GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Azərbaycanda “ölümcül peyvənd” müzakirəsi: - Vətəndaş qorxur, məmur düşünür, ÜST tövsiyə edir

Azərbaycanda “ölümcül peyvənd” müzakirəsi: - Vətəndaş qorxur, məmur düşünür, ÜST tövsiyə edir

Tarix: 12-04-2021, 11:41 Bölmə :Cəmiyyət Baxış: 313
Azərbaycanda “ölümcül peyvənd” müzakirəsi: - Vətəndaş qorxur, məmur düşünür, ÜST tövsiyə edir


Azərbaycanda “ölümcül peyvənd” müzakirəsi:
Yeni növ koronavirus infeksiyasına qarşı “AstraZeneca” peyvəndi Azərbaycana Koreyadan gətirilib. Heydər Əliyev Beynəlxalq Hava Limanında 84.000 doza miqdarında əhəmiyyətli bir yükü Səhiyyə Nazirliyinin nümayəndələri, nazir müavini Viktor Qasımovun rəhbərliyi ilə qarşıladılar.

Ümumilikdə, İngiltərə-İsveç şirkəti may ayının sonunadək 432.000 doza həyat qurtaran peyvəndin Azərbaycana çatdırılması barədə söz verib. Bununla birlikdə, dərmanın istehsal cədvəlindən iki aylıq bir gecikmə olduğu üçün onu vaxtında yerinə yetirib-yetirməyəcəyi bilinmir.

Müqayisə üçün bir nümunə verək. Müqaviləyə əsasən, “AstraZeneca” 2021-ci ilin ikinci rübünə qədər Avropa ölkələrinə 180 milyon doza peyvənd çatdırmalı idi. Ancaq nədənsə, yalnız şirkətin özünə məlum olan səbəblərdən, bu rəqəm artıq iki dəfə azalıb və 90 milyon dozaya bərabərdir.

“AstraZeneca” Azərbaycanda COVID-19-a qarşı istifadə edilən ikinci dərmandır. Xatırladaq ki, bu ilin yanvar ayında Çin istehsalçısı “Sinovac”-dan ölkə əhalisi arasında uğurla istifadə olunan bir peyvənd idxal edildi. İki ay yarım ərzində 1.111.722 nəfər peyvənd edildi. Birinci dozanı 706 433, ikincini isə 405 289 xəstə qəbul etdi (9 aprel 2021-ci il tarixinə olan statistika). Eyni zamanda, dərmanın kənar təsirindən yaranan ölümcül bir hadisə də qeydə alınmadı. Peyvənddən sonra bəzilərində yalnız iynənin yerində qızartı, temperatur və təzyiq artımı müşahidə edildi.

“AstraZeneca” peyvəndinin ilk partiyası sərhədi keçməmiş sosial şəbəkələrdə qızğın müzakirələr başladı. Əhali Çin dərmanına ehtiyatla yanaşırdısa, Avropa dərmanına heç bir inam olmadığı ortaya çıxdı. Dünyəvi günahlarının hesabını vernək üçün Yaradanın qarşısına vaxtından əvvəl çıxmaqdan qorxan insanlar, artıq “ölümcül peyvəndi” silah gücünə belə, qəbul etməyəcəklərini bəyan etdilər.

İnsanların qorxuları başadüşüləndir, çünki mart ayı “AstraZeneca” peyvəndinin dünyada tətbiqindən sonra baş verən ölüm faktları ilə müşayiət edildi. Bir tərəfdən koronavirusu öldürür, digər tərəfdən peyvəndin səbəb olduğu tromboz (15 hal), ağciyər emboliyası (22 hadisə) və anafilaktik şok (Gürcüstanda baş verən ilk və tək hadisə) kimi ağırlaşmalar qeydə alınıb.

