GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Azərbaycanda daha bir azyaşlı əməliyyatdan sonra öldü: Babasının ürəyi partladı - FOTO

Azərbaycanda daha bir azyaşlı əməliyyatdan sonra öldü: Babasının ürəyi partladı - FOTO

Tarix: 11-10-2021, 15:18 Bölmə :Cəmiyyət Baxış: 307


Oktyabrın 8-də “Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin nəzdində Uşaq Ürək Cərrahiyyəsi Mərkəzi”nin rəhbəri Elnur Həsənovun əməliyyat etdiyi 1 yaş 9 aylıq körpənin ölümü barədə məlumat verilib.


Sözügedən yazıdan sonra daha bir valideyn Lent.az-a həmin həkimlə bağlı müraciət edib.  

Minar Bayramov bildirib ki, övladı, 1 yaşlı Səyyad Bayramlı da E.Həsənovun etdiyi əməliyyatdan sonra ölüb:

“Övladımı sentyabrın 17-də cari həkim yoxlanışına aparmışdıq və məlum oldu ki, ürəyinin klapanında ciddi qüsur var. Buna qədər uşaqda heç bir problem olmadığı üçün xəstəlikdən xəbərsiz idik. Bunu biləndən sonra səhəri gün ayrı-ayrı iki xəstəxanada uşağı yoxlatdırdıq. Hər iki müayinə nəticəsində bəlli oldu ki, əməliyyat olunmalıdır.

Bundan sonra bir neçə özəl xəstəxanada çalışan həkimlərə üz tutduq. Əməliyyat xərcinə imkanımız çatmadığı üçün bizə dövlət sığortası ilə əməliyyat etməyimizi tövsiyə etdilər. Ağstafa rayonunun səhiyyə qurumuna müraciət etdik və onlar sığorta ilə əməliyyatı ancaq sözügedən klinikaya və şəxsən Elnur həkimə göndərə biləcəklərini dedilər.

Sözün düzü, həkimin yanına gedəndə əməliyyatdan imtina etməsini və özəl xəstəxanaya yönəltməkdə yardımçı olması üçün getmişdik. E.Həsənov bizi əməliyyatın uğurlu keçəcəyinə inandırdı və dedi ki, özəl klinikalarda həkimlər ancaq pul düşünürlər. Sonra əlavə etdi ki, uşağınız 100 % sağ-salamat əməliyyatdan çıxacaq. Bizi inandırdı və yoxlanış etdiyi günün səhəri əməliyyat olunmasını istədi. Halbuki digər klinikalarda ən azı bir həftə müalicə olduqdan sonra əməliyyata ala biləcəklərini demişdilər. 

Əməliyyatdan qabaq sığorta bunu qarşılamır və 5 300 manat verməlisiniz dedi. Oğlumun əməliyyatı oldu və həkim dedi ki, uğurlu alınıb. Əməliyyatdan bir gün yarım keçməmişdi ki, uşağı oksigendən ayırıb palataya göndərdi. Uşaq palataya gələndə isə həddindən artıq qızdırma içində olub və nəfəs almaqda çətinlik çəkib. Bunu görən anam təcili uşağın reanimasiyaya qaytarılmasını istəyib. Həkimlə mübahisələrdən sonra uşaq reanimasiyaya yerləşdirilib. Uşağı aparanda yoldaşım oğlumun gözlərini yumduğunu, gec-gec nəfəs aldığını görüb qışqırmağa başlayıb. Ona isə hər şeyin qaydasında olduğu deyilib. Biz düşünürük ki, oğlumuz elə onda ölüb. Amma hadisədən 12 saat sonra - gecə saat 23:20 radələrində bizə deyildi ki, uşaq ölüb. Təcili xəstəxanaya getsək də, həkimi tapa bilmədik. Nə qədər zəng etdik, amma bizə cavab verilmədi. Sonra hamımızın nömrəsini blok etdi. Polis çağırdıq və polis də zəng etdi, amma yenə cavab vermədi. Bir xəstədən məsul olan şəxs niyə belə bir şey etsin?

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat vermişdim və hazırda prokurorluq bununla bağlı araşdırma aparır. İndi ekspertiza nəticələrini gözləməkdəyik. Ümid edirəm ki, ekspertizanın nəticələrinə görə, həkimin məsuliyyətsizliyi səbəbindən ölümün baş verdiyi aşkara çıxacaq.

Mən bir ata olaraq bu məsələnin sonuna qədər gedəcəm və növbəti balaları bunlar kimi cəlladlardan qorumaq üçün əlimdən gələni edəcəm”.

Oğlu ilə bərabər eyni gündə atasını da itirən valideyn bildirir ki, sözügedən xəstəxanada həkim məsuliyyətsizliyi səbəbindən atasını da itirib:

“Xəstəxanada oğlumun ölüm xəbərindən sarsılan atam İbadət Bayramov bütün bu məsələlərin gərginliyi arasında ağır infarkt keçirdi. Xəstəxanadan ürək tutmasına görə, nə qədər kömək istəsək belə, səsimizə səs verən yarım saat sonra tapıldı. Biabırçılıq orasındadır ki, həmin xəstəxanaya təcili yardım çağırmalı olduq. Daha sonra yuxudan ayılan xəstəxananın həkim kardioloqu gəldi və dedi ki, xəstədə heç nə yoxdur, ona hava lazımdır.

İnfarkt keçirtdiyini bilmədik, ancaq hər ehtimal Respublika Klinik Xəstəxanasına maşın ilə getdik. Yoxlanış nəticəsində həkim bildirdi ki, atam ağır infarkt keçirib və bu xəbərdən 10 dəqiqə sonra onu da itirdik. Bir gündə etinasızlıq, vəzifələrini doğru yerinə yetirməyən həkimlər ucbatından ailəmin iki üzvünü itirdim. 

Elnur Həsənovla bağlı Səhiyyə Nazirliyinə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya bu günlərdə müraciətimizi ünvanlayacağıq. Günahkarın yaxın zamanda cəzalanacağına ümid edirik”.

“Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin nəzdində Uşaq Ürək Cərrahiyyəsi Mərkəzi”nin rəhbəri Elnur Həsənov açıqlamasında ittihamları qəbul etməyib.

O bildirib ki, 1 yaşlı Səyyad Bayramlının xəstəliyi Volf-Parkinson-Uayt (WPW) sindromu idi və onun əsas kriteriyası bundan ibarətdir ki, istənilən an tam rahat ölüm baş verə bilər:

“Əməliyyatdan bir gün sonra, 5 gün sonra, bir il sonra - hər an uşaq ölə bilər. Bu, həkimdən asılı olan məsələ deyil. 

Valideynlər bunu əməliyyatdan əvvəl bilir və imza atır. Heç bir həkim bunu izah etmədən əməliyyat edə bilməz. Mən 100 % sağaldacağımı deməmişəm. Əməliyyat uğurlu oldu, amma VFV sindromu rahat olsaydı, bu qədər ölümlər olmazdı”.

E.Həsənov valideynin hüquq-mühafizə orqanlarına şikayətinə də münasibət bildirib:

“Şikayət edirlər, qoy etsinlər. Lap əla... Ən azı onların iftiraları ortaya çıxacaq. Həmçinin sığorta məsələsi də araşdırılacaq”.


Gündemxeber.Az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 4 yaşlı uşaq əməliyyatdan bir gün sonra öldü - İmişlidə

    4 yaşlı uşaq əməliyyatdan bir gün sonra öldü - ...

    13-12-2016, 20:58

  • 
  • Pənah Hüseynovla “Medistyle Hospital”ın işi prokurorluqda – Təfərrüat

    Pənah Hüseynovla “Medistyle Hospital”ın işi ...

    31-05-2018, 15:52

  • 
  • İki uşağı olan model estetik əməliyyatda öldü

    İki uşağı olan model estetik əməliyyatda öldü ...

    16-01-2016, 12:42

  • 
  • Bakıda dövlət xəstəxanasında BİABIRÇILIQ: Əməliyyat edilən xəstə iflic oldu

    Bakıda dövlət xəstəxanasında BİABIRÇILIQ: ...

    27-11-2018, 13:26

  • 
  • Ana doğuşdan sonra xəstəxanada öldü

    Ana doğuşdan sonra xəstəxanada öldü ...

    2-04-2017, 14:36


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu