GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » ALPİNİST OĞRU BAKIDA EVLƏRİ NECƏ SOYUB? – General oğlunun evini yarandan sonra tutulub... + FOTOLAR/ VİDEO

ALPİNİST OĞRU BAKIDA EVLƏRİ NECƏ SOYUB? – General oğlunun evini yarandan sonra tutulub... + FOTOLAR/ VİDEO

Tarix: 29-10-2021, 15:54 Bölmə :Cəmiyyət Baxış: 609


Alpinist bacarıqlarından istifadə edərək Bakıda, əsasən, yeni tikilmiş çoxmərtəbəli binalardan oğurluqda suçlanan Cavid Süleymanov məhkəmə qarşısına çıxarılıb. Amma o, xaricdə alpinizm kurslarına getməsi, mənzillərin eyvanlarına kəndirlə düşməsi, qapıları xüsusi vasitələrlə açması və s. haqda danışmaq istəməyib. Deyir ki, iki həftə öncə saxlandığı istintaq təcridxanasında çarpayıdan yıxılıb. Bu səbəbdən baş verənlər yadında qalmayıb.

Psixi xəstəlikdən əziyyət çəksə də...

Elə vəkili də onun psixi xəstə olduğunu deyir. Oktyabrın 28-də məhkəmədə Süleymanovun psixiatrik ekspertizadan keçirilməsi haqda vəsatət qaldıran vəkilin sözlərinə görə, o, istintaq təcridxanasında özünə xəsarət yetirməyə meylli şəxs kimi nəzarətə götürülüb. Çünki bir müddət öncə özünə xəsarət yetirib.

Vəkil bildirib ki, müvəkkili istintaq dövründə psixiatrik ekspertizadan keçirilib. GUNDEMXEBER.AZ azadliq.org-a istinadla bildirir ki, ekspert rəyinə görə, Süleymanov psixi xəstəlikdən əziyyət çəksə də, hadisələr baş verəndə öz hərəkətlərinin nəticəsini dərk edəcək durumda olub: "Cavid Süleymanov psixi xəstəliyi ilə əlaqədar dəfələrlə müalicə alıb. Sonuncu dəfə 2020-ci ildə də xroniki psixi xəstəliyə görə Təcili Tibbi Yardım vasitəsilə xəstəxanaya yerləşdirilib, orada müalicə alıb. Belə xəstələr ağlagəlməz təhlükəli hərəkətlərə meylli olur. Biz onunla bağlı ekspertizanın rəyini natamam hesab edirik, təkrar ekspertiza təyin olunmasını istəyirik".

Məhkəmə bu vəsatəti hələlik baxılmamış saxlayıb. Çünki əvvəlki rəy tədqiq olunmayıb.


"30 min manat verib"

Süleymanovla əlbirlikdə suçlanan Əhməd Əhmədov isə deyib ki, oğurluq hadisələrində taksi rolunda iştirak edib, özünü yalnız buna görə təqsirli bilir. Onun sözlərinə görə, Süleymanov hara gedəcəyini, arxasınca nə vaxt gəlmək lazım olduğunu ona deyir, o da aparıb-gətirib. Amma həmişə eyni avtomobildən istifadə etməyiblər. Məsələn, oğurluq olan ünvana bir avtomobillə aparıbsa, başqa avtomobillə gətirib.

"Hər dəfəyə təxminən 1500-2000 manat pul verirdi. Ümumilikdə 30 min manata yaxın pul verib. Cavidi 2006-cı ildən tanıyırdım. Onda mən zərgərlik sexində işləyrdim, o da ora gəlmişdi. Sonra hərbi xidmətə getdim, 2011-ci ildə qayıtdım, "Moskva" Univermağında işlədim. 2018-ci ildə mənə təklif elədi ki, belə bir iş var, sən heç nəyə qarışmayacaqsan, sadəcə aparıb-gətirəcəksən...", – Əhmədov ifadəsində belə deyib. O əlavə edib ki, öncə razılaşmayıb, bir ilə yaxın düşünüb. Lakin pula ehtiyacı olduğuna görə sonradan razılıq verib.

Generalın oğlundan sonra...