İş o yerə çatdı ki, Avropa Birliyi ölkələri (Almaniya, Fransa, İtaliya, İspaniya, Sloveniya, Portuqaliya, Kipr, İsveç, Hollandiya, Avstriya, Danimarka, Estoniya, Latviya, Litva, Bolqarıstan, İrlandiya, Lüksemburq), Birliyin üzvü olmayan Norveç və İslandiya, eləcə də İndoneziya, Konqo Demokratik Respublikası, Tayland, Cənubi Afrika dərman yeridilməsi ilə xəstə ölümü arasındakı mümkün əlaqələrin tam araşdırılmasına qədər bu peyvəndin istifadəsinin dayandırıldığını açıqladı. Ancaq “üsyançı” ölkələr arasında “AstraZeneca”-ya “sadiq” bir ölkə də var – idi Ukrayna.

Avropa qarışmağa başlayan kimi İngiltərə-İsveç kampaniyası vəziyyətin gərgin olduğunu başa düşdü və “vabank” getməyə qərar verdi - vaksinin adını dəyişərək, “Vaxzevria” etdi. Amma xarici dəyişikliklərə baxmayaraq, “Pandora qutusu elə açıq olaraq qaldı”.

Yeddi ay əvvələ (avqust 2020) qayıdıb xatırlayırıq ki, “Lancet” jurnalında dərc olunan məqlayə görə, AZD1222 kodlu bu peyvənd üzərində aparılan bir tədqiqatın ilkin nəticələri, dərmanın tək bir tətbiqinin SARS-CoV-ə qarşı bir ayda insanların 95%-ində antitellərin dördqat artmasına səbəb olduğunu göstərdi. Həmin ilin noyabr ayında “AstraZeneca” iki dozadan sonra peyvəndin 70% effektivlik göstərdiyini və immunitetin ilk inyeksiyadan sonra 14 gün ərzində inkişaf etdiyini bildirdi. Ciddi yan təsirlərə gəldikdə, onlar müəyyən edilmədi.

Lakin hər şey ilk baxışdan göründüyü qədər sadə deyil. Məsələ burasındadır ki, tədqiqat mərhələsində belə, dərman sınaqları subyektlərdən birinin ölümü səbəbindən müvəqqəti olaraq dayandırılmışdı. Amma sonra həkimlər bunun səbəbinin vaksinlə əlaqəli olmadığı qənaətinə gəldilər.

Bununla birlikdə, kütləvi aşılanmanın başlanmasından sonra xəstələr arasında xəstəxanaya yerləşdirilmə və ölüm xəbərləri yayılmağa başladı. Əvvəlcə Avstriya, daha sonra Danimarka və Slovakiyada belə faktlar yer aldı. Bununla yanaşı, həkimlərin insanların ölüm səbəbinin onlarda qan laxtalanması olduğunu iddia etməsinə baxmayaraq, şirkət öz növbəsində bu faktlar arasında heç bir əlaqənin olmadığını iddia etdi.

Lakin “Vaxzevria” sübutların olmamasına istinad etsə belə, onun sudan quru çıxması çox çəkmədi. 6 aprel 2021-ci il tarixində Avropa Dərman Vasitələri Agentliyi (ADVA) damar trombozunun məhz vaksinlə əlaqəli olduğunu açıqladı. Beləliklə, aşılanmış 18,1 milyon ingilisdən 30-nun (artıq 7 nəfər ölüb) damarlarında qan laxtaları meydana gəldi.

Bu açıqlamaya baxmayaraq, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Vaxzevria” ilə qan laxtaları arasındakı əlaqəni görməməyə davam edir. Yadınızdadırsa, eyni qurum bir il əvvəl koronavirus pandemiyasının olmayacağını da elan etmişdi.

Koronavirus məsələsinin Azərbaycan Nazirlər Kabineti səviyyəsində həll olunduğunu nəzərə alsaq, vaksinin gətirilməsini təşkil edən dövlət strukturları ADVA bəyanatına və bu vaksinlə əlaqəli dünyada baş verənlərə hansısa bir reaksiya verməlidir.

AYNA bununla əlaqədar olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinə müraciət edib. Buradan bizə bildirilib ki, “Vaxzevria” peyvəndi dövlət xətti ilə Azərbaycana gətirilib, ona görə suallara cavabları ya Səhiyyə Nazirliyində, ya da Nazirlər Kabineti yanında Operativ Qərargahda axtarmaq lazımdır.

Səhiyyə Nazirliyinin cavabı özünü çox gözlətmədi. Nazir müavini Viktor Qasımov ölkəyə gətirilən yeni peyvəndin hələ istifadə edilmədiyini söylədi. Onun sözlərinə görə, vətəndaşları keyfiyyətli və təhlükəsiz dərmanlarla peyvənd etmək üçün işlər davam edir və peyvəndlərdən istifadə məsələsini yalnız ÜST tənzimləyir.

Bir gün sonra əhali arasında artan narahatlığı görən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov vəziyyətə aydınlıq gətirməyə çalışdı. Onun sözlərinə görə, “Vaxzevria” peyvəndi ətrafında aparılan söhbətlər ÜST-yə müraciət etməyə səbəb oldu. Lakin beynəlxalq təşkilat təkcə Azərbaycana deyil, digər ölkələrə də bu dərmanı istifadə etmələrini tövsiyə etdi.

Deputat da nazir müavinin yeni peyvəndin hələ istifadə olunmadığına dair sözlərini təsdiqlədi: “Çünki ölkədə “CoronaVac”-ın uzunmüddətli istifadəsi üçün kifayət qədər ehtiyat var. Yerli və beynəlxalq ekspertlərin rəyi əsasında şübhələr müvafiq qurumlar tərəfindən hərtərəfli araşdırılacaq. Azərbaycan cəmiyyəti əmin olmalıdır ki, dövlətimiz hər zaman hər bir vətəndaşın sağlamlığına qayğı göstərir, eyni zamanda pandemiyanın gətirdiyi iqtisadi və digər zərərlərin qarşısını almaq üçün vaxtında addımlar atır. Bunlardan ən təsirli kütləvi vaksinasiyadır. Ölkəmiz bu məsələdə lider olmağa çalışır”.

Ümid edirik ki, “Vaxzevria” peyvəndi haqqında deyilənlər sadəcə söz-söhbətdir. Amma əgər biz yanılırıqsa, bu, bir çox insan üçün faciəyə çevrilə bilər. Hələlik isə “Bizi öldürməyən hər şey bizi daha da gücü edir” şüarı ilə koronavirusla mübarizəmizi davam etdiririk.

P.S. “Vaxzevria” ətrafında səs-küyün daha da güclənməsinə imkan verməmək üçün şirkət aşılananlardakı qan laxtalanma səbəblərini araşdırmağa başladı. Onların cəmiyyətə təqdim etdiyi sənəddə deyilir: “Artıq mövcud halları, epidemiologiyanı və bu son dərəcə nadir halları izah edən mümkün mexanizmləri anlamaq üçün çalışırıq”.

Əlavə olaraq, aşılanan xəstələrin cinsi, yaşı və ya digər parametrləri ilə əlaqəli risk faktorlarının təyin edilmədiyi də bildirilir.

Mina Hüseyn./AYNA/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bu ölkədə hər kəs peyvənd olunacaq

    Bu ölkədə hər kəs peyvənd olunacaq ...

    28-08-2020, 10:19

  • 
  • Daha bir koronavirus peyvəndinin Avropada istifadəsi təsdiqləndi

    Daha bir koronavirus peyvəndinin Avropada ...

    30-01-2021, 11:02

  • 
  • İtaliya peyvənd tədarükündəki gecikmələrə görə “Pfizer” və “AsraZeneca”nı məhkəməyə verəcək

    İtaliya peyvənd tədarükündəki gecikmələrə görə ...

    26-01-2021, 10:17

  • 
  • Şimali Koreyadan koronavirus peyvəndi hazırlayan şirkətə haker hücumu

    Şimali Koreyadan koronavirus peyvəndi hazırlayan ...

    28-11-2020, 11:28

  • 
  • Azərbaycan Rusiya və İsveçdən peyvənd alır - Baş nazirdən SƏRƏNCAM

    Azərbaycan Rusiya və İsveçdən peyvənd alır - Baş ...

    11-03-2021, 20:28


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu