ortalarında Urmiya hövzəsinin və Arazboyu məskənlərin ictimai həyatında yeni mərhələ – Tunc dövrü başlayır. Bu dövrün erkən şəhər tipli məskənləri naxçıvan abidələri ilə təmsil olunub. Orta tunc dövründə Naxçıvan iqtisadi, mədəni cəhətdən inkişaf etmiş şəhər kimi tanınırdı. Yaşayış yerlərinin bir-birinə yaxın bir neçə təpələrdə salınması onların bir patriarxal ailəyə mənsub olduğunu sübut edir. Buradakı bəzişəhərlər 10 hektardan çox ərazini əhatə edirdi. Bu ilkin şəhərlərin mərkəzi hissəsi Mesopotamiyanın qədim şəhərləri kimi müdafiə divarları ilə əhatələnmişdir.
İlk protoşəhərlərdən biri Naxçıvandan 12 km şimalda, Yuxarı Uzunoba və Didivar kəndlərinin qonşuluğunda, Cəhriçayla Naxçıvançayın birləşdiyi ərazidə yerləşir. Yaşayış yerinin salamat qalan hissəsi və ətraf əraziləri çayların qovşağından şimalda olub, hər iki yandan çay terrasları ilə sərhədlənir. II Kültəpənin Orta, Son Tunc və İlk Dəmir dövrü mədəni təbəqələri qala-şəhərin yaranması və təkamülü dövrünə təsadüf edir. Orta tunc dövrü təbəqəsində dörd tikili qatında 3,6-4 m dərinlikdə qala divarlarının bünövrəsi, yaşayış binalarının, təsərrüfat tikililərinin qalıqları aşkar olunmuş və bu dövrün ilk inkişaf mərhələsinə aid zəngin materiallar toplanılmışdır. Qala divarlarının bünövrələri ilk tunc dövrü təbəqəsi üzərində qurulmuşdur [4, s.36-39]. Qala divarları bir qədər uzunsov beşbucaqlı plana malikdir və kvadrat formalı beş bürclə möhkəmləndirilmişdir. Qalaya giriş qapısı nisbətən iri daş bloklardan, istehkam divarları isə yüksək keyfiyyətli müxtəlif ölçülü kərpicdən tikilmişdir. II Kültəpənin ilk narınqala divarları e.ə. XVIII əsrədək saxlanılmışdır [4, s.43]. V.H.Əliyev narınqalanın dəqiq stratiqrafiyası, tikili laylarının arxeoloji materiallarının müqayisəli elmi tədqiqi əsasında II Kültəpə qala-şəhərində Orta Tunc dövründə mühüm sosial-ictimai dəyişikliklər baş verdiyini müəyyənləşdirmişdir. E.ə. III minilliyin ikinci yarısında II Kültəpənin ictimai həyatında mülki bərabərsizlik yaranmışdır. Yaşayış yerinin varlılara məxsus olan sahəsində müdafiə divarının qalınlığı 15 m təşkil edir. [5, s.43]. Naxçıvanda qalatikmə memarlığının e.ə. II minilliyin əvvələrində meydana gəlməsi ilk dəfə II Kültəpədə qədim şəhər mədəniyyətinin yaranması ilə bağlıdır. [5, s.162].
I Maxta Kültəpəsi yaşayış yeri müasir Maxta kəndi yaxınlığında, Şərur şəhərindən 5 km şimal-qərbdə yerləşir və 0,78 ha sahəni əhatə edir. Erkən Tunc dövründə məskunlaşan abidədə mədəni təbəqənin qalınlığı 4 m-dir. Yaxınlıqdakı Qarabulaq adlı dağətəyi ərazidə alçaq təpəciklərin üzərində kurqan abidələri yerləşir. 1988-ci ildə aşkar edilmiş kurqanların beşində Son Tunc dövrünə aid saxsı məmulatı və bəzək əşyaları üzə çıxarılmışdır [2; 4].
Naxçıvan ərazisində şəhər mədəniyyətinin ilk nümunələrindən olan Şahtaxtı yaşayış məskəni e.ə. III minilliyin ortalarından protoşəhər kimi mövcud olmuşdur. Protoşəhər mədəniyyətinin öyrənilməsində vacib sayılan abidələrdən biri də Oğlanqaladır. Oğlanqala Şərur rayonu ərazisində, Arpaçayın sağ sahilində, strateji cəhətdən əlverişli ərazidəyerləşir. Hələ Eneolit-İlk Tunc dövrlərində Arpaçay vadisinin bu dağətəyi düzənlik ərazisində Naxçıvanın qədim oturaq əkinçi-maldar tayfaları sıx məskunlaşmışlar. Onların mühüm yaşayış məskənlərindən biri Ovçular təpəsində salınmışdır [3, s.334]. Burada salınmış yaşayış yerinin müdafiə divarları ilə möhkəmləndirilməsi tayfalararası toqquşmaların göstəricisi hesab oluna bilər. Oğlanqalanın şəhər-dövlət və paytaxt olması haqqında mülahizələr vardır. Qala divarlarının tikintisində uzunluğu 1,5-3 metr, eni 1 metrdən artıq olan kobud yonulmuş daşlardan istifadə olunmuşdur. Siklop tikililər sırasına daxil edilən bu abidə Aşşur