Bu cinayət işində zərərçəkmiş kimi adı keçənlər sırasında tanınmışlar da var: futbol üzrə Azərbaycan millisinin keçmiş futbolçusu Ceyhun Sultanov, pandemiya dövründə vəzifəsindən azad edilən baş infeksionist Cəlal İsayev, uzun illər daxili işlər orqanlarında rəhbər vəzifələrdə çalışmış general-mayor, hazırda isə Bakı Şəhər İcra Hakimiyyəti başçısının müşaviri Sahib Mirzəyevin oğlu Vüsal Mirzəyev...

Cinayət işinin materiallarından məlum olur ki, alpinizm texnikasıyla mənzil oğurluqlarının üstü general oğlunun evində baş verənlərdən sonra açılıb. İttihama əsasən, Mirzəyevə 167 min manat ziyan vurulub. Mənzildən təxminən 150 min manatlıq qızıl və pul oğurlanıb. Keçmiş baş infeksionistə 114 min, futbolçuya isə 5 min manat ziyan dəyib.

Zərərçəkmişlərdən Ağaşirin Əkbərov baş verənlər haqda məhkəmədə bunları deyib: "Rayona getmişdik, qar yağdı deyə, qayıdası olmadıq. Adətən, pulu özümlə götürərdim. Bu dəfə fikirləşdim ki, yoldur, hadisə olar, evdə qalsa, yaxşıdır. Elə bil, bunlar üçün qoyub getmişdim..." 

Məhkəmə araşdırmaları davam edir.

Qızılları əridib yeni əşyalar düzəldib

Cavid Süleymanovun istintaqa ifadəsində bildirilir ki, o, 2016-cı ildə xarici ölkələrdən birində alpinist hazırlayan kurslarda iştirak edib. Öyrəndiyi vərdişlər sayəsində də çoxmərtəbəli binaların damından kəndir vasitəsilə mənzillərin eyvanına düşüb. Amma iz azdırmaq üçün mənzillərin giriş qapılarını da sındırıb ki, oğrunun mənzilə qapıdan daxil olduğu ehtimal edilsin. Təqsirləndirilən şəxsin ifadəsinə görə, o, iz buraxmamaq, kriminalistika və cinayət-axtarış fəaliyyəti haqqında kitablar da oxuyub. "Cavid Süleymanov əvvəlcə müşahidələr aparıb, mənzildə yaşayış olub-olmadığını, ev sahiblərinin nə vaxt gəlib-getdiyini müəyyənləşdirib. Binaların sxemlərini hazırlayaraq plan qurub. Saxlanılan zaman Cavid Süleymanovun çantasından həmin sxemlərin qeyd edildiyi dəftərlər, müxtəlif binaların şəkilləri çəkilmiş fotoaparat aşkarlanıb. O, oğurluq nəticəsində əldə etdiyi qızıl-zinət əşyalarını yaşadığı evdə yaratdığı zərgərlik emalatxanasında əridib yeni əşyalar düzəldərək satıb", – ittihamda belə yazılıb.

Süleymanov və Əhmədov CM-in 177.3.2 (külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsi ilə ittiham olunur. Bu maddədə 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 10-yaşlı Nərminin ölüm işi: ‘Bu qədər haqsızlıq, ədalətsizlik olmaz axı…’

    10-yaşlı Nərminin ölüm işi: ‘Bu qədər haqsızlıq, ...

    3-02-2021, 10:15

  • 
  • Ağır cinayətlərdə ittiham olunan şəxs Bakı İstintaq təcridxanasında evləndi (FOTO)

    Ağır cinayətlərdə ittiham olunan şəxs Bakı ...

    26-12-2013, 01:18

  • 
  • Alpinist hansı məşhurların evlərini yarıb? - General oğlu və ...

    Alpinist hansı məşhurların evlərini yarıb? - ...

    21-05-2021, 12:16

  • 
  • Vəkil Bakı İstintaq təcridxanasına mobil telefon keçirmək istəyib

    Vəkil Bakı İstintaq təcridxanasına mobil telefon ...

    19-11-2013, 15:17

  • 
  • Deputatın qardaşı oğlunun dəlilik kağızı saxta imiş

    Deputatın qardaşı oğlunun dəlilik kağızı saxta ...

    4-12-2013, 17:06


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (274)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu