GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » DONUB QALAN SON GÜLÜŞ

DONUB QALAN SON GÜLÜŞ

Tarix: 2-08-2021, 17:12 Bölmə :Cəmiyyət Baxış: 814


Bu dünyada ən gözəl qoxunun övlad qoxusu olduğu kimi, ən gözəl duyğunun da valideyn duyğusu olmaq olduğunu bilirik. Musayevlər ailəsi 5 il o övlad qoxusundan doymadan, o qoxu ocaqlarına hopmadan övlad həsrətinə tuş gəlmişdilər. Dəfələrlə oğul və qız övladlarını itirən Rafiq Musayev və Güllər xanım 5 il ard - arda yaşanan övlad itkisindən sonra qızları Asyanı qucaqlarına almağa nail olmuşdular. Bu dəfə dünyaya gələn körpə yer payı yox, bu evin sevinc payı olmuşdu. Daha sonra 1987-ci il avqustun 7-də ailə oğul adlı çırağın gur işığı ilə aydınlanmışdı. Ailə bu oğula Alik adını vermiş və onun bu ocaqdan əksik olmamağı üçün hər gün dualar etmişdi. Ancaq Alikin alnına vətən payı olmaq yazılıbmış.
Alik körpə olduğu zamanlardan vətənə olan sevgisi aşkar olunmuşdu. Valideynləri tək oğul övladlarını özlərinə dayaq böyütmək istəsələr də Alik böyüyüb vətənə dayaq oldu.
Hər zaman qəhrəmanları ilə seçilən, hələ l Qarabağ döyüşləri zamanı qəhrəman oğullarının şücaəti dildən-dilə düşən İmişli rayonunun Sarıxanlı kəndində böyümüşdü Alik. I Qarabağ döyüşləri zamanı qəhrəmancasına vuruşan, adı tarixdə "Məzarsız şəhid" kimi qalan bir şəhidin adını daşıyan İmişli rayon Sarıxanlı kənd Vətən Novruzov adına 1 N - li məktəbdə təhsil almağa başlamışdı. 1994-2005-ci illər ərzində təhsil alan Alik məktəbi bitirdikdən sonra vətənə olan xidməti borcunu yerinə yetirmək üçün həqiqi hərbi xidmətə getmişdi. Bakı şəhərində Daxili Qoşunların N saylı hərbi hissəsində xidmət etmişdi. 2007-ci ildə xidmətini başa vurmuşdu. Evə döndükdən sonra dəfələrlə könüllü olaraq ordu sıralarına yazılmaq istədiyini desə də ailəsi onun bu fikrinə razı olmamışdı. Axı ailəsi uzun illər sonra həsrətində olduğu oğul övladı arzusuna Aliklə çatmışdı. Onlar bilirdilər ki, bir oğul hərbçi peşəsinə yiyələndikdən sonra ailəsindən çıxıb vətənin oğlu olur. Ancaq Alikin vətənə olan sevgisinə heç kim əngəl ola bilməmişdi . O, 2011-ci ildə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi Daxili Qoşunların tərkibində xidmətə başlamışdı. 2012-ci ildə almanlarla birlikdə təlim keçmişdi. Baş atıcı, kiçik çavuş, çavuş hərbi rütbələrinə layiq görülmüşdü. Xidmətini ən layiqli şəkildə etmək onun tək amalı olmuşdu.
Vətən keşikçisi 2013-cü ildə xalası qızı Sevinc xanımla əhd-peyman bağlayıb. Sevinc xanım Alikin çox zaman ailəsindən uzaq olduğunu bilərəkdən bu izdivaca razılıq verib. O, hərbçi xanımı olmağın nə qədər məsuliyyətli olduğunu bilirdi. Aylarla sürən ayrılıq, həsrətin dərin izinə tuş gələn ürəyi Alikin səsini duymaqla da xoşbəxt olurdu. Bu sevgi dolu ailə iki dəfə övlad sevinci ilə şənlənmişdi. 2015-ci ildə oğul övladı Balabəyi qucağına alan Alik, 2019 - cu ildə qız atası olmağın sevincini telefonda duymuşdu. Qızına anasının adını əmanət edərək onu Güllər adlandırmışdı. Alik qızı Güllərin üzünü cəmi 2 dəfə görə bilmişdi.



Ömrü vətən səngərində keçən Alik 2016-cı ildən könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrin həmlə bölməsində xidmətə başlamışdı. 2017-ci ilin martında Goranboy rayonunda Təlim və Tədris Mərkəzinin 3 aylıq kursunu keçmişdi. Həmin zaman əsgərlərə təlim göstərişi vermişdi. Kursu bitirdikdən sonra baş çavuş hərbi rütbəsi alaraq manqa komandiri kimi xidmət etmişdi. 2019-cu il dekabrın 21-də ailəsinə demədən təyinatla Füzuliyə göndərilməsini istəmiş və buna nail olmuşdu. Elə qız atası olduğu xəbərini də Füzulidə almışdı.
Alik ön cəbhədə xidmət etdiyi üçün ailəsini gec-gec görürmüş. Son dəfə mayın 10-da oğlunun ad günündə çox qısa müddətlik evinə gəlib. Heç doymadığı övladlarını 20 dəqiqəlik son görüş zamanında öpüb qoxlayıb. Daha sonra hər kəslə vidalaşıb qapıdan çıxan zaman anası Güllər xanım "Alik, sənin heç qızınla bir şəklin yoxdu. Qızını qucağına al bir şəkil çəkdir." deyib. Ana ürəyi yəqin oğlunun son gedişi olduğunu hiss edib. Anasının sözündən sonra Alik həm Balabəylə, həm də Güllərlə şəkil çəkdirir. Atası ilə ilk və son dəfə şəkil çəkdirən, dünyadan, həsrətdən, ayrılıqdan bixəbər Güllər atasının üzünə gülümsəyir. Ata, balanın son gülümsəməsi o şəkildə donub qalır. Alik bir neçə ay sonra bayrağa bürünmüş cənazə ilə döndüyü evinin kandarına son addım izlərini, sevənlərinin yaddaşına isə son onlu xatirələri həkk edərək ayrılır.
Alik hər zaman ailəsinin rahatlığını düşünərmiş. Elə yəqin ona görə də müharibənin başladığı barədə ailəsinə heç bir söz deməmişdi. Hər bir azərbaycanlı kimi Alikin ailəsi də 27 sentyabrda müharibənin başladığını xəbərlərdən və gələn səs-küydən öyrənmişdi. İmişli Alikin mübarizə apardığı Füzuliyə yaxın olduğundan demək olar ki, orada atılan mərmi, bombaların səsini Alikin ailəsi eşidirdi. Artıq Alik ailəsinə gerçəyi demək məcburiyyətində idi. O, danışdığı zaman yaralıların və şəhidlərin olduğunu deyib. Sentyabrın 28-də döyüş yoldaşları ilə birlikdə Hadrut istiqamətində mühasirəyə düşüb. Alikin sayəsində həmin dəstə mühasirədən çıxmağı bacarıb. Gün keçdikcə həm müharibənin şiddəti artırdı, həm alınan ərazilərin miqyası genişlənirdi. Sentyabrın 30-da Sevinc xanım Aliklə danışan zaman "Alik, qurban deyirəm,gəlib özün kəsərsən." Alik isə cavabında "Sevinc, qurbanı mənə yox yanımdakılara deyin. Neçə əsgərim şəhid olub." Alik son dəfə şəhid olmazdan bir neçə saat öncə atası ilə danışıb. "Ata, sağam. Özünüzdən muğayət olun." deyən Alik son vidasın etdiyinin fərqində olub. Çünki od-alov saçan atəşdən sağ çıxmaq bir möcüzə sayılırdı. Alik oktyabrın 1-də günorta saatlarında yaralı döyüş yoldaşını döyüş bölgəsindən uzaqlaşdırmağa çalışarkən yanına düşən minamyotun partlaması və minamyot qəlpəsinin şah damarını kəsməsi nəticəsində qəhrəmancasına şəhid olub. Oktyabrın 2-də İmişlinin Sarıxanlı kəndinə şəhid xəbəri səda salıb. Heç kim şəhidin ata, anasına tək oğullarının vətən qurbanı olduğunu deməyə cəsarət etməyib. Həmin vaxt işdə olan Sevinc xanıma atası zəng edib evə getməyini deyib. Bu zənglə ata qızına ocağının söndüyünü, yarının şəhid olduğunu deməyə məcbur qalıb. Bir atanın həyatda üz-üzə qala biləcəyi ən çarəsiz anlardan birini yaşayan ata əvvəlcə Alikin yaralandığını desə də Sevinc xanım bu yalana inanmayıb. Həyatı, arzuları, sevinci bir anda rəng dəyişən şəhid xanımı həmin anda şəhid anasını düşünüb. Hər kəsə Alikin cənazəsinin gəldiyi ana qədər onun şəhid olduğu xəbərini Güllər anadan gizlətməyi tapşırıb. Dəfələrlə övlad dəfn edən ailəyə şəhid oğul dəfn etməyin nə qədər ağır olduğunu anlamaq çətin deyil.
Alik şəhid olan gün anası Güllər xanım kürəyinin yandığını deyib. O yerə, göyə sığmayıb. Gecəni də yuxuda evlərinin üstünə vertolyot düşdüyünü və ocaqlarının söndüyünü görüb. Alik tək anasına yox atasına və yoldaşına da yuxuda şəhidliyini ayan edib. Sevinc xanım gördüyü yuxuda Alik onları çətin vəziyyətdən xilas edib. Onları bir maşına otuzdurub "Maşını sən idarə et. İşıqlı yolla düz get. Sən bunu bacaracaqsan. Uşaqlar sənə əmanətdir." deyib.
2 oktyabr Sarıxanlı kəndi müzəffər ordunun qalib şəhidini məğrurcasına qarşılayıb. II Qarabağ müharibəsində Sarıxanlı kəndi ilk şəhidini bağrına basıb. Elə həmin gün şəhidin nəşi Sarıxanlı kənd məzarlığında torpağa tapşırılıb. Alikdən sonra Sarıxanlı kəndi daha iki şəhid verib. Şahmarlı Vüsal və Əsədli Cahid də elə həmin məzarlıqda can verdikləri vətən torpağına tapşırılıblar.
Vətən "oğul" deyə səslədiyi zaman baş çavuş Musayev Alik Rafiq oğlu vətənə "can" verən qəhrəman kimi tarixin yaddaşından silinməyən bir qəhrəmanlıq dastanını qanı ilə yazmağı bacardı. Adı və şücaəti ilə dillərə dastan olan vətən oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə şəhadətindən sonra "Vətən uğrunda" medalı, "Füzulinin azad olunmasına görə" medalı və "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
Sarıxanlı kəndində ll Qarabağ döyüşlərində tarix yazan hər 3 şəhidin adına bulaq tikilib.

ŞƏHİD ALİK
İmişli torpağının yetirdiyi ərənlər,
Vətənə arxa-dayaq, torpağa nəfəs olur.
Qonşusu min hiylənin ustası olan xalqı,
Alik kimi igidlər düşmənlərdən qoruyur.

Alik sanki vətənçün gəlmişdi bu dünyaya,
Arzusu, xəyalları vətənlə bağlı idi.
Füzuli torpağında keçilməz səddi aşan,
O qəhrəman şəhidin cismini mərmi dəldi.

Bir atanın, anın bircə oğul balası,
Son dəfə ocağına gəldi çiyinlər üstə.
Tabut üstə bərq vuran şanlı vətən bayrağı,
Müqəddəs vətən eşqin cilaladı hər kəsdə.

İki körpə göz dikdi bir ata tabutuna,
Oğul ata qisasın almaq üçün tələsdi.
Atalı son sevinci şəkildə donub qalan,
Güllərin həyatında həsrət küləyi əsdi.

Xoşbəxtliyi yarının məzarında dəfn edən,
Bir qadının ürəyi dönüb oldu qan gölü.
Yar məzarın özünə ev-eşik bilən kəsin,
O məzar tək qaraya büründü cavan ömrü.

MANYA SƏXAVƏTQIZI
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • QƏHRƏMANLAR AİLƏSİ

    QƏHRƏMANLAR AİLƏSİ ...

    15-03-2021, 10:01

  • 
  • İZİ QALAN QƏHRƏMAN

    İZİ QALAN QƏHRƏMAN ...

    16-01-2021, 23:44

  • 
  • Aysun özünü 42-ci mərtəbədən atdı: “Sizə layiq övlad ola bilmədim...”

    Aysun özünü 42-ci mərtəbədən atdı: “Sizə layiq ...

    16-04-2019, 14:37

  • 
  • DOST QİSASIN ALAN QƏHRƏMAN

    DOST QİSASIN ALAN QƏHRƏMAN ...

    20-01-2021, 23:17

  • 
  • ƏLÇATMAZ ZİRVƏYƏ QOVUŞAN VƏTƏNPƏRVƏR VƏTƏN OĞLU

    ƏLÇATMAZ ZİRVƏYƏ QOVUŞAN VƏTƏNPƏRVƏR VƏTƏN OĞLU ...

    19-08-2020, 17:10


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu