ABŞ-da pandemiya dövründə işsizliyə görə verilən müavinətlərin yarısı cinayətkarlar tərəfindən oğurlanıb.
Bu barədə “Axios” saytı məlumat yayıb.
Saytın informasiyasına əsasən, oğurlanan pulun məbləği 400 milyard dollara çatıb. Belə bir məbləğin xarici cinayətkar sindikatların əlinə keçidiyi gələn xəbərlər arasındadır. Bu isə məsələnin ABŞ üçün sadəcə oğurluq hadisəsi olaraq deyil, milli təhlükəsizlik problemi olaraq gözdən keçirilməsinə gətirib çıxarıb.
Pandemiya başladığı zaman ştatların hamısı işsizliyə görə verilən milyonlarla ərizəyə hazır olmayıb. Lakin hüquq-mühafizə orqanları bunun arxasında fırıldaqçılıq olduğunu sezib. Həmin səbəbdən FTB ciddi araşdırmaya başlayıb.
“İD.me” xidmətinin baş direktoru Bleyk Holl artıq işsizliyə görə verilən pulların yarısının yoxa çıxdığını təsdiqləyib. Məlum olub ki, oğurlanan məbləğin 70%-i artıq ölkə xaricinə çıxarılıb. Həmin qrupların Çin, Rusiya və Nigeriya ilə bağlantıları üzə çxıb.
“Prezident Bayden belə bir cinayət fəaliyyətinin iyrənc və qəbuledilməz olduğunu söyləyib. Bu səbəbdən biz “Amerikanın xilası planı” proqramı üzrə istifadəçi interfeysin modernizasiyasına 2 milyard dollar pul ayırdıq. Bundan başqa Ədliyyə nazirliyi tərkibində Dələduzluqla mübarizə üzrə hədəf qrupunu təsis etdik”, - deyə Ağ evin iqtisadçı müşaviri Cin Sperlinq deyib.
Sorğu
Yeni dizaynımız necədir?