qabartmalarındakı dağ qalalarını xatırladır. Oğlanqalanın mərkəzi hissəsində 70x100 metr sahədə Narınqala inşa edilmişdir. Qala divarlarının bəzi yerlərdə 4 cərgə üst-üstə düzülmüş tikililəri günümüzədək qalıb. Qala bürcləri bəzi yerlərdə iki yarımdairəvi tikililərlə məhdudlaşdırılmışdır [3,s. 37]. Oğlanqala ərazisində aparılan arxeoloji qazıntılar nəticəsində saray qalıqlarına, dini-inzibati mərkəz olan tikiliyə rast gəlinmişdir. Qalanın mərkəzi hissəsində yerləşən saray tikilisində aparılan qazıntılar nəticəsində üzərində mixi işarələr olan təsərrüfat küpü tapılmışdır. Tədqiqatçılar C14 arxeoloji analizin nəticəsinə əsasən Oğlanqalanın xronoloji çərçivəsini e.ə. 1200-800-cü illər kimi qeyd edirlər. Bu Oğlanqalanın müstəqil dövlətin mərkəzi kimi mövcud olduğu dövrdür [2].
Naxçıvan şəhərlərinin quruluşunda əsaslı dəyişikliklər e.ə II minilliyin sonlarında meydana gəlir. Sumbatan-dizə qədim şəhər yeri eyni adlı dağın zirvəsini, Düzdağla Dəyirman dağı arasında yerləşən Süleyman və Rəsul dərələrini əhatə edir. Şəhər yerinin ümumi sahəsi 20 hektardan artıqdır. Şəhərin çiçəklənmə dövrü e.ə. I minilliyin birinci yarısına düşür. Şəhər yerində yaşayış evləri, müdafiə divarları və inzibati binaların qalıqları ilə yanaşı üç nekropol da aşkar edilmişdir. 2008-ci ildə aparılan arxeoloji tədqiqatlar nəticəsində abidənin çoxtəbəqəli olması məlum oldu və yaşayış yerinin yaxınlığında kurqanlar aşkar edildi [7, s.52].
Qədim yaşayış yerlərinin protoşəhər tipli olmasını sübut edən bir sıra amillər vardır. Yaşayış məskənlərini əhatə edən sahə, əhalinin sayı və sıxlıq xüsusiyyəti, sənətkarlıq sahələri ilə məşğul olan əhalinin xüsusi məhəllələrə sahib olması, yaşayış yerlərinin ətrafına müdafiə divarının çəkilməsi, ətraf ərazilərlə ticarətin mövcud olması və digər komponentlər protoşəhərlərin əsas göstəriciləridir [6]. Müdafiə divarı Göytəpə yaşayış yerindəhələ Eneolitin ilkin mərhələsini əks etdirən təbəqədə aşkar edilib. Bu tip və ya buna oxşar başqa yaşayış yerlərini şəhər hesab etmək olarmı? Bununla bağlı bir sıra mülahizələr mövcuddur. Məsələn, hesab edilir ki 100-ə qədər əhalinin məskunlaşdığı yaşayış yerlərini mövsümü düşərgə, xırda kəndlər kimi xarakterizə etmək olar. Əhalisi 1000 nəfərə qədər olanları daimi kəndlər, 1000-nəfərdən çox olanları şəhərcik və ya "protoşəhər" kimi qəbul etmək mümkündür. Azərbaycanın qədim şəhərləri əvvəlcədən düşünülmüş plan əsasında deyil, yaşayış yerlərinin inkişafı və genişlənməsi nəticəsində yaranmışdır [3, s.334].
Nəticə. Bütün deyilənlər Urmiya hövzəsi və Naxçıvan bölgəsi yaşayış yerlərində Eneolot-Erkən Tunc dövrlərində urbanizasiya proseslərinin başlandığına, ilkin şəhərsalma ənənələrinin formalaşmasına işarə edir. Bölgənin qabaqcıl məskənlərinin iqtisadi yüksəlişi üçün gərəkən vacib kriteriyaların mövcudluğu şəraitində bu proseslər uğurla cərəyan edirdi. Əlverişli strateji mövqedə salınan məskənlərdə tranzit mübadilənin, təbii sərvətlərə və xammala yaxınlıq müxtəlif sənət sahələrinin meydana gəlməsinə, demoqrafik artım yaşayış yerlərinin sahəsinin genişlənməsinə təkan verirdi. Cəmiyyətin sosial təbəqələşməsi dərinləşdikcə sakinlərin can və mal güvənliyinin təmin olunması məqsədilə şəhər çevrəsi müdafiə səddi ilə əhatələnirdi. Sadaladığımız bu iqtisadi amillər sonda şəhər tipli yaşayış yerlərinin tədricən dini-ideoloji və siyasi-inzibati mərkəzə çevrilməsi ilə nəticələndi. Göründüyü kimi, dövlətçilik tariximizin başlanğıcında start götürən dərin iqtisadi proseslər birbaşa şəhər mədəniyyəti ilə bağlı olmuşdur. Yazıyaqədərki dövrdə meydana gəldiklərindən ilk şəhərlərimizin əsil adları tarixi yaddaşımızda qalmayıb və biz şərti olaraq onları yerləşdikləri məkanın müasir adı ilə adlandırırıq.

Ədəbiyyat siyahısı

1. Aşurov S.H., Əlimirzəyev A.N. Kür-Araz mədəniyyəti cəmiyyətlərinin inzibati idarəetməsinə dair yeni tapıntılar // AAE, № 1, с.34-39.
2. Baxşəliyev V, Ristvet L, Gopnik H, Aşurov S. Oğlanqalada 2010-cu ildə aparılan arxeoloji tədqiqatların nəticələri. Azərbaycanda arxeoloji tədqiqatlar 2010. Bakı2011.
3. Cəfərov H. Azərbaycanda protoşəhər sivilizasiyasının təşəkkülü və formalaşması məsələsi: sinifli cəmiyyətə keçidin bəzi aspektləri // Tarix və onun problemləri, 2016, № 3, s.323-336
4. Əliyev.V. Naxçıvanın ilk tunc dövrü tayfalarının mədəniyyəti // Azərbaycan Arxeologiyası. 2010, say 1, s.36-47.
5.Əliyev V.Məmmədova. II Kültəpə yaşayış yerində tədqiqatlar. Azərbaycanda arxeoloji tədqiqatlar 2012. Bakı 2013.
6.İbrahimli B. Naxçıvanın qədim şəhərləri: Sumbatan-Dizə // Naxçıvan: ilk yaşayış yeri və şəhərsalma yeri kimi. Naxçıvan, 2012, s. 173-180.
7.Müseyibli N. Leylatəpə mədəniyyətinin qəbir abidələri və dəfn adətləri. Bakı, Nafta-Press, 2014. 140 s.
8.SeyidovA, İbrahimov K. Azərbaycan ərazisində erkən şəhər mədəniyyəti (Naxçıvan materialları əsasında // Azərbaycan paytaxtları elmi-praktiki konfrans (məqalələr toplusu) s. 31-46.
9.Мелларт Дж. Древнейшие цивилизации Ближнего Востока. Москва, Наука. 149 с.
10.Мунчаев Р.М. Кавказ на заре бронзового века. Москва, Наука, 1975. 413c.
11.Ajorloo B. The Neolitization process in Azerbaijan: An introduction to review // Procedings of the 5th İnternational Congress on the Archaeology of the Ancient Near East (3-8 april 2006). Madrid, 2008, pp. 107-125.
12.Dyson R.H. Early Cultures of Solduz, Azerbaijan // Asia Institute Book. Produced under the Direction of Jay Gluck by Meiyi Shobo / Tokyo, Japan and Asia Institute books. Kobe, Yapan, 1967, pp.2951-2970.
13.Hamlin C. Dalma Tepe // Iran, Vol. XIII, 1975, pp.111-129.
14.Henrickson E.F. An updated chronology of the Early and Middle Chalcolitic of the Central Zagros Highlands, Western Iran // Iran, 1985, Vol. XXIII, pp. 63-108.
15.Kroll S. Archāologische Fundplātze in Iranisch–Ost-Azerbaidjan // AMI, Band 17, 1984, ss.13-133+8 Tafel.
16. Maziar S. Settlement dwnamics of the Kuro-Araxes culture: An Overview of the Late Chalkolitic and Early Bronze Age in the Khoda Afarin Plain, North-Western Iran // Paléorient. Paris, 2015, 41, pp.25-36.
17. South and Southwest Asia. New Haven, Yale University Press, 2000.
18.Tala’i H. Pottery Evidence from Ahrendjan Tepe. A Neolithic Site in the Salmas Plain (Azerbaidjan, Iran) // AMI. NF. 1983, Band 16, pp.7-17.

Məmmədzadə Selcan
AMEA Tarix İnstitunun doktorantı
GundemXeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • AZƏRBAYCANDA QALA TİPLİ YAŞAYIŞ MƏSKƏNLƏRİNİN YARANMASI TARİXİ

    AZƏRBAYCANDA QALA TİPLİ YAŞAYIŞ MƏSKƏNLƏRİNİN ...

    11-06-2020, 12:07

  • 
  • Molla rejiminin Urmiya qələti

    Molla rejiminin Urmiya qələti ...

    25-02-2013, 10:30

  • 
  • “Bu, Azərbaycan ali məktəblərinin məhvi deməkdir”

    “Bu, Azərbaycan ali məktəblərinin məhvi deməkdir” ...

    27-06-2017, 11:18

  • 
  • İran adlanan ölkə Urmiya gölünə tökülən bütün çayların qarşısını kəsib

    İran adlanan ölkə Urmiya gölünə tökülən bütün ...

    8-12-2017, 20:31

  • 
  • 3 milyon insanı köçə məcbur edəcək fəlakət - Urmiya gölündən XÜSUSİ REPORTAJ

    3 milyon insanı köçə məcbur edəcək fəlakət - ...

    6-12-2014, 23:44


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (471)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
https://betboom.com
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu