ABŞ-ın eks-prezidenti Donald Tramp bildirib ki, 2024-cü ilin seçki kampaniyası ilə bağlı planları hələ ki, açıqlamalı deyil, amma bu, amerikalıları sevindirəcək.
Gundemxeber.Az xəbər verir ki, bu barədə siyasətçi "Fox News"a mesahibəsi zamanı bildirib.
"Kampaniyanın maliyyələşdirilməsi qanunlarının mürəkkəb və inanılmaz dərəcədə çətin olması səbəbindən bu suala cavab verə bilmərəm. Ancaq belə deyim: xoşbəxt olacaqsınız, bir çox dostumuz xoşbəxt olacaq", - deyə Tramp bildirib
Onun sözlərinə görə, bu suala birbaşa cavab ona çətinliklər gətirəcək:
"İnsanlar, siz xoşbəxt olacaqsınız, çünki mən bu ölkəni sevirəm və baş verənləri müşahidə etməyə nifrət edirəm".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?