GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Məhkəmə gərginlik: Eldar Həsənov müvazinətini itirərək yıxıldı

Məhkəmə gərginlik: Eldar Həsənov müvazinətini itirərək yıxıldı

Tarix: 14-09-2021, 09:22 Bölmə :Cəmiyyət Baxış: 234


Sentyabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş Baş prokuror, 20 ilə yaxın müxtəlif ölkələrdə səfir olmuş Eldar Həsənovun vəziyyəti pisləşib və o, müvazinətini saxlaya bilməyərək yıxılıb. Məhkəməyə təcili yardım çağırılıb. Bu olay Eldar Həsənovla dövlət ittihamını müdafiə edən prokuror arasında mübahisədən sonra yaşanıb.


Hakim Əfqan Hacıyevin sədrliyilə keçirilən məhkəmə iclasında Eldar Həsənov xahiş edib ki, onun işi üzrə məhkəmə iclasları həftədə iki dəfə yox, bir dəfə keçirilsin. Çünki səhhətindəki problemlər onun həftədə iki dəfə məhkəməyə gətirilib-aparılmasına imkan vermir.


Onun vəkili Cəlil Mirzəyev də bunun tərəfdarı olduğunu vurğulayıb. Vəkil bildirib ki, hər məhkəmə iclasından sonra üç gün ərzində təqsirləndirilən şəxs və vəkili məhkəmə iclas protokoluyla tanış olmaq hüququna malikdir. Amma vaxt çatışmazlığı üzündən tanış ola bilmirlər: “Həftədə iki dəfə məhkəmənin keçirilməsi də buna imkan vermir”.


Hakim Əfqan Hacıyev bildirib ki, təcrübədə hər iclasdan sonra protokolun verilməsi halı yoxdur. Yalnız hökmdən sonra bütün iclasların protokolları birlikdə üç gün ərzində təqdim olunacaq.


Eldar Həsənov ötən məhkəmə iclasında olduğu kimi, yenə də prosesin qapalı keçirilməsi məsələsini qaldırıb: “Çünki mən hər epizod üzrə ifadə verəndə adlar açıqlamalıyam, ətraflı danışmalıyam. Onu da istəmirəm ki, həmin məsələlər ictimailəşsin. Mən 15 epizod üzrə təqsirləndirilirəm. Bunların hər biri üzrə ayrı-ayrılıqda danışmalıyam, ittihamın əsassızlığını ortaya qoymalıyam”.


Hakimlər ötən iclasda olduğu kimi, yenə də dövlət sirri təşkil edən məlumatların olmadığını əsas gətirərək, prosesin qapalı keçirilməsinə razılaşmayıb.


Daha sonra Eldar Həsənov ifadə verib. O, əvvəlcə xarici ölkələrdə səfirlik binalarının alınması zamanı yeyintiyə yol verilməsi ittihamından danışıb. Sabiq səfir bildirib ki, nə onun, nə də səfirlik əməkdaşlarının bu prosesdə iştirakı olmayıb. Səfirlik üçün binaların alınmasına xarici işlər nazirinin müavininin sədrliyilə yaradılan komissiya nəzarət edirdi. Bina seçimindən tutmuş, vəsaitin ödənilməsinə qədər bütün prosesi komissiya icra edirdi:


“2009-2014-cü illərdə Azərbaycan hökuməti qərar verdi ki, xarici ölkələrdəki səfirliklər üçün binalar alınsın. Mən də o dövrdə hansı ölkələrdə səfir olmuşamsa, binalar alınıb. O binaları özüm almamışam. Məsələn, Rumıniyadakı binanın alınması üçün xarici işlər nazirlinin müavini Vaqif Sadıqovun sədrliyilə komissiya yaradılmışdı. Eynilə Belqraddakı binanın alınması da nazir müavininin rəhbərliyi altında komissiyanın əli ilə həyata keçirilib. Ora gəliblər, həmin binaya baxıblar. 6 bina təklif olunmuşdu, komissiya onun 4-nü bəyəndi. Qərarı da onlar verdilər. Dörd bina arasından necə seçim edilib, necə alınıb - bu proseslərdə mən iştirak eləməmişəm. Aktda da nə mənim imzam var, nə də səfirlik əməkdaşlarının. Əmlak şirkətilə də komissiya maraqlanıb, onlar müqavilə bağlayıb. Alqı-satqıda pulun yarısı nağd verilib, yarısı da bank hesabına köçürülüb. Bunu əmlak sahibi də ifadəsində təsdiqləyir ki, alqı-satqı prosesində mənim rolum olmayıb. O etiraf edib ki, vergi vermək istəmədiyimə görə vəsaitin bir hissəsini nağd alıb. Bu ifadə ola-ola müstəntiq nə istəyir, məlum deyil. Müstəntiq bilə-bilə ki, bizlik heç nə olmayıb, günahı səfirliyin üstünə atır”.


Eldar Həsənov bildirib ki, Monteneqrodakı səfirlik binasının sahibi iki qardaş olub. Onların biri ödənişi nağd, digəri isə köçürmə yoluyla istəyib: “Qardaşlar bir-birilə prinsip aparırdılar. Mən mötəbər şəxsin köməkçisilə əlaqə saxlayıb, bu barədə danışdım, məlumat verdim ki, belə bir problem var. Sonra məsələni onlar özləri həll elədilər. Qardaşın birinə pul nağd ödənildi, o birinə köçürmə yolu ilə. Obyekt sahibi ifadəsində bildirib ki, “binanı 3 milyona istədilər, vermədim”. Bina 4 milyona alınıb. Müstəntiq burada 1 milyon 400 min yeyinti aşkarlayıb. Adam öz dili ilə deyir ki, mən 3 milyona verməmişəm, 4 milyondan 1.4 milyon yeyintini müstəntiq necə çıxarıb, aydın deyil. Mən 24 il hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə işləmişəm, amma bu işdəki qədər saxtakarlığa rast gəlməmişəm. Sənəd əlinin altında ola-ola heç birini araşdırmayıb”.


Bosniya və Herseqovinadakı səfirlik binasından danışan Eldar Həsənov bildirib ki, bu ölkənin rəhbərinin Azərbaycana səfərindən sonra buna qərar verilib: “Qarşı tərəfin təklifi olmuşdu ki, Azərbaycanın orada səfirliyi açılsın. Bosniya prezidenti qayıdandan sonra məni qəbul elədi. Binanı da təklif elədi, dedi ki, satan da müsəlmandır. Görüşdən sonra mən danışdıqlarımızı məktub formasında prezidentə, Baş nazirə və xarici işlər nazirinə göndərdim. Mənə dərhal tapşırıq gəldi ki, həmin bina alınsın. O bina da alındı. O proses də mənim iştirakımla olmayıb...”


Prokuror etiraz edərək bildirib ki, ittihamda söhbət Sarayevo küçəsindəki evin alınmasından gedir.


Bu haqda danışan sabiq səfirin sözlərinə görə, sözügedən evin alınmasıyla bağlı da komissiya yaradılmışdı: “Onlar da 5 nəfər gəlmişdilər, qarşılayıb yerləşdirmişik, Gedib üç ünvana baxmışdılar, birini özləri seçmişdilər. Komissiyanın sədri özü seçib. Pul köçürülməsinə gəlincə, bir hissəsini nağd veriblər, bir hissəsini isə “Scana” şirkətinə köçürüblər”.


Eldar Həsənov istintaq zamanı çox qanunsuzluqlara yol verildiyini vurğulayıb. Onun sözlərinə görə, obyektiv və hərətərəfli araşdırma üçün zəruri olan sənədlərin heç biri cinayət işinin materiallarında yoxdur: “Bu qədər amansız, qəddar, qanunsuz münasibət olar? Nə Tender Komissiyası, nə tenderdə iştirak edən şirkətlər nəzərə alınıb, nə protokollara baxılıb. Ortada guya 50 cildlik cinayət işi var, amma içi boşdur, heç nə yoxdur. Nəsə varsa, qoysunlar ortaya. İtaliyada, Fransada, Xorvatiyada və bir çox başqa ölkələrdə Azərbaycan humanitar layihələr həyata keçirilib. O ölkələrdə səfirliyin həmin layihələrdə olan ödənişlərə müdaxiləsi, onların vaxtında icra olunmaması mümkün deyil. Bircə şikayət varmı səfir olduğum ölkədə layihənin gecikməsindən, keyfiyyətsiz icra olunmasından? Prezidentin, xarici işlər nazirinin, səfirin adına təşəkkür məktublarından başqa heç nə yoxdur. Mən istisna etmirəm ki, subpodratçı ilə baş podratçı arasında hansısa saxtakarlıq, vergidən yayınma və s. ola bilər. Amma bunlar olsa belə, kimə aiddir? Ən vacib sənədlərdən biri ilərin təhvil verilməsilə bağlı aktdır. İşlərin təhvil-təsliminə dair akt cinayət işində yoxdur. İstintaq dərk eləməyib ki, təhvil-təslim aktı vacib sənəddir. Bu sənədlə ayrılmış vəsaitin yekununa qiymət vermək olur...”


Bu yerdə prokuror müdaxilə edərək, Eldar Həsənovun istintaqla bağlı dediklərinə etirazını bildirib: “Müstəntiq burada yoxdur, ona görə belə fikirlərdən yayınaq. Mən öz qurumumun əməkdaşını müdafiə etməyə məcburam. Onu haqlı da sayıram. Layihə-smeta sənədi o vaxt araşdırma predmeti olardı ki, nəzərdə tutulan vəsait ayrılmasın, yaxud başqa problem olsun...”


Eldar Həsənov israrla bildirib ki, bu sənədlərin hər birinə ehtiyac var və onlar işin içində olmalıydı: “Baş podratçı qismində sifarişçi kimi Azərbaycan Xarici İşlər Nazirliyi sənədi imzalayıb, işin bir qisminin icrası bir neçə şirkətə həvalə olunub. Bir şirkətlə bağlı yoxlama aparılıb, digərlərilə bağlı yox. Müstəntiq özündən 803 minlik rəqəm yazıb. Yoxlamayıb ki, subpodratçı olaraq, hansı şirkət hansı işi görüb. Mən dözməyə çalışıram, amma mənim yerimə fələk oğlu fələk də dözməz bu haqsızlıqlara. Mən hər kəsə sözünü çəkinmədən deyən insan olmuşam, heç kimin arxasınca danışmıram. İstərdim ki, istintaqı aparan burada olsun, onun da üzünə deyim bunları. Mənim yerimə kim olsa, yanıb kül olardı. Məni bu hala gətiriblər. İndi deyirlər prokurorluğun adını qoruyum. Mən prokurorluğun yağ-bal içində olduğu vaxtda işləməmişəm, gülləbarana tutulan vaxtında, silahlı hücumlar olanda mən sinəmi qabağa verib, prokurorluğu qorumuşam. Yeri gəlmişkən, Baş prokuror kifayət qədər peşəkar, öz əməyi ilə böyüyən, kimsəsiz, savadlı, istintaqı yaxşı bilən adamdır. Bu, mənim mövqeyimdir. Onun şəxsi işində də mənim imzam var. Məsələn, istintaq idarəsinin rəhbəri də təcrübəli adamdır. Amma bu o demək deyil ki...”


Bu məqamda prokuror müdaxilə edərək, Eldar Həsənovun ittihamın mahiyyətindən kənara çıxdığını vurğulayıb və buna etiraz edib.


Sabiq səfir ona kəskin reaksiya verib: “Mən verilən ittihamdan danışıram. Mənə ağıl öyrətməyin. Mənə sənin yol göstərməyinə 40 il var. Başa düşdün? Yerini, həddini bil. Prrokurorluğun ünvanına dediyim sözlərin də izahını verirəm. İfadələri, üç xarici ölkənin vətəndaşlarının dediklərini diqqətlə oxuyun. Bir ifadədə Eldar Həsənovu günahlandırmaları, mənimlə telefon əlaqəsi qurmaları, yaxud görüşmələri haqda nəsə varmı? Bir nəfər deyibmi ki, mənim bu layihəni qazanmağımda Eldar Həsənovun köməyi olub? Yoxdur. Bəhruz Əsədbəyli 9 aydır həbsdədir. Əgər işin tam, obyektiv aparılmasının tərəfdarıyıqsa, niyə onu dindirmirlər?”


İfadəsinin bu yerində Eldar Həsənov müvazinətini itirib və o, məhkəmə zalında yıxılıb. Bu səbəbdən məhkəmə prosesinin davam etdirmək mümkün olmayıb. Proses sentyabrın 17-nə qədər təxirə salınıb.


Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Bu vəzifədən azad ediləndən az sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 12 il bu vəzifədə çalışandan sonra 2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfir vəzifəsinə təyin olunub. Elə bu vəzifədə işləyərkən – 2020-ci ilin avqustunda Bakıda DTX əməkdaşları tərəfindən saxlanılıb. Onun həbsindən sonra səfir vəzifəsindən azad edilməsi haqda Prezident sərəncam imzalayıb.


Eldar Həsənova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 193-1.3.2 (külli miqdarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.


Keçmiş səfir bu ittihamları qəbul etmir, özünü təqsirli bilmir: “Həbsimin həqiqi səbəbi əslində, guya mənim siyasi iddiada olmağım, guya siyasi müxalifətlə əlaqə və əməkdaşlıqda olmağım, guya hakimiyyət əleyhinə hansısa tənqidi fikirlər səsləndirməyim, hansısa nöqsanları özündə əks etdirən məktublar yazmağım kimi ölkə rəhbərliyinə tamamilə yalan, uydurma dolu məlumatların ötürülməsi olub”.


GUNDEMXEBER.AZ


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prokuror qızının gözü önündə arvadını öldürən 62 yaşlı kişiyə cəza istəyib

    Prokuror qızının gözü önündə arvadını öldürən 62 ...

    12-10-2018, 12:59

  • 
  • Baş redaktorun məhkəməsində şahid barəsində məcburi gətirilmə qərarı çıxarılıb

    Baş redaktorun məhkəməsində şahid barəsində ...

    8-02-2019, 14:42

  • 
  • Prokuror “Leyla Şıxlinskaya Klinikası”nın keçmiş işçilərinə iş istəyib

    Prokuror “Leyla Şıxlinskaya Klinikası”nın keçmiş ...

    6-02-2019, 13:35

  • 
  • Eldar Sabiroğlunun oğluna 9 il iş verildi

    Eldar Sabiroğlunun oğluna 9 il iş verildi ...

    9-09-2016, 17:35

  • 
  • Azad Həsənov məhkəmə zalından azadlığa buraxıldı

    Azad Həsənov məhkəmə zalından azadlığa buraxıldı ...

    5-08-2019, 14:31


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu